top of page
Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4

 

 

Yumor və Gülüş

 
 
Həzrət Bəhaullah, Həzrət Əbdül-Bəha, 
Ümumdünya Ədalət Evidən Seçmələr
Tərcümə və Çap: Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


 

Mündəricat
Həzrət Bəhaullahın Yazılarından                                                      5
Həzrət Əbdül-Bəhanın Yazılarından və Nitqlərindən                  6
Ümumdünya Ədalət Evinin adından yazılmış məktublardan    8
 


Həzrət Bəhaullahın Yazılarından
1. MƏNƏ ELƏ GƏLİR ki, Mən Onun libasının ətrini Bəha Misirindən əsdiyini duyuram; Həqiqətən, o sanki lap yaxındadır, hərçənd insanlar Onun uzaq olduğunudüşünürlər. Mənim qəlbim Məhbubdan saçılan ətirin iyini hiss edir. Mənim duyğularım Mənim əziz Dostumun rayihəsi ilə dolmuşdur.


2. İndi Mən Bəha Yusifinin “Ha” köynəyindən onun gəlişinin ətrini duyuram. Sanki mən Onun ən yaxında olduğunu hiss edirəm, baxmayaraq ki, siz onun uzaqda olduğunu düşünürsünüz.


Canım bir cananın ətrini duyur,
Mehriban Yarımın ətri gəlir
Yoldaşlıq xatirinə illər boyu
O xoş hallardan biribarədə danış
Qoy yer və göy gülsün,
Ağıl, ruh və göz yüz dəfə artsın!
 


Həzrət Əbdül-Bəhanın Yazılarından və Nitqlərindən
1. BULUDLAR KİMİ, GƏLİN göz yaşları tökək, şimşəyin çaxması kimi, şərq və qərb boyunca avarə tək gəzməyimizə şaqqıltı ilə gülək. Gecə də, gündüz də gəlin ancaq Allahın şirin rayihələrini yaymaq üzərində düşünək. Gəlin xülya və uydurmalarımızın, tükədici şübhələrimizi təhlil və şərh etməyimizin və onları yaymağımızın üzərində durmayaq. Gəlin, özümüz haqqında fikirləri kənara qoyaq; gəlin gözlərimizi yer üzündə hər şeyə yumaq, gəlin nə öz əziyyətlərimizi bildirək, nə də bizə edilmiş haqsızlıqlardan şikayətlənək. Əksinə, gəlin özümüzü unudaq, səmavi fəzl şərabından içərək öz sevincimizi hər yana hayqıraq və özümüzü Əbha gözəlliyində qərq edək.  (Həzrət Əbdül-Bəhanın Yazılarından seçmələr, 195)


2. Zindan ona qızılgül bağı idi, dar hücrəsi isə geniş və rayihəli bir saray. Biz kazarmalarda qalanda o çox ağır xəstələndi və yatağa düşdü. O çox ağırlaşmalar keçirdi, axırda həkim ondan əlini üzdü və daha yanına gəlmədi.Xəstə kişi son nəfəsini verirdi. Mirzə Ağa Can Həzrət Bəhaullahın yanına qaçdı və dedi ki, ölüb. O nəinki nəfəs almırdı, bədəni də artıq süstləşmişdi. Ailəsi başına toplaşmış, ağlayır, acı göz yaşları tökürdülər. Camal`i-Mübarək buyurdu: “Get və Ya Şafi” duasını oxu və Mirzə Cəfər diriləcək. Çox tez bir zamanda o əvvəlki kimi olacaq.” Mən özümü onun yanına yetirdim. Onun bədəni soyuqidi, ölümün bütün əlamətləri vardı. Yavaş-yavaş o tərpəşməyə başladı. Bir az keçmiş o əzalarını hərəkət etdirə bildi, bir saat keçməmiş o başını qaldırdı, qalxıb oturdu və gülməyə və zarafat etməyə başladı.


3. Ondan sonra o çox yaşadı, həmişəki kimi dostlara xidmətlə məşğul oldu. Bu verici xidmət onun üçün qürur mənbəyi idi: o hamı üçün xidmətçi idi.O, həmişə təvazökar və müti, Allahı zikr edərək, son dərəcə ümid və imanla dolu idi. Nəhayət, hələ Ən Böyük Zindanda ikən, o, bu Yer həyatını tərk etdi və o biri aləmə (qeyb aləminə) uçub getdi. (Vəfadarlar haqqında xatirələr)


4. Mən arzu edirəm ki, Amerikada dostlar arasında yeni bir işıq yandırım ki, onlar yeni bir insan olsunlar, ta ki yeni bir təməl qoyulsun və kamil bir ahəng bərqərar olsun; zira Həzrət Bəhaullahın qoyduğu təməl məhəbbətdir. Siz Qrin Akraya gedəndə, bir-birinizə sonsuz məhəbbət bəsləməli, hər biriniz, o birini özündən üstün tutmalıdır. İnsanlar sizə elə cəzb olunmalıdırlar ki, onlar heyranlıqla desinlər: “Bu nə şadlıqdır sizin aranızda!” və sizin çöhrələrinizdə Mələkutun nurunu görsünlər. Sonra onlar heyrət içində sizə üz tutub sizin xoşbəxtliyinizin səbəbini soruşsunlar. Siz mesajınızı yalnız sözünüzlə deyil, hərəkət və əməlinizlə də çatdırmalısınız. Sözlər əməllə bir olmalıdır. Siz dostunuzu özünüzdən çox sevməlisiniz; bəli, özünüzü fəda etməyə hazır olmalısınız. Həzrət Bəhaullahın Əmri bu ölkədə hələ üzə çıxmamışdır; Mən arzu edirəm ki, siz hər şeyinizi, hətta həyatınızı bir-biriniz üçün fəda edəsiniz; onda mən biləcəyəm ki, Həzrət Bəhaullahın Əmri (bu ölkədə) bərqərar olmuşdur. Mən dua edəcyəm ki, siz Allahın işıqlarının yandırılması səbəbi olasınız. Hamı sizi göstərsin və desin: “Bu insanlar niyə belə xoşbəxtdirlər?” Mən istəyirəm ki, siz Qrin Akrada xoşbəxt olasınız, güləsiniz, gülümsəyəsiniz və sevinəsiniz ki, başqalarını da xoşbəxt edəsiniz. Mən sizin üçün dua edəcəyəm.  (Ümumdünya Sülhünün elanı, ingilis dilində, səh.218.)


