top of page

 

 

Millətlərə Çağırış

Həzrət Şövqi Əfəndi

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili

 
“Xoş o kəsin halına ki, nəzərlərini Həzrət Bəhaullahın Nizamına dikir.”   ---Həzrət Şövqi Əfəndi
“Əzab çəkən bəşəriyyət məhz bu məqsədə doğru yəni,mənşəyinə görə İlahi, miqyasına görə cahanşümul, mahiyyətinə görə ədalətli, xüsusiyyətinəgörə cəsarətli olan Dünya Nizamına doğrucan atmalıdır.”  ---Həzrət Bab

 

 

 


Mündəricat

Ön söz    6

Müqəddimə    7
Bəşəriyyətin Əzabı  Sınağı    12
Bəşəriyyətin Birliyi    22
Gələcək Cəmiyyətin Modeli  Strukturu    33
Xalqların Dünya Birliyi    39
Bəşəriyyətin Taleyi    47

 

 

 


Ön söz
 
BƏHAİ DİNİNİN VƏLİSİ Şövqi Əfəndi, Bəhai Dininin Vəhyini şərh etməklə öz funksiyasını yerinə yetirərkən, bu Əmrin daxilində qoyulmuş dünya nizamı üzərində uzun müddət dayanaraq onu çox müfəssəlşəkildə təsvir etmişdir. Hələ Əmrin quruculuq əsrinin başlanğıcı ilə əlamətdar olan Özünün erkən xidmət illərində o, “Qurulmasının Bəhai Dininin ən əsas missiyası olan İlahi sivilizasiyanın son dərəcə qiymətli elementlərindən” danışırdı və sonrakı bir çox illər ərzində  ümumi olaraq Dünya Nizamı məktubları adlandırılan silsilə məktublarını yazmışdı.


Dünya nizamının həyati zəruriliyi bu gün, demək olarbütövlükdə etiraf olunur, lakin buna nail olma vasitələri bu baxışın hətta ən ehtiraslı müdafiəçilərinə belə aydın deyil. Bu zaman isə dezintegrasiya prosesi bütün gücü ilə gedir və bəşəriyyət getdikcə daha da çıxılmaz vəziyyətə düşür. Bu böhranlı anda Ümumdünya Ədalət Evi, Bəhai Dininin Beynəlxalq İdarəedici Orqanı, Bəhai Təliminin məna və məqsədini, onun bizim yer üzündəki mövcudluğumuza münasibətini bəyan etməyin zəruri olduğunu hiss edir.Ona görə də o, Şövqi Əfəndinin Dünya Nizamı məktublarından aşağıdakı parçaları seçmiş və onları bizim tariximizin bu qaranlıq, lakin bununla belə,əsrlər boyu peyğəmbərlərin, övliyaların və şairlərin öncədənxəbər verdikləri və tərənnüm etdikləri ən şərəfli gününgəlməsi vədi ilə uzaq üfüqü parlayan bir dövrdə, bir işıq və rəhbərlik kimi, bütün bəşəriyyətə təqdim edir və vəd olunmuş o gün əzabçəkən və ümidsiz bəşər övladının üzünə artıq doğmaqdadır.

 

 


 
Müqəddimə


HƏZRƏT BƏHAULLAHIN ELAN etdiyi və Onun Əmrinin ardıcıllarının möhkəm inandığı təməl prinsipi, dini həqiqətin mütləq deyil, nisbi olması, İlahi Vəhyin davamlı və proqressiv bir proses olması, bütün böyük dünya dinlərinin əsasının İlahidən olması, əsas prinsiplərinin tamamilə ahəngdar olması, məqsəd və məramlarının bir və eyni olması, təlimlərinin vahid bir həqiqətin ayrı-ayrı aspektləri olması, funksiyalarının bir-birini tamamlaması, etiqadlarının ancaq qeyri-mühüm aspektlərinin fərqli olması və onların missiyasının insan cəmiyyətinin ruhani təkamülünün ardıcıl mərhələlərindən ibarət olmasıdır.


 Bəşəriyyətin daxil olduğu bu yeni və böyük dövrün Peyğəmbəri Həzrət Bəhaullahın məqsədi keçmiş Vəhyləri dağıtmaq deyil, keçmiş Vəhyləri yerinə yetirməkdir, bu günkü cəmiyyətin dağılmasına səbəb olan bir-birilə konflikt edən inancların fərqlərini vurğulamaq deyil, onları barışdırmaqdır.


Onun məqsədi Ondan əvvəl gələn Peyğəmbərlərin məqamını aşağılamaqdan və ya Onların təlimlərini kiçiltməkdənçox uzaq olmaqla bu təlimlərdə ehtiva edilən fundamental həqiqətlərin elə bir formada yenidən təsdiqidir ki, bunlar bizim yaşadığımız dövrün ehtiyaclarına uyğun gəlsin, onun qabiliyyəti ilə ahəngdar olsun, onun problemlərinin, xəstəlik və çətinliklərinin həll olması üçün tətbiq oluna bilsin. Onun missiyası insan nəslinin körpəlik və uşaqlıq yaşının keçdiyini bəyan etməkdir. Bu missiya ondan xəbər verir ki, bəşərin böyüməsinin indiki mərhələsi ilə bağlı olan həyəcanlar, onu yetkin yaşa tədricən və ağrıdan keçməkləçatdırır və qılıncın qına qoyulacağı, İsa Məsihin vəd verdiyi Mələkutun bərqərar olacağı və planetdə sülhün mütləq və həmişəlik təmin olacağı o Əsrlər Əsrinin yaxınlaşmasından müjdə verir. Bəhaullah Öz Vəhyinin son olmasını da iddia etmir, bəlkə bunu belə şərtləndirir ki, Qüdrətlinin,taleyinin bu böhranlı anında bəşəriyyətə lütf etmək üçün Ona həvalə etdiyi həqiqət, özünün tam ölçüsündə bəşərin sabit və sonsuz təkamülünün gələcək mərhələlərində açılacaqdır.


Bəhai Dini Allahın birliyinə etiqad edir, Onun Peyğəmbərlərinin birliyini təsdiq edir və bütün insan nəslinin birliyi və bütövlüyü prinsipini aşılayır. Bu, bəşərin birləşməsinin zəruriliyini və qaçılmaz olduğunu bəyan edir. Təsdiq edir ki, bu, tədricən yaxınlaşır və iddia edir ki, Allahın bu günkü seçilmiş Carçısı vasitəsilə işləyən transformasiyaedici ruhundan başqa heç nə son nəticədə buna nail ola bilməz. Bəhai Dini, bundan da artığı, öz ardıcılları üzərinə həqiqəti azad axtarmağı başlıca vəzifə kimi qoyur, bütün növ təəssübkeşlik və mövhumatı pisləyir, dinin məqsədinin dostluq və razılıq vasitəsi olmasını bəyan edir, onun elmlə mahiyyətcə harmoniyada olmasını elan edir və onun insan cəmiyyətinin nizamlı tərəqqisi və sakitliyi üçün ən əsas vasitə olmasını etiraf edir. O, birmənalı şəkildə qadın və kişilərin hüquqlarını, onlara verilən imkan və imtiyazların bərabərliyini dəstəkləyir, icbari təhsildə israr edir, yoxsulluq və zənginliyin ifrat dərəcələrini aradan qaldırır, üləmalar institutunu ləğv edir, köləliyi, zahidliyi (asketizmi), dilənçiliyi, rahibliyi qadağan edir, təknigahlılığı hökm edir, boşanmanı bəyənmir, hökumətə tam itaətiin zəruriliyini vurğulayır, xidmət ruhunda görülmüş hər hansı işi ibadət səviyyəsinə yüksəldir, köməkçi beynəlxalq dilin yaradılması və ya dillərin arasından birinin seçilməsini qətiyyətlə tövsiyyə edir və bəşəriyyətin ümumi sülhünü quracaq və əbədiləşdirəcək institutların konturlarını verir.


Bəhai Dini üç mərkəzi Fiqurla bağlıdır. Bunlardan gənc olan birincisi Şirazlı, Bab(Qapı) kimi tanınan Mirzə Əli Məhəmməd, 1844-cü ildə, iyirmi beş yaşında Özünün əvvəlki Dinlərin müqəddəs Yazılarına uyğun olaraq Müjdəçi olduğunu iddia edir, Özündən də böyük olan Kəsin mütləq gələcəyini elan edir və bunun üçün yol hazırlayır.O Kəs ki, elə həmin Yazılara uyğun olaraq, Onun missiyası ədalət və sülh erasını gətirməli idi, o era ki, bütün əvvəlki Vəhy dövrlərinin zirvəsi kimi qarşılanmalı və bəşərin din tarixində yeni tsikli başlatmalı idi. Üləmaların təşkilatlanmış qüvvələri və Onun öz dövləti tərəfindən başladılan sürətli və şiddətli təqiblər əvvəlcə Onun həbsinə və son nəticədə isə Azərbaycan dağlarına sürgün edilməsinə, Onun Maku qalasında və Çehriqdə zindana salınmasına və 1850-ci ilin iyulunda Təbrizdə meydanda atıcı alayı tərəfindən qətlə yetirilməsinəgətirib çıxardı. Onun iyirmi mindən çox ardıcılı elə bir vəhşi qəddarlıqla ölümə məhkum edilmişdilər ki, bir sıra Qərb yazıçıları diplomatları, səyyah və alimlərində acıma və dərin heyranlıq hissləri yaratmış, onlardan bəziləri bu rəzil təcavüzün şahidi olmuş və təsirlənərək bu hadisələri öz kitab və gündəliklərində yazmışdılar.


Mirzə Hüseyn Əli, ləqəbi Bəhaullah (Allahın cəlalı), mazandaranlı, gəlişini Babın müjdə verdiyi Kəs, həmin o cahil və fanatik qüvvələrin hücumuna məruz qaldı, Tehranda zindana salındı, 1852-ci ildə Öz vətənindən Bağdada, sonra Konstantinopola və Adrianopola və nəhayət Əkka qala-zindanına sürgün edildi. O iyirmi dörd ilə qədər məhbəsdə qaldı və Əkka yaxınlığında da 1892-ci ildə dünyasını dəyişdi. Özünün sürgün yolunda O, xüsusən də Adrianopol və Əkkada Öz Dininin qanun və hökmlərini nazil etdi, Əmrinin prinsiplərini yüzdən çox cild kitabda şərh etdi, Öz Mesajını Şərqin və Qərbin həm xristian, həm də müsəlman sultanlarına elan etdi, Papaya, İslam Xəlifəsinə, Amerika qitəsi Respublikalarının yüksək vəzifəli şəxslərinə, bütün xristian din xadimlərinə, İslamın sünni və şiə liderlərinə, Zərdüşt dininin yüksək üləmalarına bəyan etdi. Bu yazılarda O Öz Vəhyini bəyan etdi, müraciət etdiyi şəxsləri Onun çağırışına cavab verməyə və onu dəstəkləməyə səslədi, inkar edəcəkləri təqdirdə nəticələr barədə onlara xəbərdarlıq etdi və bəzi hallarda onların təkəbbür və zülmünü ittiham etdi.


Onun böyük oğlu, Əbdül-Bəha (Bəhanın qulu) kimi tanınan Abbas Əfəndi Həzrət Bəhaullah tərəfindən Onun qanuni xələfi və təlimlərinin mötəbər şərhçisi təyin olunmaqla erkən uşaqlıq illərindən Atası ilə sıx bağlı olmuş, Onun sürgün və müşküllərini paylaşmış, 1908-ci ilədək məhbus olmuşdu, 1908-ci ildə, Gənc Türklər İnqilabının nəticəsində həbsdən azad olmuşdu. Hayfada yerləşərək O, üç illik səyahətinə başlamaq üçün gəmiyə mindi və Misirə, Avropaya və Şimali Amerikaya səfər etdi və səfər zamanı geniş auiditoriyalar qarşısında Atasının təlimlərini şərh etdi və tezliklə bəşərin üzərinə gələn bəlanın yaxınlaşmasını öncədən xəbər verdi. Birinci Dünya Müharibəsinin başlamasına yaxın O evinə döndü və bütün müharibə dönəmində Ona və Onun Əkka və Hayfada olan sayca bir dəstə olan sürgün yoldaşlarına son dərəcə hörmət bəsləyən general Allenbayın komandanlığı altında qoşunlar Fələstini azad edənə qədər davamlı təhlükələrə məruz qaldı. 1921-ci ildə O süud etdi və Karmel Dağında Həzrət Bəhaullahın xüsusi göstərişi ilə öncədən Təbrizdən Müqəddəs torpağa gətirilən və altmış ildən də çox bir müddətdə saxlanılan və gizlədilən Həzrət Babın cənazəsini dəfn etmək üçün tikilmiş Məqbərədə dəfn edildi.


Həzrət Əbdül-Bəhanın süudu Bəhai Dininin birinci və qəhrəmanlıq Əsrinin bitməsinin ifadəsi oldu və yeni Quruculuq Əsrinin açılmasına işarə etdi. O əsr ki, bu Dinin İnzibatı Nizamının tədricən qalxmasının şahidi olacaqdı, o Nizam ki, onun bərqərar olacağını Həzrət Bab öncədən demişdi, qanunlarını Həzrət Bəhaullah nazil etmişdi, konturlarını həzrət Əbdül-Bəha Öz Vəsiyyətnaməsində vermişdi, təməlini isə indi bu Əmrə iman gətirənlərin seçdiyi milli və yerli şuralar qoymaqdadırlar.
Bu İnzibati Nizam müxtəlif dinlərin Banilərinin ölümündən sonra yaranan sistemlərdən fərqli olaraq, mənşəyinə görə ilahidir, Baninin Özünün məxsusi olaraq təməlini qoyduğu və birmənalı və aydın şəkildə qurduğu hökm və təsisatların, qanun və təlimatların üzərində etibarlı bir şəkildə dayanmaqdadır və onun müqəddəs Yazılarının mötəbər və qanuni Şərhçilərinin şərhlərinə ciddi uyğunluq içərisində fəaliyyət göstərməkdədir. Hələ lap yaranmasından şiddətli hücumlara məruz qalmasına baxmayaraq, öz təbiətinə məxsus güclə, dünya din tarixi səlnaməsində unikal olmaqla özünün rəngarəng və geniş yayılmış tərəfdarlarının birliyini saxlamaqda müvəffəq olmuş və onları qadir etmişdir ki, birlik içərisində və sistematik olaraq, hər iki yarımkürədə öz sıralarını genişləndirmək və inzibati institutlarını möhkəmləndirmək üçün planlaşdırılmışnəhəng təşəbbüslərə başlasınlar.


Bununla bağlı qeyd etmək lazımdır ki, bu nizamın xidmət etdiyi, müdafiə etdiyi və irəlilətdiyi Din, mahiyyətcə qeyri-adi ruhani, millətlərüstü, tamamilə qeyri-siyasi, bitərəf, hər hansı irqi, sinfi və ya milləti yüksəldən fikir məktəbinə və ya siyasətə diametral müxalifdir. O, hər hansı ekleziastizmdən uzaqdır, nə ruhban sinfi, nə də ritualları var və yalnız özünün geniş tanınan tərəfdarlarının könüllü ianələri ilə dəstəklənir. Özlərinin müvafiq hökumətlərinə loyal olsalar da, öz ölkələrinə məhəbbətlə dolu olsalar da və onun hər zaman maraqlarını qorusalar da, Bəhai Dininin ardıcılları, bununla belə, bəşəriyyəti bir bütöv kimi qəbul edir, onun həyati maraqlarını ürəkdən dəstəkləyirlər və özlərinin istər xüsusi şəxsi, istər regional və ya milli olsun, maraqlarını tərəddüd etmədən bəşəriyyətin birinci dərəcəli maraqlarına tabe edəcəklər və bu zaman bunun yaxşı fərqindədirlər ki, xalqların və millətlərin qarşılıqlı asılılıq dünyasında hissənin rifahı bütövün rifahından qaynaqlansa, daha yaxşıdır və başa düşürlər ki, bütövün maraqlarına laqeyd qalınarsa, onda onu təşkil edən hissələr üçün etibarlı bir nəticə əldə etmək olmaz.

