top of page

Kitablarımıza Qulaq Asın!

Unknown Track - Unknown Artist
00:0000:00

Azərbaycan Bəhai İcması sizi kitablarımıza qulaq asmağa dəvət edir!  Müqəddəs sözlərə qulaq asmaq ruhumuzu təravətləndirir və təfəkkürümüzə sağlamlıq gətirir.  Əks halda onların yerini boş və mənasız sözlər tutar.

​Gizli Kəlamlar

Gizli Kəlamlar (Kəliməti-Məknunə) kitabı Həzrət Bəhaullaha təxminən 1858-ci ildə nazil olmuşdur. İlahi öyüd-nəsihətlərdən ibarət olan bu qeyri-adi toplu hər bir insana Allahın ruhani dünyalarına gedən yolda kamil rəhbərlikdir. 

02

​Vəfadarlar Haqqında Xatirələr

Həyatının axır İllərində―1914-1915-ci illərdə Həzrət Əbdül-Bəha hər axşam zəvvarlarla yeni tikilmiş Hayfa müsafirxanada bu hekayələrə söhbət edərdi. Kitab Həzrət Əbdül-Bəhanın yazıya alınmış söhbətlərindən ibarətdir. Onunla ünsiyyətə girən hər kəs üçün Həzrət Əbdül-Bəha üstün bir tərz və bəlağət nümunəsi idi. 

03

​Həzrət Əbdül-Bəha Haqqında Hekayələr

Bu kitabda Həzrət Əbdül-Bəha haqqında xatirələr və hekayələr toplanmışdır. Həzrət Əbdül-Bəhanın bütün həyatı Allahın Əmrinə sədaqətlə xidmətin bir nümunəsi olmuşdur. Nə vaxtsa O, buyurub: “Baxın, şam necə yanır. O, damla-damla əriyərək həyatını verir ki, işıq saçsın”. Başqalarının yolunu işıqlandırmaq naminə Özünü bütünlüklə həsr edən Həzrət Əbdül-Bəhanın həyatı bu sözlərin təcəssümüdür.

04

​Həzrət Bəhaullahın Yazılarından Seçmələr

Bəhai Dininin Banisi Həzrət Bəhaullahın Yazılarından Seçmələr Onun Lövhlərindən alınmış parçalar və çıxarışlardan ibarət bir məcmuədir. 1921-1957-ci illərdə Bəhai Dinini Başçısı olmuş Şövqi Əfəndi bu çıxarışları etmiş və onları ingilis dilinə tərcümə etmişdir. Seçmələr ilk dəfə 1935-ci ildə nəşr edilmişdir.

05

​Namaz və Orucun Vacibliyi

Ümumdünya Ədalət Evi ötən dörd ildə Həzrət Bəhaullahın qanunlarının həyata keçirilməsinin gedişini nəzərdən keçirərək “Hər bir fərdin və beləcə icmanın ibadət həyatını birbaşa qidalandıran qanunların bəxş etdiyi fəzilət barədə onların anlayışını dərinləşdirməyi” bütün bəhailər üçün həyati bir məsələ kimi müəyyən etmişdir. Bu qanunlar arasında Camali-Mübarəkin “insan həyatının iki qanadı” kimi səciyyələndirdiyi namaz və oruc da vardır.

bottom of page