5. Mən evim barış evidir. Mənim evim sevinc və şadlıq evidir. Mənim evim gülüş və bayram evidir. Bu evin qapılarından kim içəri girsə, şad bir ürəklə onu tərk etməlidir. Bu nur evidir; kim ora daxil olsa, nurlanmalıdır. (“Qərbin Ulduzu”nda dərc edilmiş nitqlərindən, 28 aprel 1918, səh.40. İngiliscə)
 
 

Ümumdünya Ədalət Evinin Adından Yazılmış Məktublardan
1. ÜMUMDÜNYA ƏDALƏT EVİ bizdən xahiş etdmişdir ki, sizin 6 noyabr 1977-ci il tarixli məktubunuzun alınmasını bildirək və deyək ki, gülüş boğulmamalı yaxud narazılıq işarəsi ilə susdurulmamalıdır, ona başqalarının hissləri bahasına üz verilməməlidir. Kimsə yumor əhvalında nəsə deyir və ya edirsə, heç bir önyarğının yaranmasına yol verilməməlidir. Siz Həzrət Əbdül-Bəhanın bu xəbərdarlığını yada sala bilərsiniz: “Məbada kiminsə hisslərinə toxunasınız, ya kiminsə ürəyinə kədər gətirəsiniz.” (Həzrət Əbdül-Bəhanın Lövhlərindən, fərdi inanan yazılmış 1 dekabr 1977-ci il məktubundan)


2. İlahi Ədalətin Gəlişində (səh 25) sevgili Mühafiz yalnız iffətin (bakirəliyin) deyil, həm də “ismətli və müqəddəs həyat”ıntələblərini təsvir edir—hər iki sifət vacibdir. Tənəzzül edən cəmiyyətin əlamətlərindən biri, hansı ki, bu gün dünyada açıq aşkar görünür, həzz və oyun, idmana fanatik bağlılıq, hər hansı məsələyə ciddi baxmağa həvəssizlik, məziyyət və bütöv ləyaqətə qarşı etinasız və barmaqarası münasibətdir. “Yüngül davranışı” atmaq o demək deyildir ki, bəhai qaraqabaq görünməli yaxud daim ciddi olmalıdır. Yumor, şadlıq, sevinc həqiqi Bəhai həyatının xüsusiyyətləridir. Yüngüllük bezikdirir və sonra usandırmağa və boşluğa gətirib çıxarır. Lakin ciddi düşüncəni, şəfqət və Allaha təvazökar xidməti ehtiva edən tarazlaşdırılmış həyatın bir hissəsi olan əsl şadlıq , sevinc və yumor o xüsusiyyətlərdir ki, həyatı zənginləşdirir və onun sevincinə sevinc (işığına işıq) qatır. 


3. Şövqi Əfəndinin sözləri seçməsi həmişə əhəmiyyətli olmuşdur və onun rəhbərliyini başa düşmək üşün hər bir söz vacibdir. Bu konkret parçada o “bayağı” həzzləri qadağan etmir, lakin o onlara “ifrat bağlılıq” barədə xəbərdarlıq edir və göstərir ki, onlar çox vaxt “düzgün yönəldilməyə bilər.” Həzrət Əbdül-Bəhanın bir xəbərdarlığını yada salmaq olar ki, biz vaxt keçirməyin “vaxt itirməyə” çevrilməsinə icazə verməməliyik. (8 may 1979-cu il, fərdi inanan, İffətli və Müqəddəs Həyat məcmuəsindən)


4. Yumor da, sizin dediyiniz kimi, lazımi həyat tarazlığının saxlanılması və bizim gerçəkliyi dərk etməyimiz üçün mühüm bir elementdir. (23 iyul 1985, bir fərdi inanana məktub)


5. Ədalət Evi təklif edir ki, siz yumoru öz xəbərlərinizdə istifadə etməyinizə yenidən baxasınız və bununla təmin edəsiniz ki, xəbərdə qəsdən olmadan hissiyyatsızlıq verilməsin. Ədalət Evi... Yerli Ruhani Məhfilinin kənd rəqs meydançasında keçirdiyi hərraca görə narahat olmuşdur. Burada müəllifin məqsədi ancaq o tədbirdə görünən şuxluğu və şövqü zarafatla çatdırmaq olsa da, bunun qayğısına qalmaq lazımdır ki, qadınların əzilməsi və onların haqlarının tapdanması barədə tarixi materiallara həssas olanları incitməsin.


6. Ədalət Evi etibar edir ki, bu müşahidələri sizin qəzetinizin redaktorlarına elə bir yolla çatdıracaqsınız ki, şövq sönməsin. Doğrudan da, onlar işlərinin ümumi keyfiyyətinə görə təqdirə layiqdirlər.  (1 iyul 1988-ci il, bir Milli Ruhani Məhfilinə yazılmış məktubdan)
 
Bəhai Dünya Mərkəzi

Tədqiqat Mərkəzi


 

bottom of page