 

 


 
Bəşəriyyətin Əzabı  Sınağı


ŞİDDƏTİNƏ GÖRƏ MİSİLSİZ, kursuna görə öncədən deyilməsi mümkün olmayan, hazırkı təsirlərinə görə dəhşətli, son nəticələrinə görə təsəvvüredilməz dərəcədə böyük bir tufan indi yer üzünü süpürməkdədir. (1941-ci ilin martında yazılmışdır). Onun hərəkətverici qüvvəsi aman vermədən böyüyür və gücünü artırır. Onun təmizləyici gücü, nə qədər görünməsə də, günbəgün böyüyür. Bunun viranedici caynaqlarında çabalayan bəşəriyyət, müqavimət göstərməkdə aciz olmaqla onun quduz şiddəti qarşısında sarsılmışdır. O nə onun mənşəyini görə bilir, nə əhəmiyyətini qiymətləndirir, nə də nəticələrini dərk edir. Çaşqın, iztirab içində və köməksiz halda o, Allahın bu böyük və qürdətli, yer kürəsinin ən uzaq və ən firavan guşələrinə nüfuz edən, onun təməlini sarsıdaraq, onun müvazinətini pozaraq, millətlərini parçalayaraq, insanlarının evlərini dağıdaraq, şəhərlərini viran edərək, krallarını qovulmağa məhkum edərək, onun qalalarını basaraq, institutlarını məhv edərək, onu zülmətə qərq edərək və sakinlərinin ruhunu üzərək tüğyan edən tufanını müşahidə edir.
 
Bu nəhəng bəlanın hər şeyi dağıdan təsiri Həzrət Bəhaullah və Həzrət Babın iddialarını etiraf edənlərdən başqa heç kəs üçün aydın deyil. Onların ardıcılları yaxşı bilirlər ki, bu haradan gəlir və son nəticədə haraya aparacaq. Onun nə qədər uzağa gedən olduğunu dəqiq bilməsələr də, onun mənbəyini aydın başa düşür, istiqamətini anlayır, zəruriliyini (qaçılmaz olduğunu) etiraf edir, inamla onun sirli gedişini izləyir, şiddətinin yumşalması üçün atəşli dualar edir, qəzəbinin sakitləşməsi üçün ağıllı tədbirlər görür və qaralmayan (bulanmayan) bir baxışla bunun mütləq doğuracağı qorxu və ümidlərin son nəticəsini gözləyirlər.


Allahın bu mühakiməsi (cəzası), Həzrət Bəhaullahı Allahın Carçısı və yer üzündə Onun ən böyük Elçisi olduğunu tanıyanların gördüyü kimi, həm bir cəzadır, həm də müqəddəs və ali bir zəruriyyətdir (dərsdir). Bu həm Allahın bir tənbehidir, həm də bəşəriyyət üçün təmizləyici bir prosesdir. Bunun alovu insan nəslinin pozğunluğunu cəzalandırır, onun tərkib hissələrini vahid üzvi, bölünməz və dünyanı əhatə edən bir icmaya çevirir.


“Allahın Məhşəri gəlməmiş,” bir tərəfdən Həzrət Bəhaullahın səsləndirdiyi bir təhdidedici xəbərdarlıq, “Ey insanlar, ayılın, zira vəd olunmuş saat gəldi. Malik olduqlarınızı tərk edin və qarşısında insanların boyun əydiyi Allahın gətirdiklərindən yapışın. Yəqin bilin ki, törətdikləriniz günahlardan geri dönməsəniz, cəza hər tərəfdən sizin üstünüzə yağacaq, və əvvələr gördüyünüz bəlalardan daha ağırını görəcəksiniz”. Və yenə: “Biz sizə bir vaxt təyin etmişik, ey insanlar! Əgər təyin olunmuş vaxtda siz Allaha dönməsəniz, O, həqiqətən, sizə aman verməyəcək və hər tərəfdən sizin üzərinizə ağır bəlalar hücum edəcək”.


“Bütün yer”, Bəhaullah digər tərəfdən, indi zülmətə bürünmüş dünyanı qarşıda gözləyən parlaq gələcəkdən xəbər verərək vurğulayır, “indi hamilə vəziyyətindədir. O gün yaxınlaşır ki, onda o, özünün ən nəcib məyvələrini verəcək, onda ondan uca ağaclar pöhrə verəcək, ən təravətli çiçəklər açacaq, səmavi nemətlər hasil olacaq. O gün yaxınlaşır ki, onda bütün yaranmış şeylər öz yükünü atacaq. Həmd olsun Allaha ki, görünən və görünməyən bütün şeyləri saran bu mərhəməti inayət buyurub”. “Bu böyük zülm”, O, bundan əlavə, bəşərin qızıl əsrini də öngörərək yazmışdı ki, bəşəri Ən Böyük Ədalətin gəlişi üçün hazırlayır. Bu Ən Böyük Ədalət, doğrudan da, həmin o ədalətdir ki, Ən Böyük Sülhün binası sonda onun üzərində qurulacaq, və o da öz növbəsində o Ən Böyük, o Dünya Sivilizasiyasına aparacaq ki, bu da əbədiyyətədək İsmi-Əzəmi daşıyan Kəsin adı ilə bağlı olacaqdır.


Hardasa, Həzrət Bəhaullahın Vəhyinin dünyaya doğmasından yüz il ötüb. O Vəhy ki, onun mahiyyətini, Onun Özünün təsdiq etdiyi kimi, keçmişin Zühurlarından heç Kəs, onlar üçün müəyyən olunmuş dərəcə istisna olmaqla, nə vaxtsa bütövlükdə sığışdıra bilməmişdi. Düz bir əsr Allah insanlara vaxt vermişdi ki, onlar belə bir Vəhyin Məzhərini tanısınlar, onun əzəmətini bəyan etsinlər, Onun Nizamını qursunlar. Yüz cild əsərlərdə, bu qiymətsiz rəhbərliklər, güclü qanunlar, misilsiz prinsiplər, odlu nəsihətlər, davamlı xəbərdarlıqlar, heyrətləndirici peyğəmbərliklər, yüksək çağırışlar, tutarlı izahlar xəzinəsində, belə bir Mesajın Daşıyıcısı, Ondan əvvəl heç bir Peyğəmbərin etmədiyi, Allahın Ona həvalə etdiyi bir Missiyanı bəyan etdi. İmperatorlara, krallara, şahzadə və monarxlara, hakimlərə, hökumətlərə, din xadimlərinə, istər Şərqdən olsun, istərsə Qərbdən, istər xristian, yəhudi, müsəlman olsun, istərsə zərdüşt, bütün xalqlara O təxminən əlli il ərzində, və ən məşəqqətli şəraitdə, Onun bənzərsiz bəyan dəryasında gizli qalmış bu qiymətsiz bilik və hikmət incilərini ünvanladı. Şöhrət və zənginlikdən imtina edərək, həbs və sürgünü qəbul edərək, ostrakizm və rüsvayçılığa fikir verməyərək, fiziki təhqirlərə və amansız məhrumiyyətlərə məruz qalaraq, O, Allahın yer üzündəki Canişini, diyarbadiyar, ölkədən-ölkəyə sürgün olunmasına izn verdi.O Özü şəhadət verirdi, “Biz, həqiqətən insanlara xəbərdarlıq etməkvə Allahın, Qüdrətli və Təriflinin Mənə əmr etdiklərini çatdırmaq vəzifəmizdə geri durmadıq (müvəffəqiyyətlə yerinə yetirdik). Onlar Məni dinləsəydilər, onlar bu yeri başqa cür görərdilər.” Və yenə: “Bu Zühura biganə qalan insana bəraət qazandırmaq olarmı? Xeyr, Əzəmət Taxtının Rəbbi olan Allaha and olsun!Mənim əlamətlərim yer üzünü bürüyüb, və Mənim qüdrətim bütün bəşəri əhatə edib, amma insanlar qəribə bir yuxuya dalıblar!”


Bəs biz özümüzdən soruşa bilərik belə bir İlahi himayə obyekti olan dünya hər şeyini onun xatirinə qurban verən Kəsə necə cavab verdi?Onu necə bir şəkildə qarşıladı, və Onun çağırışı hansı cavabı doğurdu? Bu Əmrinyenicə doğulmuş işığı, Onun yarandığı torpaqda, şiə İslamının tarixində bənzəri olmayan bir etirazla qarşılandı. Hünərlə qarşılanan və Kedleston markizi lord Kurzonun şahidlik etdiyi kimi, Smitfeld atəşinin törətdiyi fədakarlıqların kölgədə qoya bilmədiyibu təqiblər, faciəvi bir tezliklə, özlərinin yenicə doğulmiş imanlarını müvəqqəti şərəf və bu dünyanın rifahına dəyişməkdən imtina edən onun iyirmi mindən çox qəhrəman tərəfdarını həlak etdi.


Yüksək vəzifə və məqam sahibləri tərəfindən tam laqeydlik; qoynundan çıxdığı Dinin ruhani xadimləri tərəfindən nümayiş etdirilən qəddar nifrət; aralarında doğulduğu insanlar tərəfindən göstərilən təkəbbürvə rişxənd; bunun Müəllifinin ünvanladığı kral və hakimlər tərəfindən ona göstərilən tam etinasızlıq; söylənən lənətlər, edilən təhdidlər, hakimiyyətləri altında doğulan hakimlər tərəfindən onun təqibi və ilk yaılışı; doğulduğu ölkədən kənardakı paxıl və şər adamlar tərəfindən onun prinsiplərinin və qanunlarının təhrif olunması—bütün bunlar özünüdüşünən, Allaha biganə, Onun Elçilərinin verdiyi müjdələrə (əlamətlərə), peyğəmbərliklərə, xəbərdarlıq və nəsihətlərə etinasız qalmış nəslin göstərdiyi münasibətin aydın sübutlarıdır.


Onda biz soruşa bilərik ki, belə bir qəti və rüsvayçıinkar müqabilində, bu birinci Bəhai əsrində, o əsrdə ki, xüsusən də onun son illəri,Həzrət Bəhaullahın təqib olunan Dini üçün belə bir  dəhşətli əzab və şiddətli irtica ilə dolu olub, nə baş verdi və indi də nə baş verməkdədir? İmperiyalar çöküb, çarlıqlardevrilib, sülalələr məhv olub, krallıqlar rüsvay olub, sultanlar öldürülüb, zəhərlənib, sürgün edilib, öz hökmranlıqlarında əsir olublar, qalanları isə onlarkimilərin çökməsindən sarsılıb titrəməkdədirlər... Şübhəsiz, təəssübü olmayan heç bir insan nisbətən qısa olan bu zamanda tüğyan edən bu inqilabi proses üzərində düşünərkən, belə bir qənaət hasil edə bilər ki, bu son yüz ilə, krallıqların taleyi baxımından, insanlıq tarixinin ən fəlakətli (kataklizmlərlə dolu) dövrlərindən biri kimi baxılmalıdır.


Tac daşıyanların taleyində hakimiyyətin itirilməsi ilə baş verən bu tənəzzül dünya dini liderlərinin də malik olduğları təsirin təəccüblü dərəcədə itirilməsi ilə üst-üstə düşdü. O qədər krallıq və imperiyaların dağılmasını müjdələyən böyük hadisələr sanki sarsılmaz görünən ənənəvi dini qalaların da çökməsi ilə müşayiət olundu. Çarların və imperatorların taleyi ilə belə bir amansızlıqla və faciəvi surətdə hesablaşan və onların sülaləsinə son qoyanhəmin bu proses, həm Xristianlığın, həm də İslamın dini liderlərini də sarsıtdı—onların prestijini laxlatdı, bəzi hallarda isə, onların ən yüksək təsisatlarını məhv etdi. Onların hər ikisindən, “həm sultanlardan, həm də din xadimlərindən hakimiyyət alındı.” Birincilərin şöhrəti söndü, ikincilərin hakimiyyəti isə həmişəlik itirildi.


Bu təsisatlardan bəzilərinin həmrəyliyinin dönməz olaraq itirilməsi o qədər aydındır ki, hər bir sağlam düşüncəli müşahidəçi bunu inkar etməyə qalxmaz. Fundamentalistlərlə liberallar arasındakı ixtilaf onların ardıcılları sırasında getdikcə genişlənir. Onların inancları və ehkamları qarışdırılıb dəyişdirilir, bəzi hallrda isə, rədd edilir və unudulur. Dinlərin insanın əxlaqı (davranışı) üzərindəki təsiri öz qüvvəsini itirir, onların xidmət edənlərinin sayı və təsirləri azalır. Bəzi hallarda isə, onların ruhbanlarının inandırıcı olmaması və qeyri-səmimiliyi üzə çıxır. Onların ianələri, bəzi ölkələrdə tükənib, dini təlim-tərbiyənin təsiri isə azalıb. Onların məbədləri boşalıb və dağılıb, Allahı, Onun təlimlərini və Məqsədini unutmaları, onların nüfuzunu zəiflədib və onları alçaldıb.


Dini institutların çökməsindən xəbər verən dəlillərlə yanaşı mənəvi aşınma əlamətləri də çox gözə çarpır və heç də az əhəmiyyətə malik deyil. Hara baxırıqsa, bizim indiki nəslin etdiklərinə və dediklərinə nə qədər də səthi nəzər salsaq, ətrafımızda olan kişi və qadınların şəxsi həyatlarında olduğu kimi, ictimai-sosial həyatlarında da mövcud olan tənəzzülün (aşınmanın) qarşısında sarsılırıq.


Belə bir aydınlıqla nəzərəçarpan, ağır və fəlakətli vəziyyətin səbəbi, heç bir şübhə ola bilməz ki, dinin bir sosial qüvvə kimi tənəzzülüdür ki, onun da təzahürü dini institutların zəifləməsidir. Həzrət Bəhaullah yazır: “Din dünyada nizamın qurulması və onun bütün sakinlərinin asayişi üçün ən böyük vasitədir. Dinin sütunlarının zəifləməsi cahilin əllərinin qüvvətlənməsinə səbəb olub və onları cəsarətli və təkəbbürlü (xudbin)edib. Həqiqətən, Mən deyirəm, dinin uca məqamının  alçalmasına nə səbəb olubsa, o da şər adamların azğınlığını artırıb və bunun da nəticəi anarxiyadan başqa bir şey ola bilməz (ancaq anarxiya ola bilər). Başqa bir Lövhündə Obuyurur: “Din, şəfəq saçan bir işıq və dünyanın xalqlarının rifahı və hifz olunması üçün alınmaz (sarsılmaz) bir qaladır, zira Allah qorxusu insanı vadar edir ki, xeyirdən möhkəm yapışsın və hər cür  şərdən uzaq olsun. Din çırağının işığı tutulanda nəticə xaos və  qarışıqlıqolacaq, haqqın, ədalətin, sakitlik və barışın nuru daha parlamayacaq”.


