top of page

Azərbaycan Bəhailərinin

Milli Kitabxanasina 

Xoş Gəlmişsiniz! 

Bu elekton kitabxana 2016-cı ilin sentyabrında buraxılıb və Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili tərəfindən təsis və idarə olunacaqdır. Saytın məqsədi Bəhai ədəbiyyatını əsl Azərbaycan dilində dünya azərbaycanlılarına təqdim etməkdir. Baxmayaraq ki, Bəhai ədəbiyyatı 800-dən çox dilə tərcümə olunmuşdur və bizim millətimizin övladlarının da bir çox dillərdə oxumaq qabiliyyətləri vardır, lakin hər bir insanın öz ana dillində oxuduğunun başqa təsiri olur. Azərbaycan Bəhai İcması böyük iftixarla bu kitabxananı öz millətimizə töhfə verir.

Bəhai dini icması qeyri-kommersiya təşkilatı olduğuna görə, bu materiallar elektron formasında satılmır və bütün kitablar pulsuz olaraq sizin istifadəniz üçün təqdim olunur. Siz kitabları endirməkdə tamamilə azadsınız.

Kitabların Endirilməsi Yolları

 

Elektron kitabların endirilib oxunması üçün bir neçə yol vardır. Əksər insanlar metroda, avtobusda, yaxud təyyarədə yol gedərkən kitabları mobil telefonlarına, müxtəlif lövhələrə, Planşet, mini-Padlərə endirib oxuyurlar. Bu vebsaytdakı elektron kitablar bu məqsəd üçün yarayan istənilən cür cihazlarda oxunmaq üçün təklif olunur. Siz hansı formatda istəsəniz, onunla bilavasitə kitabı endirə bilərsiniz. Dörd cür cihaz vardır: Apple ailəsindən, Android ailəsindən, Kindel və sizin laptop və ya masaüstü kompüterləriniz. Lütfən, aşağıdakı qeydləri oxuyun və sizin cihazınıza uyğun olan formatın düzgün seçilməsinə əmin olun. Məsələn, PDF formatda kitabı endirmək yaxşıdır, lakin mobil telefon üçün optimal format deyildir.

Apple İstifadəçiləri

 

Apple məhsulları artıq cihazda yüklənmiş olan e-kitabları oxumaq üçün proqramla gəlir və xüsusi bir APP proqram yükləməyə ehtiyac yoxdur. 

Apple-in e-kitab oxumaq 

APP-i budur!

 

​Siz sadəcə istədiyiniz kitabı seçir və siyahıdakı “ePub” formatını birinci sətri seçməklə kitabı endirirsiniz. “ePub”  electron nəşr deməkdir.  Lütfən aşağıdakı cədvələ baxın və Apple məhsulları üçün birinci variant seçin.

Android - Samsung İstifadəçiləri

 

Samsung, Nexus, LG, Sony, HTC və digər çoxlu Smartfonlar kimi Android istifadəçiləri üçün bəhai kitablarını öz cihazınıza yüklə-məzdən əvvəl yaxşı bir kitab oxuyan proqram yükləməlisiniz.

Azərbaycanca oxumaq üçün bizim tövsiyyə etdiyimiz proqram “Universal Pocket Book Reader” adlanır. Bu proqram (tətbiqetmə) sizin telefonunuzda “PlayStore” tətbiqetməsində tapıla və pulsuz istifadə oluna bilər. 

 

Siz bu proqramı yüklədikdən sonra, Bəhai kitablarını ePub formatında endirib oxumaq üçün artıq hazırsınız.  Xahiş edirik endirməyə birinci sətri seçin!

Kindle İstifadəçiləri

 

Kindle istifadəçilərinin kitab oxumaq üçün hər hansı bir proqram yükləməyə ehtiyacları yoxdur, çünki bu cihaz ancaq kitab oxumaq üçün yaradılmışdır. Kindle-lərin öz formatları vardır  və kitabı ancaq Kindle formatında açacaqdr. Əgər sizdə Kindle varsa, onda Kindle Formatını seçin və öz cihazınıza  endirin. Gözəl mütaliə arzusu ilə!

Kompüter və Laptop İstifadəçiləri

 

Son kateqoriya oxucular kitabları öz kompüterlərində oxuyanlardır. Kompüter və laptop istifadəçiləri üçün ən yaxşı format PDF-dir. Kompüter istifadəçiləri də, ePub  proqramını endirə və kompüterlərində onu aça bilərlər. Onlar kitabların sadə Text formatını da görə bilərlər. Cədvəldə ikinci sətiri seçin və endirin.

Həzz alaraq oxuyun və lütfən, fikirlərinizi bizə göndərməyi unutmayın.

1) Bu saytda dərc olunmuş materiallar ictimaiyyətin istifadəsi üçün nəzərdə tutulmuşdur. Elektron kitabları, şəkilləri, yaxud kitablardan çıxarışları istifadə etmək üçün heç bir icazəyə ehtiyac yoxdur, lakin onlar təhrif olunmamalı, qərəzli məqsədlər üçün istifadə edilməməlidir. Onlar “Public Domain” kateqoriyasına daxil olan materiallardır və lütfən, Wikipedia-da bu terminin mənasına və hüquqi haqlarına baxın. 

2) “Azərbaycan Bəhai kitabxanası” və “Bəhai Kitab Evi” qeydiyyata alınmış əmtəə nişanlarıdır və əgər materialları kommersiya məqsədi üçün istifadə etsəniz, müəllif qonorarı ödənilməlidir. Bu məhdudiyyət, əsasən, ona görə qoyulmuşdur ki, bəhailərin cəlb olunmadığı halda, Azərbaycan Bəhai İcması tərəfindən satıldığı yaxud dəstəkləndiyi təqdirdə yanlış anlaşıla biləcək şeylərin satılmasının qarşısını almaqdır. Materialların qeyri-kommersiya məqsədləri üçün istifadəsi üçün icazəyə ehtiyac yoxdur.

3) Siz hər hansı electron kitabı istənilən yerdə, istənilən vaxt, Bəhai İcmasının adı olmadan istifadə edə bilərsiniz. Əgər siz öz nəşrlərinizdə istifadə etmək istədiyiniz bir şeyin mənbəyi olaraq Azərbaycan Bəhai İcmasını mənbə kimi göstərsəniz, icazə almağa ehtiyac yoxdur. 

5) Sizin hər hansı bir veb səhifənizdən, sosial şəbəkəniz yaxud hər hansı ünvanınınızdan www.Azerbaycan-Bahai-Kitabxana.org saytına keçid verməyiniz üçün heç bir icazəyə ehtiyac yoxdur. Spesifik bir electron kitabına keçid vermək üçün, xüsusi qovluğa deyil, həmin elektron kitabın endiyi səhifəyə(landing page) keçid verin.

 

​Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili ümid edir ki, siz bu saytdan bəhai kitablarını endirib oxumaqdan həzz alacaqsınız.  Saytı təkmilləşdirmək üçün sizin qeydlərinizi və tösviyələrinizi eşitməkdən məmnun olacağıq...

 

AzerbaycanBahaiİcmasi@gmail.com

 

bottom of page