Biz tamamilə etiraf edə bilərik ki, fərdlərin və institutların yaxınlaşdığı vəziyyət budur. Həzrət Bəhaullah yolunu azmış bəşəriyyətin taleyinə ağlayaraq, yazmışdır: “bir insan tapıla bilərmi ki, daxilən və zahirən bir olsun. İxtilaf və bədniyyətliliyin  əlamətləri hər yerdəaşkardır, hərçənd ki, hamı uyğunluq və birlik üçün yaradılmışdır. Eyni Lövhdə O yenə nidasını ucaldır: “Nə zamana qədər bəşər öz azğınlığında inad edəcək? Nə vaxta qədər ədalətsizlik davam edəcək? Nə qədər xaos və nizamsızlıq insanlar arasında hökm sürəcək? Nə qədər bu ixtilaf cəmiyyəti silkələyəcək? Ümidsizlik küləkləri, əfsus ki, hər tərəfdən əsməkdədir və insan nəslini parçalayan və dağıdan ədavət günbəgün artmaqdadır”.


Dini dözümsüzlüyün, irqi düşmənçiliyin və patriotik xudbinliyin təkrar-təkrar artması, məncilliyin, şübhənin, qorxu və yalanın artan əlamətləri,terrorizmin, qanunsuzluğun, sərxoşluğunvə cinayətin artması, dünyəvi şöhrət, var-dövlət və ləzzət üçün sönmək bilməyən tamah və onların arxasınca qaçmaq, ailə bağlarınınzəifləməsi, valideyn nəzarətinin azalması, ifrat zənginlikdən qudurğanlıq, nigaha qarşı məsuliyyətsiz münasibət və nəticə olaraq boşanmaların çoxalması, incəsənət və musiqinin tənəzzülü (degenerasiyası), ədəbiyyatın mənəviyyatsızlığı, mətbuatın simasızlığı (korrupsiyalılığı),nigahdankənar birgə yaşayışı müdafiə edən, nudizm fəlsəfəsini təbliğ edən, təvazökarlığı əqli uydurma adlandıran, nigahın əsas və müqəddəs məqsədinin uşaq dünyaya gətirmək olmasını inkar edən, dini xalq üçün opium elan edən, əgər azadlıq verilsə, bəşəri geriyə—barbarizmə, xaosa və nəhayət onu yox olmağa sürükləyəcək olan “tənəzzül peyğəmbərləri”nin təsirlərinin və fəaliyyətlərinin artması—bütün bunlar miskinləşib tənəzzül edən cəmiyyətin aşkar əlamətləridir.O cəmiyyət ki, ya yenidən doğulmalı, ya da məhv olub getməlidir.
 
Qoy məni hamı düzgün başa düşsün və Həzrət Bəhaullahın Əmrinin mahiyyətini təşkil edən bu həqiqəti heç kəs yanlış yozmasın. Allahın bütün Peyğəmbərlərinin ilahi mənşəyi, Bəhai Dini tərəfdarlarının hər birinin sözsüz və möhkəm inandığı etiqaddır. Allahın bu Elçilərinin fundamental birliyi aydın bir şəkildə tanınır, Onların Vəhyinin bir-birinin davamı olması təsdiq olunur, Onların hakimiyyətinin Allahdan olması və Kitablarının bir-birini tamamlaması (korrelativ xarakteri)qəbul edilir, Onların məqsəd və məramlarının vahid olması bəyan edilir, Onların təsirinin unikallığı (təkrarolunmazlığı) vurğulanır, Onların təlimlərinin və ardıcıllarının barışa gəlməsinə ümid olunur. Həzrət Bəhaullah şəhadət verir ki, “Onların hamısı eyni bir çadırda sakindir, eyni bir səmada uçur, eyni bir taxtda əyləşir, eyni bir sözü söyləyir və eyni bir Dini bəyan edirlər”.


Həzrət Bəhaullahı adı ilə bağlı olan bu Əmrin məqsədi qətiyyən o deyildir ki, Ondan əvvəl gələn Peyğəmbərlərin rolunu azaltsın, təlimlərindən hər hansınısa aşağılasın, Vəhylərinin parlaqlığını, cüzi də olsa, zəiflətsin, ardıcıllarının ürəyindən çıxarsın, fundamental ehkamlarını ləğv etsin, nazil etdikləri hansısa Kitaba etinasızlıq göstərsin və ya tərəfdarlarının ali niyyətlərinə təzyiq göstərsin. Hər hansı bir dinin Allahın insanlara son vəhyi olması iddiasını inkar edərək, Özünün də Vəhyinin son olmadığını söyləyərək Həzrət Bəhaullah dini həqiqətin nisbiliyi təməl prinsipini, İlahi Vəhylərin ardıcıl və vahid bir proses olduğunu, dinin mütərəqqi inkişafını aşılayır. Onun məqsədi bütün nazil olmuş dinlərin təməlini genişləndimək və onların yazılarındakı sirləri açmaqdır. O, Onların məqsədlərinin birliyinin sözsüz qəbul edilməsində təkid edir, verdikləri əbədi həqiqətləri təsdiqləyir, missiyasını əlaqələndirir, təlimlərindəki əsas və mötəbər olanı qeyri-əsas və qondarma olanlardan fərqləndirir, Allahdan olan həqiqəti din xadiminə məxsus mövhumatdan ayırır və bir təməl olaraq bunun üzərində onların birləşməsinin və ən yüksək ümidlərinin həyata keçməsinin mümkünlüyünü söyləyir, hətta qaçılmaz olmasını öncədən bildirir.


Bir anlığa düşünülməməlidir ki, Həzrət Bəhaullahın ardıcılları dünyanın dini liderlərinin, bu istər Xristian olsun, istər İslam, istərsə də başqa bir konfessiya, məqamlarını kiçiltmək və alçaltmaq istəyirlər, əgər onların davranışları öyrətdiklərinə, tutduqları məqama uyğundursa. “O din xadimləri ki”, Həzrət Bəhaullah təsdiq edir, “həqiqi bilik və gözəl xasiyyət naxışları ilə bəzəniblər, həqiqətən, dünyanın bədəninə baş, millətlərə isə göz kimidirlər. İnsanların hidayəti hər zaman bu mübarək ruhlardan asılı olmuş və asılıdır”.


Həzrət Bəhaullah, hər bir Vəhyin insanların həyatlarına, düşüncəsinə və davranışlarına göstərdiyi transformasiyaedici təsir barədə bu sözləri nazil etmişdir: “Hər bir Vəhyin məqsədi o deyilmi ki, insanın bütöv xasiyyətində transformasiya yaratsın, elə bir transformasiya ki, özünü həm zahirən, həm də daxilən büruzə versin, həm onun daxili həyatına, həm də xarici şəraitinə təsir göstərmiş olsun? Zira, əgər insanın xasiyyəti dəyişməzsə, onda Allahın dünyadakı Zühurlarının əbəs olması meydana çıxardı.”


Həzrət İsa Özü həvvarilərinə üz tutub bu sözləri söyləməmişdimi: “Mənim sizə deməli olduğum çox şeylər var, lakin siz indi onları sığdıra bilməzsiniz. Nə zaman ki, O, Həqiqət Ruhu gələcək, O sizi bütün həqiqətlərə yönəldəcək”


Məsihin sözlərindən, İncilin şəhadət verdiyi kimi, hər bir mütəəssüb olmayan müşahidəçi (hər kəs) asanlıqla Həzrət Bəhaullahın gətirdiyi Dinin əzəmətini başa düşər və Onun irəli sürdüyü iddianın sarsıdıcı çəkisini etiraf edər.


Həzrət Bəhaullahın Əmrinə, doğrudan da, əgər biz Onun təlimlərindən çıxan nəticələri düzgün qiymətləndirsək, bir tsiklin kulminasiyası, silsilə şəklində açılan ardıcıl, həm əvvəlki hazırlıq xarakterli, həm də sonrakı və daha proqressiv xarakterli vəhylərin son mərhələsi  kimibaxılmalıdır. Həzrət Adəmdən başlayıb Həzrət Babla qurtaran bu vəhylər, bütün Əsrlərin Vəd Olunmuşunun zühur edəcəyi Günlərin Gününün gəlişinə yol açmış və onun barəsində təkidli və aşkar xəbərlər vermişlər...


Dünyanın din tarixində bərabəri və bənzəri olmayan və universal (ümumdünya) peyğəmbərlik tsiklinin zirvəsi olan Bu Əmrin malik olduğu güc və imkanların zənginliyi bizi heyrətə salır. Bunun, vaxtı gələndə parıldayacaq minillik cəlalı bizim gözlərimizi qamaşdırır. Bu Əmrin Müəllifinin Ondan əvvəl olduğu kimi, Ondan sonra da ardıcıl gələcək olan Peyğəmbərlərin üzərinə düşən kölgəsinin əzəməti (göstərdiyi təsir) bizim təsəvvürümüzə sığmır.


Artıq bir əsrdən də az bir müddətdə, bu Əmrin yaradıcı ruhundan törəyən sirli (mistik) proseslərin təsirindən insan cəmiyyətində elə bir təbəddülat yaranmışdır ki, çətin ki, kimsə onu anlaya bilsin. Özünün ilk yaşlarında, inkubasiya dövrünü yaşayaraq bu Əmr yavaş-yavaş möhkəmlənən sistemi vasitəsilə bəşərin bütün həyatının qıcqırmasına səbəb olmuşdur ki, bu da nizamı pozulmuş cəmiyyətin lap təməlini sarsıdacaq, onun qanını təmizləyəcək, institutlarını yenidən quracaq, istiqamətlərini dəyişəcək və onun son taleyini formalaşdıracaqdır.


Həzrət Bəhaullahın Əmrinin doğuşunu xəbər verən və onun inkişafını müşayiət edən əlamətlər və hadisələrlə tanış olan müşahidəçi göz və ya qərəzsiz ağıl, dağıdıcılığı, səfaləti və qorxusu iləbu dəhşətli və planetar bəlanı Onun meydana çıxmaqda olan embrionik Dünya Nəzminin baş qaldırmasına yazmayıb hara yazsın? O Nəzm ki, Onun Özünün birmənalı şəkildə buyurduğu kimi, “dünyanın tarazlığını pozmuş və bəşəriyyətin indiyə kimi olan nizamlı həyatında çevriliş yaratmışdı”.İnsanın başa düşmədiyi, insan nəslinin tarixi salnaməsində misli olmayanbu dəhşətli böhranın mənşəyi dünyanı silkələyən, ona enerji verən və onu xilas edən, Həzrət Babın Özünün də təsdiq etdiyi kimi, “bütün yaranmış şeylərin daxili mahiyyətində vuran” oruha deyilsə, onda hansı qüvvəyə aid edilməlidir?Müasir cəmiyyətin sarsıntısında, qəzəblə tüğyan edən dünya miqyaslı insan düşüncələrinin qaynamasında, irqləri, dinləri və sinifləri atəşə tutan şiddətli antagonizmlərdə, millətlərin çökməsində, Şahların(kralların) devrilməsində, imperiyaların parçalanmasında, sülalələrə son verilməsində, dini ierarxiyaların dağılmasında, zamanında şərəfli olan institutların vaxtının keçməsində, uzun əsrlər ərzində insan nəslinin üzvlərini bir yerdə saxlamış istər sekulyar, istərsə də dini bağların qırılmasında—Həzrət Bəhaullahın Əmrinin Quruculuq Əsrinin ilk illərindən dərhal sonra gələn Birinci Dünya Müharibəsinın başlamasından bəri getdikcə ağır bir şəkildə özünü göstərən—Həzrət Bəhaullahın Vəhyinin təsirinə məruz qalan, lakin Onun çağırışını rədd edən və indi Onun Ruhunun yaradıcı, paklayıcı və dəyişdirici təsirinin bilavasitə nəticəsi olaraq öz yükünü atmağa çalışan əzablı dövrün başlamasının aşkar əlamətlərini asanlıqla görə bilərik.


Sirli bir şəkildə, yavaş-yavaş və dəfedilməz bir surətdə Allah Öz planını yerinə yetirir, hərçənd ki, bu günlərdə bizim gözlərimiz qarşısında öz torunda ümidsizcəsinə çabalayan bir dünya durur, o dünya ki, bir əsr ərzində onu Allaha tərəf səsləyən Səsə qarşı etinasız qalıb, lakin onu şirnikdirib dəhşətli bir uçuruma aparan səsə miskincəsinə tabe olub.


Allahın məqsədi uzun əsrlər boyu parçalanmış, iztirab çəkmiş bəşəriyyəti, tam əhəmiyyətini yalnız Özü bildiyi və yalnız Özünün həyata keçirdiyi yollarla o Böyük, Qızıl Əsrə doğru aparmaqdır. Onun indiki vəziyyəti, hətta onun lap yaxın gələcəyi çox qaranlıqdır, müsibətli dərəcədə qaranlıqdır. Onun bir az uzaq gələcəyi isə parlaqdır, ehtişamlı dərəcədə parlaqdır, elə parlaq ki, heç bir xəyal gücü onun parlaqlığını təsəvvür edə bilməz.
 

Anchor 1
Anchor 2
Anchor 3

 

 

Bəşəriyyətin Birliyi


BƏŞƏRİYYƏT, İSTƏR İNSANLARIN fərdi davranışı, istərsə də mütəşəkkil icmalar və millətlər arasında mövcud olan münasibətlər nöqteyi-nəzərindən, əfsuslar ki, çox azıb və həddən artıq tənəzzülə uğrayıb ki, onu, niyyətləri nə qədər də pak, fəaliyyətləri nə qədər uzlaşdırılmış olsa da, bəşərin işlərinə nə qədər cəhdlə səy qoysalar və özlərini nə dərəcədə buna həsr etsələr də, ən görkəmli hakimlər və dövlət adamlarının birgə səyləri vasitəsilə xilas etmək mümkün olsun. Ən uzaqgörən, yüksək səviyyəli dövlət adamlarının zəkalarının məhsulu olan heç bir plan; ən qabaqcıl iqtisadi nəzəriyyənin irəli sürdüyü heç bir iqtisadi sistem, ən alovlu mənəviyyat mübarizlərinin tətbiq etmək istədikləri heç bir prinsip, son nəticədə, üzərində çaşqın bir dünyanın gələcəyinin qurulacağı təməli qoymaq iqtidarında deyil.
 
Qarşılıqlı dözümlülüyə çağıran təcrübəli müdriklərin heç bir çağırışı, nə qədər inandırıcı və təkidli olsa da, nə onun ehtirasını sakitlşdirə bilər, nə də onun həyat qüvvəsini bərpa edə bilər. Nə də ki, sadəcə bir ümumi beynəlxalq əməkdaşlıq proqramı (əgər onun bünövrəsində nəsə bir daha böyük bir şey yoxsa), insan fəaliyyətinin hansı sahəsinə aid olursa olsun, onun konsepsiyası nə qədər dahiyanə, miqyası nə qədər geniş olursa olsun, bu günkü cəmiyyətin tarazlığını belə kəskin pozan şərin kökünü kəsə bilməz.Hətta mən cəsarət edib onu da deyə bilərəm ki, dünyanın siyasi və iqtisadi yöndən birləşməsi üçün tələb olunan mexanizmin tərtib olunması aktının özü belə, son vaxtlar alovlu şəkildə müdafiə olunan bir prinsip—mədəni xalqların və millətlərin həyat qüvvəsini davamlı olaraq yeyən zəhərə qarşı antidot ola bilməz. Ancaq Həzrət Bəhaullah tərəfindən altmış il öncə belə sadəlik və qüvvətlə bəyan edilən,daxilində Allahın bəşəriyyətin bu dövrdə birləşməsi üçün müəyyən etdiyi planı ehtiva edən və bunun bütün müddəalarının qüsursuz effektivliyinə sarsılmaz inamla birlikdəİlahi Proqramın tərəddüd etmədən qəbul edilməsi, son nəticədə, qarşısı alınmasa, ümidsizliyə düşən cəmiyyətin həyat qüvvəsini aşındıracaq daxili dezintegrasiya qüvvələrinin qarşısında dura bilər. İztirab çəkən bəşəriyyət məhz bu məqsədə doğru—Yeni Dünya Nizamına, mənşəyinə görə İlahi, miqyasına görə cahanşümul, mahiyyətinə görə ədalətli, xüsusiyyətinə görə cəsarətli Dünya Nizamına doğru can atmalıdır.


Bəşərin dünya miqyaslı birliyi üçün Həzrət Bəhaullahın verdiyi heyrətamiz planının tam mənasını başa düşməyi və ya axıra qədər onun əhəmiyyətini dərk etməyi hətta Onun Əmrinin ardıcılları tərəfindən iddia etmək qeyri-təvazökarlıq olardı. Onu bütün imkanları ilə təsəvvürə gətirməyə cəhd etmək, gələcək faydalarını qiymətləndirmək, cəlalını və zəfərini xəyal etmək hətta bəşərin təkamülünün indiki inkişaf mərhələsində vaxtından əvvəl edilmiş bir cəhd olardı. Sağlam düşüncə ilə bizim edə biləcəyimiz bir şey ancaq bu ola bilər ki, zamanı çatanda, bəşəriyyəti saran zülməti qovacaq olan o vəd olunmuş Səhərin ilk şəfəqlərinin parıltısını görə bilməyə can ataq. Biz ancaq onu edə bilərik ki, Həzrət Bəhaullahın Dünya Nizamının, bizim fikrimizcə, əsasında duran rəhbər prinsipləri, onların ən geniş konturları ilə, görə bilək.


Mütəəssib olmayan insan inkar edə bilməz ki, bəşərin çox hissəsinin narahatlıq və iztirabları Birinci Dünya Müharibəsinin çox cəhətdən bilavasitə nəticələridir və bu iztirablar Sülh Müqavilələrini tərtib edənlərin hikmətsizliyinə və qeyri-uzaqgörənliyinə aid edilməlidir. Bununla belə, bunu iddia etməkəsassız olardı ki, ancaq müharibə, onun gətirdiyi bütün itkilərlə, qaldırdığı ehtiraslarla, arxada qoyduğu bəlalarla,indiki mərhələdə, sivil cəmiyyətin hər bir sahəsinin içərisində batdığı misli görünməmiş iğtişaşların (qarışıqlıqların)yeganə səbəbidir. Məgər əslində gerçəklik bu deyilmi ki, mənim vurğulamaq istədiyim ən əsas fikir də elə budur—dünyanın bu iğtişaşlarının fundamental səbəbi,davamlı olaraq dəyişən dünyanın işlərində gec və ya tez keçici axşama kimi qiymətləndiriləcək hadisələrdən daha çox, əllərinə xalqların və millətlərin hazırkı talelərinin etibar edildiyi kəslərin öz iqtisadi və siyasi instiutlarını sürətlə inkişaf edən dövrün imperativ ehtiyaclarına  uyğunlaşdıra bilməmələridir. Müasir cəmiyyəti vaxtaşırı sarsıdan bu böhranlar ilk növbədə, tanınmış dünya liderlərinin zamanın xüsusi əlamətlərini düzgün qiymətləndirə bilmək, özlərinin təəssübkeş ideya və məhdudlaşdırıcı doktrinalarından birdəfəlik yaxa qurtarmaq və ölkələrində idarəçilik mexanizmini Həzrət Bəhaullahın, ən əsas fərqləndirici cəhətinin bəşəriyyətin birliyi olan Əmrinin ali bəyanının standartlarına uyğun şəkildə dəyişə bilməkdə acınacaqlı qabiliyyətsiliklərindən qaynaqlanmırmı? Zira Bəşəriyyətin Birliyi prinsipi, Həzrət Bəhaullahın dünya miqyaslı səltənətinin məhək daşı, Onun dünyanın birləşdirilməsi planının həyata keçirilməsidir ki, başqa bir şey deyil. O plan ki, barəsində artıq danışılmışdır. Həzrət Əbdül-Bəha yazır, “Hər bir Zühur dövründə İlahi Hidayətin nuru bir əsas mövzunun üzərinə düşmüşdür. Bu ecazkar Vəhydə, bu nurlu əsrdə, Allahın Dininin təməli və Onun Qanununun fərqli cəhəti Bəşəriyyətin Birliyi anlayışıdır”.


İctimai institutların liderləri, o kəslər ki, əsrin ruhuna tam etinasız halda, millətlərin özünəqapalı şəkildə yaşadıqları qədim tarixi üçün uyğyn olan milli prosesləri, ya dünya birliyinə nail olacaq, ya da, Həzrət Bəhaullahın öncədən xəbərdarlıq etdiyi kimi, bəşəriyyətin məhvə məhkum olacağı əsrə uyğunlaşdırmağa çalışırlar. Sivilizasiya tarixinin indiki həlledici anında dünyanın bütün millətlərinin—həm kiçik, həm böyük, istər Şərq, istər Qərb, qalib və ya məğlub liderləri Həzrət Bəhaullahın çağırışına qulaq verməli, ümumdünya həmrəyliyi ruhu ilə dolaraq, Onun Əmrinə sine qua non sədaqəti ilə, qətiyyətlə ayağa qalxıb Onun, İlahi Həkimin xəstə bəşəriyyət üçün yazdığı o yeganə şəfaverici müalicəni bütün tamlığı ilə yerinə yetirməlidirlər. Qoy onların hamısı bir nəfər kimi, hər bir önyarğını, hər cür milli təəssübkeşliyi atsınlar, və həzrət Əbdül-Bəhanın, Onun Təlimlərinin mötəbər Şərhçisinin uca nəsihətinə diqqət versinlər. “Sizin öz ölkənizə xidmətinizin ən yaxşı yolu”, öz millətinin və hökumətinin maraqlarına xidmət etməyin ən yaxşı yolunun nə olduğunu soruşan ABŞ-ın federal hökumətinin yüksək vəzifəli məmuruna həzrət Əbdül-Bəhanın cavabı, “dünya vətəndaşı kimi öz bacarığın daxilində, sənin ölkənin hökumətinin quruluşunun əsasında duran federalizm prinsiplərinin indi dünyanın millətləri və xalqları arasında mövcud olan münasibətlərdə də tətbiq olunmasına çalışasınız”olmuşdu. 


Dünyanın gələcəkdə yenidən qurulmasına böyük bir töhfə olan “İlahi Sivilizasiyanın sirri” kitabında biz oxuyuruq:“Həqiqi sivilizasiya (təməddün) düz dünyanın mərkəzində öz bayrağını dalğalandıracaq, o zaman ki, bir neçə görkəmli və ləyaqətli hakim, sədaqət və qətiyyətin parlaq nümunələri, bəşəriyyətin xeyri və xoşbəxtliyi naminə, qərarlılıq və aydın baxışla, ayağa qalxacaq və Ümumdünya Sülhünü bərqərar edəcəklər. Onlar Sülh İşini hamının məşvərət obyekti etməli, öz ixtiyarlarında olan hər cür vasitə ilə dünya millətlərinin Birliyini qurmalıdırlar. Onlar məcburi müqavilə imzalamalı və şərtləri möhkəm, pozulmaz və dəqiq olan əhd bağlamalıdırlar. Onlar bu işi bütün dünyaya elan etməli və bütün insan nəslinin təsdiqini və razılığını almalıdırlar. Bu ali və nəcib təşəbbüs—bütün dünyanın sülh və rifahının həqiqi mənbəyi—Yer üzündə yaşayan hər kəs üçün müqəddəs sayılmalıdır. Bəşərin bütün qüvvələri bu Ən Böyük Anlaşmanın sabitlyini və daimi olmasını təmin etmək üçün səfərbər olunmalıdır. Bu əhatəli və hərtərəfli Paktda hər bir ölkənin ərazi və sərhədləri dəqiq müəyyən edilməli,dövlətlərin bir-birinə qarşı münasibətlərini tənzimləyən prinsiplər aydın ortaya qoyulmalı və bütün beynəlxalq razılaşma və öhdəliklər təsdiq olunmalıdır. Eynilə də, hər bir dövlətin silahlı qüvvələri ciddi şəkildə məhdudlaşdırılmalıdır, zira əgər hər hansı dövlətə müharibəyə hazırlaşmaq imkanı verilsə və o silahlı qüvvələrini artırmağa çalışsa, onda bu başqa dövlətlərdə narahatlıqların yaranmasına səbəb olacaq. Bu təntənəli Paktın təməlində duran əsas prinsip elə müəyyən olunmalıdır ki, əgər hər hansı bir hökumət sonradan onun hər hansı bir şərtini pozarsa, Yer üzündəki bütün hökumətlər qalxıb onu tam təslim etməlidirlər, yox, bütün insan nəsli bütövlükdə qətiyyətlə öz ixtiyarında olan bütün vasitələrdən istifadə edərək o hökuməti devirməlidirlər. Bütün əlaclardan ən böyüyü olan bu vasitə dünyanın xəstə bədəninətətbiq olunsa, o mütləq xəstəlikdən sağalacaq və əbədiyyətədək əmin-amanlıqda olacaqdır”.


O daha sonra əlavə edir,“Ancaq bir neçəsiinsan cəhdlərində gizli olan qüvvədən xəbərsiz, bu məsələnin həyata keçirilməsini qeyri-mümkün, hətta insanın qabiliyyətindən kənar hesab edirlər. Lakin bu belə deyil. Əksinə, Allahın qüsursuz mərhəməti,Onun sevimlilərinin lütfü və xeyirxahlığı, müdrik və qabiliyyətli insanların misilsiz səyləri, bu zamanın bərabəri olmayan liderlərinin fikir və ideyaları iləheç nə mümkünsüz hesab edilməməlidir. Səylər, durmadan edilən səylər tələb olunur. Sarsılmaz qətiyyətdən başqa bunu heç nə ilə əldə etmək olmaz. Çox işlər keçmiş əsrlərdə sırf xülya kimi görünürdü, amma bu gün onlar çox asan və praktiki görünür. Nə üçün bu ən böyük və uca iş—həqiqi sivilizasiyanın göyündəki günəşin və cəlal işinin, bəşərin irəliləməsinin, rifahının və müvəffəqiyyətinin işiəlçatmaz görünməlidir? Əlbəttə, gün gələcək ki, onun gözəl işığıinsan toplumlarının üzərinə öz nurunu yağdıracaq”.


Lövhlərinin birində Həzrət Əbdül-Bəha bu yüksək mövzunu aydınlaşdıraraq bunu açıqlamışdır:


“Keçmiş əsrlərdə harmoniya əldə olunsa da, vasitələrin olmaması üzündən bəşəriyyətin birliyinə nail olmaq mümkün olmamışdı. Qitələr bir-birindən ayrı idi, hətta bir qitə hüdudlarında belə xalqlar arsında ünsiyyət və ideyalar mübadiləsi, demək olar, mümkün deyildi. Və bunun da nəticəsində, qarşılıqlı ünsiyyət, qarşılıqlı anlaşma, və bütün yer üzü tayfaları və xalqlarının birləşməsi əl çatmaz  idi. Lakin bizim dövrümüzdə isə, rabitə vasitələri geniş yayılıb və yer kürəsinin beş qitəsi birləşərək bir qitə kimi olub. Bu istər xalqlar və ya ölkələr olsun, istər əhərlər və kəndlər, bəşər ailəsinin üzvləri arasındakı asılılıqdaha da artıb. Ayrıca təkbaşına yaşamaq artıq heç bir dövlət üçün mümkün deyil, çünki ölkələr və xalqlar siyasi bağlarla bir-birinə bağlanıb və ticarətdə və sənayedə, kənd təsərrüfatı və maarifçilkdə əlaqələır günbəgün möhkəmlənir. Məhz buna görə bizim dövrümüzdə bəşəriyyyətin birləşməsi mümkündür. Həqiqətən də, bu, bu ecazkar əsrin, bu şərəfli əsrin möcüzələrindən biridir. Keçmiş əsrlər bundan məhrum qalmışdıılar, zira bu əsrə—işıq əsrinəbelə bir misilsiz və bərabəri olmayan, qüdrət və parlaqlıq əta edilmişdir. Ona görə də hər yeni gün yeni bir möcüzə ilə açılır. Zamanı gəldikdə insan nəsli üzərində onun yandırıdığı şamın işığı aşkar görünəcəkdir.


“Baxın, o işığın şəfəqləri dünyanın zülmət bürümüş üfüqünü necə işıqlandırır. Birinci şam siyasi aləmdə yaranacaq birlikdir, onun ilk şəfəqlərini indi də görmək olar. İkinci şam dünya işlərində fikir birliyidir ki, onun reallaşmasına şahid olmaq üçün biz çox gözləməyəcəyik. Üçüncü şam azadlıq istəmədə olan birlikdir ki, mütləq baş verəcəkdir. Dördüncü şam dinin birliyidir ki, bütün bu birliyin təməl daşıdır, və Allahın qüdrəti ilə, bütün parlaqlığı ilə aşkar olacaqdır. Beşinci şam millətlərin birliyidir—bir birlik ki, bu əsrdə bərqərar olacaqdır və dünyanın bütün insanlarını özlərini bir vahid vətənin vətəndaşları hesab etmələrinə səbəb olacaqdır. Altıncı şam irqlərin birliyidi—bir birlik ki, bütün yer üzü sakinlərini bir irqin insanları və övladları edəcəkdir. Yeddinci şam dillərini birliyidir, yəni universal  bir dilin seçilməsidir ki, bütün insanlar o dildə təhsil alacaq və danışacaqlar. Bu söylənən prinsiplərin hər biri və hamısı həyata keçəcəkdir, çünki Allahın Səltənətinin qüdrəti onları gerçəkləşməsində kömək və yardılm edəcəkdir”.


Altmış ildən də çox əvvəl, Kraliça Viktoriyaya ünvanladığı Lövhündə Həzrət Bəhaullah “Yer üzü hökmdarlarına” müraciət edərək aşağıdakı sözləri nazil etmişdir:


“Bur yerdə məşvərət edin, və qoy sizin qayğınız bəşərə fayda gətirən və onun şəraitini yaxşılaşdıran şeylər olsun... Dünyaya bir insan bədəni kimi baxın ki, bütöv və kamil yaradılmasına baxmayaraq, müxtəlif səbəblərdən aır xəstəlik və bəlalarla  xəstəliyə düçar olu. Bir gün də rahat olmayıb, xeyr, onun xəsətliyi getdikcə şiddətlənib, çünki özlərinin dünyəvi arzularının atının başını buraxıblar və aör günah işlədiblər. Və əgər bir vaxtlar, qabiliyyətli bir həkimin qayğısı ilə bu bədənin bir üzvü sağalıbsa da, qalanları isə əvvəlki kimi xəstə qalıb”.


Növbəti parçada Həzrət Bəhaullah bu sözləri əlavə edir:“Biz görürük ki, siz hər il məsrəflərinizi artırırsınız və bunun da ağırlığını idarə etdiyiniz insanların üzərinə yıxırsınız.Bu həqiqətən, ağır ədalətsizlikdən başqa bir şey deyil. Bu Məzlumun ahından və göz yaşlarından qorxun, və insanlarınızın üzərinətab gətirə biləcəklərindən artıqyük qoymayın. Öz aranızda razılığa gəlin ki, sizin öz ərazi və səltənətinizi qorumaq üçün zəruri olan qüvvvədən başqa heç bir silahlı qüvvəyə ehtiyacınız olmasın. Bir olun, Ey dünyanın hökmdarları, zira bununla sizin aranızdakı nifaq sakitləşəcək və sizin xalqlarınızı rahatlıq tapacaq. Sizlərin arasından kimsə başqasına qarşı qoşun qaldırarsa, hamınız onun əleyhinə qalxın, zira bu aşkar ədalətdən başqa bir şey deyildir”.


Bu tutatlı və çəkili sözlərin mənası nə ola bilərdi, əgər onlar, dünyanın bütün xalqlarının gələcəkdə yaradacağı birlik üçün zəruri olan ilkin şərt kimi,cövlan edən milli suverenliyin məhdudlaşdırılmasının qaçılmazlığına işarə etmirlərsə?Dünyanın hansısa formada fövqəl dövləti yaradılıb inkişaf etdirilməlidir, dünyanın bütün millətləri müharibə aparmaq hüquqlarını, bəzi vergiqoyma haqlarını, özlərinin ərazilərindədaxili asayişi qorumaq üçün lazım olandan başqa silahlı qüvvələr saxlama haqlarını o dövlətə verməlidirlər. Belə bir fövqəl dövlətin tərkibində Beynəlxalq İcraedici orqan olmalıdır ki, bu birliyə daxil olan hər hansı üsyankar dövlətin sözsüz tabeçiliyini təmin  etmək üçün tam səlahiyyətli olsun. Dünya Parlamenti olmalıdır ki, onun üzvləri müvafiq ölkələrin xalqları tərəfindən seçilməli və müvafiq hökumıət də bu seçkiləri təsdiq etməlidir; Bunun tərkibində Ali Məhkəmə olmalıdır ki, onun səlahiyyəti aidiyyatı olan tərəflər öz işlərini könüllü olaraq onun baxmasına vermədikləri halda belə onlar üçün məcburi hökmə malik olsun; Bir dünya icması ki, onda bütün iqtisadi baryerlər həmişəlik ləğv ediləcək və Kapitalla Əməyin qarşılıqlı asılılığı qəti şəkildə təsdiq olunacaq;bu bilrikdə dini fanatizm və çəkişmə səs-küyü həmişəlik susdurulacaq. Burada irqi ədavətin alovu birdəfəlik söndürüləcək.Burada vahid beynəlxalq hüquq kodeksi—dünya federasiyasına daxil olan dövlətlərin düşünülmüş mühakimələrinin məhsuluəsasında federal vahidlərin birləşmiş qüvvələrinin dərhal və uzlaşmış müdaxiləsi üçüntəxirəsalınmaz sanksiyalar verilməlidirvə nəhayət elə bir dünya icması ki, orada dəyişkən və savaşqannasionalizm,daimi olacaq dünya vətəndaşlığı şüuruna çevriləcək. Həqiqətən də, Həzrət Bəhaullahın öngördüyü Nizamın ən geniş götürdükdə konturlarıbelə xəyala gəlir. Elə bir Nizam ki, tədricən yetkinləşməkdə olan dövrün ən gözəl meyvəsi kimi qiymətləndiriləcəkdir.Həzrət Bəhaullah bəşərə müraciətində bəyan edir: “Birlik Çadırıqurulmuşdur, bir-birinizə yadlar kimi baxmayın. Siz hamınız bir ağacın meyvələri, bir budağın yarpaqlarısınız... Dünya bir vətəndir, bütün insanlar isəonun vətəndaşlarıdır. Qoy insan öz vətənini sevməsilə fəxr etməsin, bəlkə onunla fəxr etsin ki, bütün bəşəri sevir”.


Qoy burada Həzrət Bəhaullahın ümumdünya qanununun canlandırıcı gücü və məqsədi barədə bir təlaş olmasın. Cəmiyyətin mövcud fundamentini devirmək məqsədindən çox uzaq olmaqla, o, bunun əsaslarını genişləndirmək və hər zaman dəyişən dünyanın ehtiyacları ilə səsləşən bir şəkildə onun təsisatlarına yeni forma vermək məqsədi daşıyır. Bu nə ağıllı tərəfdarlıqla ziddiyyətə girir, nə də sədaqətliliyin ilkin və mühüm elementlərini dağıdır. Bunun məqsədi nə odur ki, insanların ürəyində sağlam və ağıllı patriotizm alovunu söndürsün, nə də ifrat mərkəzləşmədən qaçmaq üçün bu qədər mühüm olan milli avtonomiya sistemini ləğv etsin. Odünya xalqlarını və millətlərini bir-birindən fərqləndirən etnik mənşənin,iqlim, tarix, dil və ənənə, fikir və adətlərin müxtəlifliyini nərədd edir, nə də ki, onu boğur.O daha geniş bir sədaqətliliyə çağırır, insanlığı indiyə kimi ruhlandıran hər hansı bir cəhddən daha yüksəyinə səsləyir. O milli maraq və motivləri birləşmiş dünyanın imperativ idddialarına tabe etməkdə təkid edir. O bir tərəfdən ifrat mərkəzləşməni rədd edir, digər tərəfdən isə yeknəsəkliyə aparan cəhdləri inkar edir. Onun devizi Həzrət Əbdül-Bəhanın izah etdiyi kimi müxtəliflikdə birlikdir:“Bağdakı güllərə baxın. Növünə, rənginə, formasına görə fərqli olsalar da, onlar bir çeşmənin suyu ilə təravətlənir, bir küləyin nəfəsi ilə canlanır, bir günəşin şüaları ilə dirçəlir, bu müxtəliflik onların lətafətini yüksəldir, onların gözəlliyini artırır. Əgər bu bağda bütün güllər və bitkilər, yarpaqlar və çiçəklər, meyvələr, budaqlar və ağaclar eyni formada və rəngdə olsaydı, xoş olmazdı! Rənglərin və formaların çeşidliliyi bağı daha da zənginləşdirir, bəzəyir və onu daha da gözəl edir. Eynilə də, müxtəlif cür fikirlər, temperamentlər və xarakterlər bir mərkəzi gücün təsiri ilə bir araya gətirildikdə, insanın kamilliyi bütün gözəlliyi və əzəməti ilə açılacaq və aşkar olacaq. Bütün şeylərin gerçəkliyinin fövqündə olan və onları idarə edən Allah Kəlamından başqa heç nə insan oğlunun ayrılan fikirlərini, hisslərini, ideya və inamlarını harmonik şəkildə bir araya gətirmək iqtidarında deyil”.


Həzrət Bəhaullahın çağırışı ilk növbədə hər cür əyalətçiliyin, bütün növ qapalılıq və təəssübkeşliyin əleyhinə yönəlib. Əgər uzun zamanlar bəslənən ideallar, əsrlərlə müqəddəs elan edilmiş təsisatlar, əgər müəyyən sosial postulatlar və dini ehkamlar—bəşəriyyətin çoxunun rifahına daha  kömək edə bilmirsə, əgər onlar daha davamlı olaraq təkamül edən bəşəriyyətin ehtiyaclarına xidmət edə bilmirsə, onları silmək və köhnəlmiş və unudulmuş ehkamların atıldığı yerəatmaq lazımdır. Nə üçün bunlar, dəyişməz inkişaf və dağılma qanununa məruz qalan dünyada insanın yaratdığı hər bir təsisatı saran tənəzzüldən kənarda qalmalıdırlar? Çünki hüquqi normalar, siyasi və iqtisadi nəzəriyyələr yalnız bütövlükdə bəşərin maraqlarını qorumaq üçün tərtib edilmişdir və bəşəriyyət hər hansı bir xüsusi qanun və ya ehkamın toxunulmazlığına qurban getməməlidir.


Məni düzgün başa düşün. Bəşəriyyətin birliyi Prinsipi—Həzrət Bəhaullahın bütün təlimləri bu mərkəzi ox ətrafında fırlanır. Nə sadəcə dayaz bir emosionalcoşqu,nə də dumanlı və alicənab bir arzu deyildir. Bunu sadəcə insanlar arasında xoşməramlılığın və qardaşlıq ruhunun oyanması ilə də eyniləşdirmək olmaz. Nə də ki, bu ayrı-ayrı xalqlar və millətlər arasında harmonik əməkdaşlıq ruhu yaratmaq məqsədi daşıyır. Onun nəticələri daha dərindir, iddiaları isə keçmiş Peyğəmbərlərin irəli sürdükləri hər hansı iddiadan daha yüksəkdir. Onun əsas ideyasıyalnız fərdlərə ünvanlanmayıb, bu, ilk növbədə bütün millətləri və dövlətləri bir insan ailəsinin üzvü kimi bir-birinə bağlayan mühüm münasibətlərin mahiyyətinə təsir göstərməyi nəzərdə tutur. O həm də sadəcə idealı elan etmir, o, bu idealın həqiqətini təcəssüm etdirən, onun yetərliliyini nümayiş etdirən vətəsirliliyini əbədiləşdirən adekvat təsisatla ayrılmaz şəkildə bağlıdır. O, bu günkü cəmiyyətin strukturunda üzvi dəyişikliyi nəzərdə tutur, elə bir dəyişiklik ki, bənzərini dünya hələ təcrübə etməyib. Bu, milliyyətçi ehkamların köhnəlmiş qalıqlarına qarşı cəsarətli və qarşısıalınmaz bir şəkildə meydan oxuyur, o ehkamlar ki, öz dövrlərini başa vurublar, vəonlar İlahi İnayətin əlinin idarə etdiyi hadisələrin təbii axarında yolunu yeni inama verməlidir. Elə bir inam ki, dünyada indiyə kimi yarananlardan fundamental surətdə fərqlənir və nəhayətsiz dərəcədə üstündür.Bu, nə az, nə çox, bütün sivil dünyanın—həyatın bütün mühüm aspektlərində: onun siyasi mexanizmlərində, ruhani cəhdlərində, ticarət və maliyyyədə, yazı və dilində, lakin eyni zamanda da onun federal vahidlərinin milli xüsusiyyətlərinə görə sonsuz müxtəlifliyə malik olmaqla birləşmiş dünyanın yenidən qurulmasına və hərbsizliəşdirilməsinə çağırır.


Bəşəriyyətin birləşməsi bəşərin təkamülünün zirvəsidir. Bir təkamül ki, özünün başlanğıcını ailə həyatının yaranmasından götürdü, daha sonra qəbilə birliyində növbəti inkişafına çatdı, sonra öz növbəsində şəhər dövlətin yaranmasına gətirdi və daha sonra genişlənərək müstəqil və suveren dövlətlərin yaranması ilə nəticələndi.


Həzrət Bəhaullahın elan etdiyi kimi, Bəşəriyyətin Birliyi prinsipi öz-özlüyündə nə az, nə çox, təntənəli şəkildə bir faktı təsdiq edir ki, bu möhtəşəm təkamülün son mərhələsinə yetişmək nəinki zəruridir, hətta qaçılmazdır, onun həyata keçməsi sürətlə yaxınlaşır, və Allahdan gələn gücdən başqa heç nə, bunu Yer üzündə bərqərar etməyə qadir deyil.


Kim bilir belə bir yüksək ideala çatmaq üçün bəşəriyyət əvvəllər olduğundan daha ağır iztirablara məruz qalmayacaq ki? Məgər özünün bütün dəhşətləri və səhvləri iləvətəndaş müharibəsindən başqa bir müharibə ki, böyük Amerika Respublikasını az qala parçalayacaqdı. Onun ştatlarını sadəcəmüstəqil vahidlər konfederasiyasında deyil, ölkənin bütün ştatlarının etnik çeşidliliyi zəminində məhz bir millət kimi nə birləşdirə bilərdi? Cəmiyyətin dərin strukturlarını ehtiva edən belə köklü dəyişikliklərin diplomatik və ya maarifləndirmə kimi adi fəaliyyət növləri vasitəsiləbaş verməsi inandırıcı görünmür. Biz məhz nəzərlərimizi bəşərin qanlı tarixinə yönəltməli və başa düşməliyik ki, sivilizasiyasının tarixində ən böyük dönüş nöqtələrini təşkil edən, o, epoxa yaradan dəyişikliklər ancaq böyükmənəvi və fiziki iztirablarbahasına başa gəlib.


Keçmişdə olan o dəyişikliklər nə qədər böyük və dərin olsalar da, onlara, düzgün yanaşıldıqda, bəşəriyyətin bu epoxada qaçılmaz olaraq məruz qaldığı böyüklüyünə və miqyasına görə misli olmayan transformasiyaya aparan köməkçi vasitələrdən başqa bir şey kimi baxmaq olmur. Əfsuslar, getdikcə daha da aydın olur ki, yalnız dünya miqyaslı katastrofa insan düşüncəsinin yeni mərhələsinə gətirə bilər. Şiddətli bir bəla yanğınından başqa heç nə, bu günkü sivilizasiyanın elementlərini təşkil edən parçalanmış xalqları əridib gələcəyin dünya miqyaslı birliyinin tərkib hissələrinə çevirərəkbir-birinə yapışdıra bilməz. Bu bir həqiqətdir ki, ancaq gələcək hadisələr onu daha aydın nümayiş etdirəcək.


Həzrət Bəhaullahın peyğəmbər səsinin “Gizli Kəlamlar”ın son parçalarında dünya xalqlarına xəbərdarlığı—görünməmiş bir bəla onların arxaınca gəlir və onları ağır cəza gözləyir. Həqiqətən də üzülən bəşəriyyəti yaxın gələcəkdə gözləyən taleyinin üzərinə məşum bir işıq salır.Bəşərin ondan təmizlənmiş və hazırlanmış halda çıxacağı şiddətli bir bəladan başqa heç nə, yeni doğulan eranın liderlərinin üzərlərinə götürməli olacaqları məsuliyyət hissini aşılamaqda müvəffəq ola bilməz.


Mən bir daha sizin diqqətinizi Həzrət Bəhaullahın artıq istiand etdiyim təhdidedici sözlərinə çəkmək istərdim: “Təyin olunmuş saat yetişəndə, qəfildən elə bir şey baş verəcək ki, bəşərin əzalarını titrədəcək”.

Yekunda daha bir neçə söz. Bəşəriyyətin birliyinin bəyanı—Həzrət Bəhaullahın hər şeyi əhatə edən səltənətinin təməl daşı–heç bir halda keçmişdə bəyan edilmiş belə alicənab arzularla müqayisə oluna bilməz. Bu sadəcə Onun zamanında Şərqin iki ən qüdrətli hökmdarının—onların əlində sürgün və məhbus olmaqlaqəddar və birləşmiş qüvvələrinin müqaviməti qarşısında təkbaşına və kömək olmadan qaldırdığı bir çağırış deyildir. Bu eyni zamanda həm xəbərdarlıq, həm də vəddir. Bir xəbərdarlıq ki, o ağır əzaba düşmüş dünyanın yeganə xilas vasitəsidir, bir vəd ki, onun reallaşması uzaqda deyil.


Bu fikir o zaman bəyan edilmişdi ki, onda bu haqda dünyanın heç bir yerində kimsə ciddi düşünmürdü, indi isə bu, Həzrət Bəhaullahın Ruhunun üfürdüyü səmavi qüdrət vasitəsilə, getdikcə daha çox fikir adamları tərəfindən nəinki yaxınlaşan bir imkan kimi, hətta indi dünyada işləyən qüvvələrin qaçılmaz nəticəsi kimi dəyərləndirilir.


Əlbəttə, fizika sahəsində əldə edilmiş heyrətamiz tərəqqi, ticarət və sənayenin dünya miqyasında genişlənməsi nəticəsində çox mürəkkəb bir orqanizmə çevrilmiş və vahid məkan olmuşdünya, dünya iqtisadi qüvvələrinin təsiri altında materialist sivilizasiyanın tələsində çabalamaqdadır. Və keçmiş Vəhylərin əsasında duran Həqiqətin onun zəruri tələbatlarına uyğun dildə yenidən bəyan edilməsinin kəskin ehtiyacı içindədir. Bəs Həzrət Bəhaullahın—Allahın bu dövr üçün Carçısısəsindən başqa hansı səs qadirdir ki, cəmiyyyətin transformasiyasına belə radikal təsir göstərsin, bir transformasiya ki, O, bu qədər müxtəlif və zahirən heç barışmaz görünən və Onun öz imanlarını bəyan etmiş ardıcıllarının icmasını təşkil edən kişi və qadınların ürəklərindəartıq yaradıb?


Belə bir qüdrətli konsepsiyanın sürətlə insanların fikrinə hakim kəsilməsinə, onun müdafisinə səslərin ucalmasına, onun əsas xüsusiyyətlərinin ilk növbədə hakimiyyətdə olanların şüurunda bərqərar olub möhkəmlənməsinə çox az adam şübhə edə bilər. Bunun ilkin strukturununHəzrət Bəhaullahın ardıcıllarının bağlı olduqları dünya miqyaslı İnzibati Sistemdə formalaşmasını ancaq ürəkləri təəssüblə yoluxmuş insanlar görməyə bilər.

 

 


 
Gələcək Cəmiyyətin Modeli—Strukturu


ÇOX AZ ADAM razılaşmaz ki, Həzrət Bəhaullahın dünyaya açıqladığı və Onun tanınmış tərəfdarlarının əməllərində müxtəlif gücdə və dolayısı ilə bir sıra xeyriyyəçi təşkilatların fəaliyyətində üzə çıxan Ruh, cəmiyyətin, Onun adı ilə bağlı olacaq, tamamilə Onun prinsipləri əsasında qurulacaq və Onun qanunlarına müvafiq surətdə işləyəcək görünən bir modelində təcəssüm etməyincə yayıla və bəşəriyyətə davamlı təsir edə bilməz.Həzrət Bəhaullahın, Özünün Kitabi-Əqdəsində, sonradan Həzrət Əbdül-Bəha Özünün VəsiyyətnaməsindəKitabi-Əqdəsin əsas müddəalarını təsdiq edən, tamamlayan və uzlaşdıran bir sənəd—dünya Bəhai cəmiyyətinin quruluşunun əsas elementlərini onun tamlığı ilə müəyyən etməsini onları oxuyan kəs dana bilməz. İlahi mənşəli inzibati prinsiplərə uyğun olaraq, Həzrət Bəhaullahın Vəhyi—bəşərin xilas Gəmisitikilib işə salınmalıdır. Bütün gələcək rifah onlardan axmalıdır və Əmrin bütün səlahiyyəti bütünlüklə onların üzərində olmalıdır.
 
Çünki Həzrət Bəhaullah, biz məmnuniyyətlə etiraf etməliyik, bəşərə yalnız yeni və canlandırıcı Ruh əta etməyib. O nə qədər qüdrətli, sağlam məntiqli və universal olsa da, yalnız müəyyən universal prinsiplər elan etməyib və yaxüsusi bir fəlsəfə irəli sürməyib.Bütün bunlara əlavə olaraq O, Ondan sonra da Həzrət Əbdül-Bəha, keçmişin Vəhylərindən fəqli olaraq, Qanunlar kodeksini aydın və dəqiq şəkildə müəyyən etmiş, xüsusi təsisatlar yaratmış və İlahi mənşəli İqtisadiyyatın zəruri elementlərini vermişlər. Bütün bunlar gələcək cəmiyyətin modeli, Ən Böyük Sülhün bərqərar olması üçün ali alət, dünyanın birləşdirilməsi üçün vasitə və yer üzündə insaf və ədalətin hökmranlığının bəyanı olmalıdır.


Dini liderlər, siyasi nəzəriyyətlərin tərəfdarları, insanın yaratdığı təsisatların başçıları, o kəslər ki, bu gün öz ideyalarının xarablığını və onların yaratdıqlarının dağlmasını çaşqınlıq və qorxu işində müşahidə edirlər-üzlərini Həzrət Bəhaullahın Vəhyinə döndərməli və Onun təlimlərində həkk olunmuş, bu günkü sivilizasiyanın qarışıqlıq və xaosu arasından tədricən və nəzərəçarpmadan qalxan Dünya Nizamı üzərində düşünməlidirlər. Onlarda Əmrin ardıcıllarının bütün dünyada qurmaqda olduqları təsisatların təbiəti (mahiyyəti), mənşəyi və ya doğruluğu barədə heç bir şübhə olmamalıdır. Çünki bunların hamısı təlimlərin özündə yazılmış, Onun Sözü əsassız fərziyyələr və ya mötəbər olmayan şərhlər vasitəsilə dəyişikliyə məruz qalmamış və təhrif olunmamışdır.


İki müstəqil və tez bir zamanda bir-birininardınca gələn Zühurun möcüzəli bir şəkildə azad etdiyi irəli aparan coşqun güclərindi bizim gözlərimiz qarşısında, bu geniş yayılmış Əmrin ardıcıllarının qayğısı ilə yavaş-yavaş toparlaşır və nizama düşür. Onlar tədricən, bizim bərqərar edəcəyimiz və bizim əməllərimizlə əbədiləşən bir əsrin fərqləndirici kriteriyası (əlaməti) və şərəfi kimi baxılacaq təsisatlarda təcəssüm edirlər.

Bu tamamilə yanlış olardı ki, bu misilsiz, ilahi mənşəli Nizamı, tarixin müxtəlif dövrlərində insan ağlınıninsanların təsisatlarının idarə olunması üçün yaratdığı cürbəcür sistemlərlə müqayisə etməyə cəhd edilsin. Belə bir cəhd öz-özlüyündə Bu Nizamın böyük Müəllifinin işinin kamilliyini yetərincə qiymətləndirməməyi və onun əzəməti qarşısında lazımınca ehtiram göstərməməyi üzə çıxarardı. Bu Nizamın yer üzündə Həzrət Bəhaullahın qüdrətli Qanunun nəxşəsini cızdığı ilahi sivilizasiyanın modelini təşkil etdiyini bildiyimiz halda, bu başqa cür necə ola bilər?İnsanların yaratdığı müxtəlif və hər zaman dəyişən dövlətçilik sistemləri, istər keçmişdə, istərsə də indi, mənşəcə istər Şərqdən olsun, istərsə də Qərbdən, bu sivilizasiyanın gizli məziyyətlərinin gücünü qiymətləndirmək və ya onun təməlinin möhkəmliyini dəyərləndirmək üçün heç bir adekvat kriteriya verə bilmir.


Gələcəyin bu nəhəng İnzibati Nizamın yeganə özülü olduğu Bəhai Cəmiyyəti, həm nəzəri, həm də praktiki cəhətdən, siyasi təsisatların bütün tarixində nəinki unikaldır, həm də dünyanın tanınmış dini sistemlərindən heç birinin tarixində paraleli olmayan bir cəmiyyət quruluşudur.Demokratik idarəçiliyin heç bir forması istər monarxiyalı olsun, istər respublikalı—heç bir avtokratiya və ya diktatura sistemi,tamamilə aristokratik olan heç bir keçid sistemi, hətta heç bir tanınmış teokratiya sistemləri—bu istər Yəhudi Cəmiyyəti, istər müxtəlif Xristian kilsə təşkilatları, istər İslamın İmamət və ya Xilafət sistemləri olsun, heç biri kamil Memarın mahir əlinin yaratdığı İnzibati Nizamla nə eyniləşdirilə bilər, nə də onunla uyğunluğu söylənilə bilər.


Yeni doğulmuş bu inzibati Nizam öz strukturunda müəyyən elementləri ehtiva edir ki, onları sekulyar hökumətin tanınmış üç formasında tapmaq olar, lakinbu zaman bu elementlər heç bir mənada və heç cür onların təkrarıdeyildir və onun mexanizmində onlara xas olan arzuolunmaz xüsusiyyətlər yoxdur. Bu nizam indiyədək insan əlinin yaratdığı idarəçilik sistemlərinin nail ola bilmədiyi bir harmoniya yaradır. Bu harmoniya bu üç sistemin şübhəsiz malik olduğu şəfaverici həqiqətlərin son nəticədə bu Nizamın özünün, üzərində qurulacağı Allahdan olan hökmlərin tamlığını təhrif olunmadan birləşməsini ehtiva edir. 
 
Həzrət Bəhaullahın Əmrinin İnzibati Nizamı xarakterinə görə heç cürtam demokratik sayılmamalıdır, çünki bu Vəhydə (Qanun Dövründə) demokratiyanın əsas prinsipi—hakimiyyətə mandatı xalqın verməsiyoxdur.


Əmrin inzibati işlərinin idarə olunmasında, Kitabi-Əqdəsin qanunlarına əlavə olan zəruri qanunların icra olunmasında, bunu yadda saxlamaq lazımdır ki, Ümumdünya Ədalət Evinin üzvləri, Həzrət Bəhaullahın buyurduqlarından aydın göründüyü kimi, onların təmsil etdikləri isanlar qarşısında məsuliyyət daşımırlar, və onlar möminlərin və ya onları birbaşa seçən insanların emosiyaları, fikirləri və inancları əsasında hərəkət etməməlidirlər. Onlar dua halətində öz vicdanlarının hökmünə və səsinə qulaq asmalıdırlar. Onlar icmada hökm sürən əhvali-ruhiyyə ilə tanış ola bilərlər, əslində olmalıdırlar da.Və baxmaq üçün onlara təqdim olunmuş işin mahiyyətini obyektiv şəkildə ölçüb-biçməli, lakin azad qərar qəbul etmək hüququnu özlərində saxlamalıdırlar.“Allah, həqiqətən, onları Öz istədiyinə ruhlandıracaqdır”—bu Həzrət Bəhaullahın şübhəsiz təminatıdır. Beləliklə, onları dolayısı və ya birbaşa seçənlər deyil, məhz onların özləri, eyni zamanda həm həyat qüvvəsi, həm də bu Vəhyin qorunmasının əsas vasitəsi olan ilahi hidayətin qəbulediciləri kimi təyinatlandırılmışlar.


Eyni zamanda da, Bəhai İnzibati Sistemi mütləq avtoritar tipli qeyri-çevik və sərt sistemlə qarışdırıla bilməz, və nə də ki, hansısa formada, məsələn, papalıq, imamət və ya onlara oxşar mütləqiyyətçi teokratik idarəçilyə oxşadıla bilər, sadəcə aydın bir səbəbə görə ki, Bəhai yazılarında konkret göstərişlər olmayan məsələlər barədə qərar vermək istisnayi olaraq Həzrət Bəhaullahın ardıcıllarının seçdiyi beynəlxalq seçkili orqana həvalə olunub.Nə Əmrin Vəlisi, nə də Ümumdünya Ədalət Evindən başqa bir orqan, nə bu həyati və vacib səlahiyyəti əlinə keçirə bilər, nə də ona qarışa bilər. Ruhanilər sinfinin aradan götürülməsi və bununla bağlı vəftizetmənin sirrinin aradan qaldırılması, priçastiye və günahların etiraf edilməsi, yerli, milli və beynəlxalq səviyyədə seçkili Ədalət Evlərinin seçilməsini tələb edən qanunlar,yepiskop hakimiyyətindən ona xas olan bütün imtiyaz, korrupsiya və bürokratiyası ilə birlikdə imtina—bütün bunlar Bəhai İnzibati sisteminin qeyri-avtoritar xarakterdə olmasının aşkar əlamətləri və öz işlərini idarə etməkdə onun demokratiyaya meylli olmasının göstəricilərdir.


Nə də Həzrət Bəhaullahın adı ilə bağlı olan bi Nizam tamam aristokratik sistemlə qarışdırıla bilər, o fakta görə ki, bir tərəfdən o, sələflik (irsilik) prinsipini saxlayır və Əmrin Vəlisinə onun təlimlərini şərh etmək saləhiyyəti verir, digər tərəfdən isə,onun ali qanunverici orqanı möminlərin arasından azad və birbaşa seçkilərlə seçilir.


Hərçənd demək olmaz ki, bəhailərin yeni inzibati sistemi bu üç tanınmış idarəçilik sisteminin modeli əsasında yaranmışdır.Bununla belə, o öz karkasında onların hər birində olan elementləri təcəssüm etdirir, uyğunlaşdırır və ehtiva edir. Əmrin Vəlisinin həyata keçirmək üçün görəvləndirildiyi vərəsəlik səlahiyyəti, Ümudünya Ədalət Evinin yerinə yetridiyi həyati vacib funksiyalar, onun möminlərin nümayəndələri tərəfindən seçilməsini təmin edən konkret qanunlar—bütün bunlar birlikdə bir faktı vurğulayır ki, Aristotelin əsərlərində qeyd olunan heç bir əsas idarəetmə forması ilə eyniləşdirilməsi mümükün olmayan bu ilahi mənşəli Nizam, o sistemlərin hər birində olan o faydalı elementləri ehtiva edir və onları özünün fundamental ruhani prinsipləri ilə uzlaşdırır. Bu sistemlərin hər birinə xas olan ümumi qəbul olunmuş qüsurları qətiyyətlə və həmişəlik istisna edən bu unikal Nizam, nə qədər yaşasa da və nə qədər geniş yayılsa da, heç vaxt despotizmin, oligarxiyanın heç bir formasına keçə bilməz,və ya gec və ya tez, insan əlinin yaratdığı və mahiyyətinə görə qüsurlu olan siyasi institutların  mexanizmini aşındıran demaqoqiyanın təsirinə məruz qalmaz.


Bu qüdrətli inzibati strukturun mənşəyi nə qədər əhəmiyyətlidirsə, onun xüsusiyyətləri nə qədər unikaldırsa,bu sistemin doğuşunu xəbər verən və onun təkamülünün ilkin mərhələsinin əlaməti olan hadisələr onlardan da az əlamətdar deyil. Onun körpə kimi böyüməsini xarakterizə edən tədrici və dayanıqlı konsolidasiya prosesi ilə bu günkü cəmiyyətin artıq öz dövrünü yaşamış həm dini, həm də dünyəvi təsisatlarını döyəcləyən desinteqrasoya güclərinin dağıdıcı hücumu arasındakı zidiyyətnecə də sarsıdıcıdır, necə də ibrətamizdir!


Bu əzəmətli, bu dayanıqlı böyüyən Dünya Nizamının təsisatlarının inamlagöstərdiyi həyat qabiliyyəti; onun rəhbərlərinin böyük qəhrəmanlığı və sarsılmaz qətiyyətləri ilə aşdıqları maneələr; alovu onu bütün dünyaya yayan səyyar mübəlliğlərin ürəklərində heç zaman sönməyən tükənməz şövq,onun fəal və müdafiəçi qurucularının yetişdikləri fədakarlıq zirvələri,bu Nizamın dəyanətli müdafiəçilərinin göstərdiyi baxışın genişliyi, inam və ümid, yaradıcılıq sevinci, könül rahatlığı, güzəştsiz dürüstlük və bütövlük, nümunəvi intizam, zəifləməyən birlik və həmrəylik,ona xas olan Ruhun ən müxtəlif elementləri özündə ehtiva etmə qabiliyyətinin yüksəkliyi, onları bütün növ təəssübkeşliklərdən təmizləməsi və öz strukturuna daxil etməsi—bütün bunlar o gücün təzahürləridir ki, inamını itirmiş və çaşqınlığa düşmüş cəmiyyət çətin ki, onu inkar etsin.


Həzrət Bəhaullahın Əmrinin coşqun enerjili sistemini qidalandıran ruhun parlaq təzahürlərini,xəstə və xaosa düşmüş dünyanın inilti və konvulsiyaları, axmaqlığı və şöhrətpərəstliyi, qəddarlığı və təəssübkeşlikləri, şəri və parçalanması ilə müqayisə edin. Onun liderlərinə iztirab verən və onun kor və sarsılmış dövlət adamlarını iflic edən qorxuya baxın. Onun xalqlarındakı nifrətin şiddətinə baxın, onların iddiaları necə də saxtadır, onların niyyəti necə də alçaqdır, şübhələr onlarda necə də dərin kök salmışdır! Titrəyən sivilizasiyanın qanını və canını yeyən qanunsuzluq,korrupsiya, imansızlıq nə dərəcədə həyəcanvericidir!

İnsan fəaliyyətinin və düşüncəsinin bütün sferalarına gizlicə nüfuz edən bu davamlı tənəzzül prosesinə,Həzrət Bəhaullahın Qüdrətli Əinin dünyanın üzərində işləməsini müşayiət edən bir zəruri accomponement kimi baxmaq olmazmı? Biz belə baxa bilmərikmi ki, dünyanın bütün qitələrinə belə ağır iğtişaş salan böyük hadisələr. Dağılan sivilizasiyanın canverməsindən xəbər verən bəd nişanələrdir və onun dağıntıları üzərində ucalacaq bu Dünya Nizamının—bəşərin xilas Gəmisinindoğuş ağrılarıdır?

Anchor 4
Anchor 5

 

 

Xalqların Dünya Birliyi


ALLAHIN DİNİNİN İNZİBATİ Nizamının yüksəlişini müşayiıət edən davamlı konsolidasiya prosesinin artan əlamətləri ilə şiddətli doğuş ağrıları tutmuş cəmiyyəti döyəcləyən dezinteqrasiya gücləri arasındakı ziddiyyət aydın olduğu qədər də tutqulayıcıdır (cəlbedicidir).Həm Bəhai dünyasının daxilində, həm də xaricində, bərqərar olması Allahın Əmrinin Qızıl Əsrindən xəbər verəcək o Dünya Nizamının doğuşunusirli yollarla müjdələyən əlamət və nişanələr günbəgün böyüyür və çoxalır.Heç bir qərəzsiz müşahidəçi onları görməyə bilməz. Həzrət Bəhaullahın ardıcıllarının qurmağa belə cəhd göstərdikləri sivilizasiyanın bərqərar olmasını xarakterizə edən prosesin ağrıdıcı dərəcədə yavaş getməsi də onu yoldan azdıra bilməz. Nə də tənəzzül edən əsrin təsisatlarını sarsıdan xroniki xəstəliklərin dağıdıcı təsirini, guya ki, bəzən saxlayan o qayıdan çiçəklənmənin müvəqqəti olaraq üzə çıxması onu aldada bilər. Zamanın əlamətləri həddən artıq çoxdur və qarşısıalınmazdır ki, bu müşahidəçi onların xarakterini başa düşməkdə səhvə yol versin və ya onların əhəmiyyətini azaltsın. O, əgər öz mühakimələrində insaflıdırsa, onda bir tərəfdən,  Həzrət Bəhaullahın Vəhyi ilə bilavasitə bağlı olan təsisatların yenilməz zəfərlərini bəyan edən, digər tərəfdən isə, bu Vəhyə etinasız qalan və ya ona müxalif olan hakimiyyət və yüksək məqamların məhvini öncədən xəbər verən hadisələr zəncirində—Allahın hər şeyi əhatə edən İradəsinin işləməsinin əlamətlərini, Onun kamil nəzmli və bütün dünyanı saran Planının konturlarını görəcək.
 
Həzrət Bəhaullah Özü buyurur, “Tezliklə bu günkü Nizam yığışacaq, və onun yerinə yenisi gələcək. Həqiqətən, sənin Rəbbin həqiqəti söyləyir və O görünməz şeyləri Biləndir. And olsun Özümə”, O təntənə ilə təsdiq edir, “o gün yaxınlaşır ki, o zaman Biz dünyanı və onda olan hər şeyi yığışdıracaq və onun yerinə yeni Nizam gətirəcəyik. O, həqiqətən, hər şeyin üzərində hakimdir”.O izah edir, “Dünyanın tarazlığı (müvazinəti) Ən Böyük, Ən Yeni Nizamın titrədici təsirindən pozulmuşdur. Dünyanın nizamlı həyatı bənzərini fani gözlərin heç zaman görmədiyi bu misilsiz, bu ecazkar Sistemin təsirindən kəskin dəyişikliyə uğramışdır”. “Qarşıdan gələn sarsıntı və xaosun əlamətləri”, o dünyanın xalqlarına xəbərdarlıq edir, “indi artıq ayırd edilə bilir, çünki indiki Nizam acınacaqlı dərəcədə qüsurludur”.


Bəşərin kollektiv səylərinin hələ bəlkə yarada biləcəyi, lakin Həzrət Bəhaullahın Dininin təlqin etdiyi standartlara cavab verməyən və Həzrət Bəhaullahın təlimlərində verilmiş ali ideallardan fərqlənənheç bir mexanizm,bizim Dinimizin Müəllifinin Öz Yazılarında işarə etdiyi “Kiçik Sülh”dən yuxarı və ya ondan ötə bir şeyə nail olmağa heç ümid də edə bilməz. Yer üzü sultanları və hakimlərinə nəsihət edərək O yazıb, “Siz ki, indi Ən Böyük Sülhü rədd etdiniz,onda bu Küçük Sülhdən möhkəm yapışın ki, bəlkə, öz vəziyyətinizi və sizin təbəələrinizin vəziyyətini yaxşılaşdırasınız”.


Bu Kiçik Sülh mövzusunu genişləndirərək o elə həmin Lövhdə yer üzü hakimlərinə üz tutur: “Öz aranızda razılaşın ki, sizin öz ərazilərinizi və səltənətinizi qorumağa lazım olan qədərdən çox silaha ehtiyacınız yoxdur. Bir olun, ey yer üzü sultanları, zira bununla sizin aranızdakı nifaq alovunu söndürmüş olarsınız, və sizin xalqlarınız rahatlıq tapar, əgər siz dərk edənlərdənsinizsə. Əgər sizin aranızdan kimsə digərinə silah qaldırarsa, sizin hamınız onun əleyhinə qalxın, zira bu aşkar ədalətdən başqa bir şey deyildir”.


Digər tərəfdən isə, Ən Böyük Sülh, Həzrət Bəhaullahın planına görə, o sülh ki, insan nəslinin ruhaniləşməsinin praktiki nəticəsi və onun bütün irqlərinin, inamlarının, sinif və millətlərinin birləşməsinin nəticəsində qaşılmaz olaraq gələcək,Onun Müqəddəs Adı ilə bağlı olan Dünya Nizamında olan ilahi mənşəli hökmlərdən başqa heç nə onun nə təməli ola bilər, nə də o başqa bir vasitə ilə saxlanıb qoruna bilər. Təxminən yetmiş il bundan öncə nazil olmuş və Kraliça Viktoriyaya ünvanlanmış Lövhdə, Həzrət Bəhaullah bu Ən Böyük Sülhə istinadən bəyan etmişdir: “Bütün dünyanın şəfa tapması üçün Rəbbin ən effektiv dərman və qüdrətli alət kimi müəyyən etdiyi şey onun bütün xalqlarının bir universal (ümumi) Əmrdə, vahid bir İnamda birləşməsidir. Buna mahir, qüdrətli və ilhamlı Təbibin köməindən başqa heç nə ilə nail olmaq olmaz. Bu, həqiqətən, doğru olandır, qalan hər şey isə yol azmaqdan başqa bir şey deyildir”. Başqa bir Lövhdə O təsdiq edir, “Ən Böyük Addan möhkəm yapışın, və bütün bəşəriyyətin birliyini bərqərar edin. Üz tutası bir yer, axtarılası bir sığınacaq yoxdur, Ondan başqa.”


Həzrət Bəhaullahın bütün millətlərin cəminin üzvi və ruhani birliyinə nail olmaqdan başqa bir ali missiyası olmayanVəhyi, əgər onun mənasını təhrif etməsək, öz gəlişi ilə, birləşmiş bəşər nəslinin dövrünün gəlməsini xəbər verir.Buna sadəcə bəşərin həmişə dəyişikliyə məruz qalan taleyində növbəti bir canlanma kimi, Proqressiv Vəhy zəncirində yalnız növbəti bir mərhələ kimi, hətta zaman-zaman dövr edən silsilə peyğəmbərlik tsikllərindən birinin zirvəsi kimi baxılmamalıdır, bəlkə, bəşərin bu planetdə nəhəng kollektiv təkamülünün sonuncu və ən yüksək mərhələsi kimi baxılmalıdır. Dünya icmasının (toplumunun) yaranması, dünya vətəndaşlığı şüuru, dünya sivilizasiyasının və mədəniyyətinin formalaşması—bütün bunlar Bəhai Erasının Qızıl Əsrinin açılmasının ilkin mərhələləri ilə üst-üstə düşməlidir. Onlar, özlərinin mahiyyəti etibarilə, bu planetdəki həyat çərçivəsində, insan cəmiyyətinin mütəşəkkil olmasında ən son hüdud kimi qiymətləndirilməlidir, baxmayaraq ki, insan, bir fərd olaraq inkişaf edəcək, xeyr, belə bir zirvəyə çatmanın nəticəsi kimi, doğrudan da oinkişaf və tərəqqisini sonsuzluğa qədər davam etdirməlidir.
Bizim yetişkənliyin gəlməsi ilə bağladığımız və insanın həyatında və rüşeymin inkişafında qaçılmaz olan mistik, hər şeyi əhatə edən, lakin izahata tabe olmayan o dəyişikliklərin, əgər Həzrət Bəhaullahın sözlərini düzgün başa düşsək, insan cəmiyyətinin təşkilatlanma yöndən təkamülündə özünün analoqları vardır.Dünya miqyaslı münasibətlərdə daha heyrətamiz fenomenlər doğuracaq, bütün insan nəslinin rifahının, növbəti əsrlərdə onun yüksək təyinatyının qaçılmaz olaraq yerinə yetməsi üçün tələb olunan əsas stimulu təmin edəcək gücləri ilə təmin edən eyni mərhələyə, gec və ya tez, bəşəriyyətin kollektiv həyatında da nail olunmalıdır.


Ancaq Həzrət Bəhaullahın Vəhyini bütün insan nəslinin kollektiv həyatında baş verən nəhəng təkamülün zisrvəsi ilə bağlayanlar, Onun bu Vəd Olunmuş Günün cəlalına və Bəhai Erasının dövrünə istinadən söylənməsini caiz bildiyi sözlərin mənasını başa düşə bilərlər: “Bu, Günlərin Sultanıdır,” O nidasını ucaldır, “Məhbubun—O Kəs ki, bütün əbədiyyət boyu Aləmin Məqsudu kimi vəsf edilmişdigəlişi günüdür”.“Keçmiş Qanun Dövrlərinin Yazıları,” O sonra təsdiq edir, “Allahın Mübarək olan bu Böyük Gününüvəsf edirlər ki, o Gün böyük bayram olmalıdır. Xoş o kəsin halına ki, bu Günə qədər yaşayıb və onun məqamını anlayuıb”.
 
Həzrət Bəhaullahın Vəhyi bəşəriyyətə çatdırılsa da, bu Vəhyin nəticəsində yaranacaq Dünya nizamı hələlik doğulmamışdır. Baxmayaraq ki, Onun Əmrinin qəhrəmanlıq dövrü keçmişdir,o Əsrin azad etddiyi yaradıcı enerji,zamanı gələndə, Onun bütün cəlalını əks etdirəcək dünya cəmiyyəti şəklində hələ meydana çıxmamışdır. Hərçənd ki, Onun İnzibati Nizamının çərçivəsi artıq ucaldılmışdır, Bəhai Erasının Quruculus Əsri başlamışdır, lakin Onun təsisatlarının toxumlarındancücərəcək vəd olunmuş Səltənət hələ öz zamanını gözləyir. Baxmayaraq ki, Onun nidası ucalmışdır, Onun Əmrinin bayrağı Şərqin və Qərbin qırxdan çox ölkəsində qaldırılmışdıramma bəşərin birliyi hələ etiraf olunmamışdır, onun birliyi bəyan edilməmişdir, Onun Ən Böyük Sülhünün bayrağı hələ dalğalanmır.


Belə bir böyük mərhəmətin aşkar olması üçün, bəşəriyyətin güclü qarışıqlıqlar və gərgin iztirablar dövründən keçməsi mütləqdir. Həzrət Bəhaullaha verilən Missiyanın başlandığı dövr parlaq olsa da, Bu Missiyanın gətirəcəyi gözəl bəhrələrin yetişməsinə qədər olan dövr—bu getdikcə daha aydın görünür-mənəvi və sosial bəlalarla elə zülmətə bürünməlidir ki, onlarsız səhvlərinə görə peşimançılıq duymayan bəşəriyyət onün üçün müəyyən olunmuş neməti əldə etməyə hazır ola bilməz.


Məhz belə bir dövrə biz indi dönmədən və inadla daxil oluruq. Bizi getdikcə daha çox əhatə edən və qatılaşan zülmətin içində biz, tarixin üfüqündəHəzrət Bəhaullahın səmavi hakimiyyətinin sayrışan parıltılarını, ancaq ki, görə bilərik. Bizlərə, “yarıqaranlıq-yarıişıq nəsli”nə, planını Həzrət Bəhaullahın çızdığı Dünya Toplumunun yaranmasının inkubasiya dövründə yaşayanlara elə bir vəzifə tapşırılmışdır ki, onun imtiyazını və şərəfini biz heç zaman yetərincə qiymətləndirə bilmərik, onun yerinə yetirilməsindəki çətinlikləri isə biz ancaq dumanlı şəkildə təsəvvür edə bilərik.Bizlər - dünyaya iztirablı bəlalar leysanı yağdıracaq qara qüvvələrin təsirinə məruz qalanlar-inana bilərik ki, bizim Dinimizin Qızıl Əsrindən öncə gələcək ən qatı zülmətli vaxtın saatı hələ vurmamışdır.Dünyanı artıq bürüyən zülmət nə qədər qatı olsa da, dünyanın məruz qalacağı dəhşətli bəlalar hələ qabaqdadır vəonun şiddətini biz təsəvvür edə bilmərik. Biz bir əsrin astanasındayıq ki, onun sarsıntı və təbəddülatları köhnə nizamın canvermə konvulsiyalarından xəbər verdiyi kimi, yenisinin də doğuşunu bəyan edir. Həzrət Bəhaullahın elan etdiyi bu Əmrin yaradıcı təsiri ilə bu Yeni Dünya Nizamı, demək olar, mayalanmışdır. İndiki zamanda biz doğuş ağrısı çəkən əsrin bətnində bu rüşeymin necə tərpəndiyini hiss edə bilərik – bir əsr ki, o, təyin olunmuş zamanı çatanda, öz yükünü atmasını və özünün gözəl meyvəsini verməsini gözləyir.
“Bütün dünya,” Həzrət Bəhaullah yazır, “indi hamilə vəziyyətindədir. Onun ən gözəl və nəcib meyvələrini verəcəyi, ən əla ağaclarının cücərəcəyi, ən valehedici çiçəklərinin açılacağı, ən səmavi xeyir-bərəkətlərin yağacağı gün yaxınlaşmaqdadır”.


“Allahın çağırışı,” Həzrət Əbdül-Bəha yazmışdır, “ucalarkən bəşərin canına yeni həyat vermişdir vəbütün xilqətə yehi ruh üfürmüşdür. Məhz bu səbəbdəndir ki, dünya təməlindən sarsılmışdır, insanların ürəyi və vicdanı oyanmışdır. Tezliklə bu oyanışın əlamətləri aşkar olacaq və bərk yatanlar da ayılacaq”.


Bütün bəşəriyyətin birləşməsi–insan cəmiyyətinin indi yaxınlaşdığı inkişaf mərhələsinin ən yüksək kriteriyasıdır. Ailənin, qəbilənin, şəhər-dövlətin və millətin birliyi insan nəslinin həmişə can atdığı və bərqərar etdiyi cəhdlər olmuşdur. Dünya birliyi isə bir hədəfdir ki, üzülmüş bəşəriyyət ona çatmağa çalışır. Millətlərin yaranması başa çatıb. Dövlət müstəqilliyinə xas olan anarxiya özünün zirvəsinə yaxınlaşır. Yetkinliyə doğru böyüyən dünya, bu suverenlik bütündən yaxa qurtarmalı, bəşərin birliyini və bütövlüyünü etiraf etməli və bu əsas prinsipi ən yaxşı şəkildə öz həyatında təcəssüm etdirən mexanizmi birdəfəlik qurmalıdır.


“Bu əsrdə,”Həzrət Bəhaullah bəyan edir, “Yer üzünün bütün xalqlarında yeni bir həyat qaynamaqdadır; lakin heç kəs nə onun səbəbini açmış, nə də onun hərəkətverici qüvvəsini anlamışdır”. “Siz ey bəşər  övladları,”Öz zəmanəsinin insanlarına o belə müraciət edir, “Allahın Dinini və Onun Əmrini canlandıran əsas məqsəd insan nəslinin maraqlarını qorumaq və oun birliyini irəlilətməkdir. Bu doğru yoldur, möhkəm və davamlı təməldir. Bu təməlin üzərində nə tikilirsə tikilsin, dünyanın dəyişiklik və hadisələri onun möhkəmliyinə təsir edə bilməz, nə də saysız-hesabsız əsrlərin inqilabları onun əsaslarını sökə bilər”.O bəyan edir“Bəşərin firavanlığınaonun sülhünə və əmin-amanlığına, bu birliyə çatmayana və onu əldə etməyənə qədər nail olmaq mümkün deyil”.Daha sonra O şəhadət verir“Birliyin nuru o qədər güclüdür ki, bütün yer üzünü işıqlandıra bilər.”Tək haqq Allah, hər şeyi Bilən, bu sözlərin doğruluğuna Özü şəhadət verir. Bu məqsəd hər bir məqsəddən ucadırvə bu cəhd bütün cəhdlərin tacıdır”. “Sizin Rəbbiniz olan Kəs,” O daha sonra buyurur, “Öz ürəyində bir ümid bəsləyir ki, bütün insan nəslini bir qəlb və bir bədən kimi görsün. Qalan bütün yaranmış günləri kölgədə qoyan bu Gündə Allahın fəzl və mərhəmətindən öz payınızı almağa tələsin”.


İnsan nəslinin birlyi, Həzrət Bəhaullahın müəyyən etdiyi kimi, Dünya Cəmiyyətinin yaranmasını nəzərdə tutur ki., orada bütün millətlər, irqlər, inam sistemləri, və siniflər sıx şəkildə və həmişəlik birləşəcəklər və burada onun üzv dövlətlərinin avtonomiyası, fərdlərin şəxsi azadlıq və təşəbbüskarlığı möhkəm və dəqiq müəyyənliklə təmin ediləcəkdir. Bu cəmiyyət, bizim təsəvvür edə bildiyimiz qədərilə, Ümumdünya Qanunverici Orqanına malik olmalıdır ki, onun üzvləri də bütün bəşərin əminləri kimi, buraya daxil olan bütün ölkələrin resurslarının idarə olunmasında son söz sahibi olacaq, bütün irqlərin və xalqların həyatını tənzimlyən, ehtiyaclarını təmin edən və münasibətlərini yoluna qoyan qanunlar qəbul edəcəklər. Öz səlahiyyətində silahlı qüvvələri olan Beynəlxalq İcraedici Orqan, qanunverici orqanın qəbul etdiyi qərarları və qanunları icra və tətbiq edəcək və bütün Cəmiyyətin üzvi birliyini qoruyacaqdır. Ümumdünya Tribunalı, bu ümumdünya sistemini təşkil edən elementlər arasında baş qaldıra biləcək hər hansı və bütün konfliktlər barədə yerinəyetirilməsi məcburi olan və son qərarlar qəbul edəcək. Effektiv beynəlxalq rabitə mexanizmi yaradılacaq ki, o, milli maneələr və məhdudiyyətlərdən azad şəkildə, heyranedici sürətlə və əla müntəzəmliklə işləyəcək. Ümumdünya paytaxtı dünya sivilizasiyasının mərkəzi sinir sistemi kimi funksiya daşıyacaq, o bütünhəyati qüvvələrin toplandığı və enerji verən təsirlərin şüalandığı fokus mərkəzi olacaq. Ya bir beynəlxalq dil icad ediləcək, ya da mövcud dillərin arasından biri seçiləcək ki, bu da federal sistemin bütün vahidlərinin məktəblərində ana dilinə əlavə olaraq öyrədiləcək.Bütün dünya üçün vahid əlifba, ümumdünya ədəbiyyatı, vahid və universal valyuta, çəki və ölçü vahidləri—bütün bunlar bəşər irqi və millətləri arasında əlaqələri və qarşılıqlı anlaşmanı sadələşdirməyə və asanlaşdırmağa xidmət edəcək. Belə bir dünya cəmiyyətində, elm və din—insan həyatında iki ən qüdrətli güc razılığa gələcək, əməkdaşlıq edəcək və harmonik şəkildə inkişaf edəcək. Belə bir sistem daxilində mətbuat bir tərəfdən ən müxtəlif fikir və inamları əks etdirmək üçün geniş meydan verəcək, digər tərəfdən isə istər ictimai, istərsə də özəl olsun, sərvəti qanuniləşdirilmiş güclülər tərəfindən şər məqsədlər naminə manipulyasiyaya məruz qalmayacaq və rəqabət aparan hökumətlər və xalqların təsirindən azad olacaqdır. Dünyanın iqtisadi potensialı mütəşəkkil şəkildə istifadə olunacaq, xammal materiallar emal olunacaq və tamamilə istifadə olunacaq, onun bazarları uzlaşdırılacaq və inkişaf etdiriləcək, məhsulların bərabər paylanması tənzimlənəcək.

Milli zəmində ədavət, nifrət və intriqalar aradan qalxacaq, irqi düşmənçilik və təəssübkeşliklər irqlər arasında dostluq, anlayış və əməkdaşlıqla əvəz olunacaq. Dini konfliktləri törədən səbəblər həmişəlik yox ediləcək, iqtisadi maneələr və məhdudiyyətlər tamamilə aradan qaldırılacaq, siniflər arasındakı ifrat fərqlər götürüləcək. Bir tərəfdəson dərəcə məhrumiyyət, digər tərəfdə isə hədsiz mülkiyyət sahibliyi yox olacaq. Müharibələrə boşuna xərclənən və itirilən nəhəng iqtisadi və siyasi enerji faydalı ehtiyaclara yönəldiləcək, ixtiraçılıq fəaliyətinə və texniki inkişafa, istehsalın artımına, xəstəliklərin kökünün kəsilməsinə, elmi tədqiqatların genişləndirilməsinə, fiziki sağlamlığın standartlarının yüksəldilməsinə, insanın intellektinin imkanlarının artırılmasına və insan ağlının itiləşib təmizlənməsinə, planetin istifadə olunmamış və naməlum resurslarının istismarına, insan həyatının uzadılmasına, bütün insan nəslinin intellektual, mənəvi və ruhani həyatını stimullaşdıran istənilən digər vasitələrin dəstəklənməsinə sərf olunacaqdır.


Ümumdünya federal sisteminin, bütün dünyanı idarə edən və yer üzündəki hədsiz resurslar üzərində sözsüz hakimiyyətə malik olan , həm Şərqin, həm də Qərbin ideallarını birləşdirən və təcəssüm etdirən, müharibənin fəlakət və bədbəxtliklərindən qurtulmuş, yer üzündəki mövcud enerji mənbələrini istifadə etməyə can atan bir sistemin yaradılması, o sistem ki, orada güc ədalətin xidmətinə verilib, o sistem ki, onun həyatında tək Allah tanınıb və hamı vahid Vəhyə tərəfdar olub—həyatın birləşdirici güclərinin təsiri altında bəşəriyyətin istiqamətində hərəkət etdiyi hədəflər bunlardır.

 

 


 
Bəşəriyyətin Taleyi


YAXIN KEÇMİŞƏ VƏ ondan da önə retrospektiv bir baxışla, səthi də olsa bir nəzər saldıqca, getdikcə ağırlaşan xəstəliyə tutulmuş və üzülən cəmiyyətin düçar olduğu bəlalara baxdıqda, ölməkdə olan Nizamın əsaslarının getdikcə daha çox məruz qaldığı gərginlik və təzyiq sınaqlarını xatırladıqca, bir tərəfdən ümumdünya sivilizasiyasının müjdəçisi olmaq üçün müəyyən edilmiş İnzibati Nizamın dəqiqliklə və aşkar şəkildə açılmasının çoxlu əlamətlərinin, onun təsisatlarının fasiləsiz olaraq artmasının,digər tərəfdən isə, xarab olmuş nizamın təsisatlarının çürüməsini və yararsızlığını birmənalı şəkildə nümayiş etdirən kəskin siyasi konfliktlərin təhdidedici təzahürlərinin, sosial gərginlik, irqi ədavət, sinfi antagonizm, mənəviyyatsızlıq və dinsizliyintəqdim etdiyi kəskin təzadlara heyrətlənməmək mümkün deyil.


“Ümidsizlik küləkləri”, bəşəriyyətin yaxıngələcəkdəki taleyinə nəzər salaraq Həzrət Bəhaullah yazır, “əfsus ki, hər tərəfdən əsməkdədir, və insan nəslini parçalayan və dağıdan ixtilaflar günbəgün artır” . “Onun taleyi”,başqa bir münasibətlə O buyurur, “elədir ki, onu indi aşmaq yerinə düşməzdi.”“Bu mənasız savaşlar”,O bəşəriyyyətin gələcəyi haqqında düşünərək peyğəmbərcəsinə ciddi bir şəkildə, İranist şərqşünas Edvard Braunla yadda qalan müsahibəsində təkidlə bəyan etmişdi, “bu dağıdıcı müharibələr keçib gedəcək, və “Ən Böyük Sülh” gələcək. Bu ixtilaflar və qantökmələr, bu nifaqlar sona yetməlidir, və bütün insanlar bir qohum, bir ailə kimi yaşamalıdırlar”.


“Bütün xalqlar və tayfalar”, eynilə də həzrət Əbdül-Bəha buyurur, vahid bir millət olacaq. Dini və təriqət antaqonizmləri, irqlər və xalqlar arasındakı ədavət, millətləır arasındakı fərqlər aradan götürüləcək. Bütün insanlar bir dinə mənsub olacaq, vahid bir inama malik olacaq, bir irqdə qaynayıb qovuşacaq və yeganə xalq olacaq. Onların hamısının bir vətəni olacaq, bu da planetin özüdür”.


Bizim indiki zamanda, bizə “dinlərin məhv olduğu və yenisinin doğulduğu” dövrləri xatırladan“sivilizasiya tarixinin bu ən ağır böhranı dövründə”şahidi olduğumuz mərhələ, bəşəriyyətin tədrici və ağrılı təkamülünün kamillik mərhələsinə çatmağa hazırlıq olangənclikmərhələsidir, yetkinlik mərhələsidir ki, bunun da vədi Həzrət Bəhaullahın təlimlərində və onun peyğəmbərliklərində öz əksini tapmışdır.Bu keçid epoxasına xas olan coşğunluq,yeniyetmənin çılğınlığını və irrasional instinktlərini, onun düşünülməmiş davranışını, israfçılığını, qürurunu, özünə inamını, üsyankarlığını, intizamı rədd etməsini xarakterizə edir.


Körpəlik və uşaqlıq dövrü keçmişdir, o heç zaman qayıtmayacaq, lakin o Böyük Əsr, bütün əsrlərin zirvəsi, bütün insan nəslinin yetkinliyə çatdığını xəbər verən əsr hələ qabaqdadır. Bəşəriyətin tarixində keçid və ən həyəcanlı dövrün kataklizmləri zəruri şərtlərdir, o Əsrlər Əsrinin,“zamanın sonu”nun qaçılmaz olaraq yaxınlaşmasını müjdələyən xəbərdir, o zaman ki, hələ tarixin lap əvvəlindən bəşərin tarixi salnaməsini qaranlıq edən və nifaqdan doğan ağılsızlıq və həyəcanlar axır ki, möhkəm, universal və daimi sülhün müdrikliyinə və sakitliyinə çevriləcək, elə bir sülh ki, insan övladlarının ixtilafı və parçalanması insan cəmiyyətini təşkil edən müxtəlif elementlərin dünya miqyasında barışığına və tamamilə birləşməsinə yol verməli olacaqdır.


Bu, heç şübhəsiz, o inteqrasiya prosesinin layiqli zirvəsi olacaq ki, o, ailədən—insan təşkilatının ən elementar vahidindən başlayaraq, ardıcıl şəkildəqəbilə, şəhər-dövlət, və millət fazalarından keçərək mütləq davam edəcək və son nəticədə,bizim planetimizdə insan təkamülünün sön mərhələsi olan dünyanın birləşməsinə gətirib çıxaracaqdır. İndi bəşəriyyət, istəsə də, istəməsə də, məhz bu mərhələyə dönmədən hərəkət edir. İnsan cəmiyyətinin yaşadığı bu böyük, bu şiddətli bəlalar sirli yollarla məhz bu mərhələyə yol açır. Həzrət Bəhaullahın Əmrinin taleyi və məqsədi məhz bu mərhələ ilə bağlıdır. Bu, məhz Onun Vəhyinin azad etdiyi yaradıcı enerjidir ki, özünün üzvi və kollektiv təkamülünün bu son mərhələsinə çatmaq üçün ona qabiliyyət vermişdir. Bu prosesin zirvəsi məhz Onun Qanun Dövrünün Qızıl Əsri ilə həmişəlik bağlı olacaqdır. Məhz Onun Yeni Dünya Nizamının,indi Onun Özünün yaratdığı inzibati təsisatların bətnində rüşeym kimi böyüyən mexanizmi, mütləq, dünya xalqları və millətlərinin qaçılmaz taleyi olan o ümumdünya cəmiyyətinin həm nümunəsi, həm də nüvəsi kimi xidmət edəcəkdir.


Necə ki, bəşərin üzvi təkamülü yavaş və tədrici olmuşdur, və ardıcıl olaraq ailənin, qəbilənin, şəhər dövlətin, və millətin formalaşmasını ehtiva etmişdir, o cür də Allahın Vəhyinin işığıdinin müxtəlif təkamül mərhələlərində beləcəyavaş-yavaş və proqressiv şəkildə lütf edilmişdir. Və doğrudan da, İlahi Vəhyin ölçüsü, hər bir dövrdə, davamlı tərəqqi edən bəşəriyyətin nail olduğu sosial tərəqqinin dərəcəsinə uyğun və ona müvafiq olmuşdur.


“Bu Bizim tərəfimizdən hökm olunmuşdur ki,” Həzrət Bəhaullah izah edir, “Allahın Sözü, və onun malik olduğu bütün güc və nemətlər, Hər Şeyi Bilən və Hikmət Sahibinin əvvəlcədən müəyyən etdiyi şəraitə ciddi surətdə uyğun şəkildə insanlara ehsan edilsin. Əgər bu Sözə onun daxilində olan bütün enerjini birdən açmaq imkanı verilsəydi, belə bir qüdrətli Vəhyin ağırlığına heç bir insantab gətirə bilməzdi”. “Bütün yaranmış şeylərin,” Həzrət Əbdül-Bəha bu həqiqəti aydınlaşdıraraq təsdiq edir, “özünün yetkinlik dərəcəsi və ya mərhələsi vardır. Ağacın həyatında onun yetkinlik mərhələsi onun meyvə verən vaxtıdır.Heyvan yetkinliyə o zaman çatır ki, o tam böyüyüb, insan isə o zaman yetkinliyə çatır ki, onun ağlı ön böyük inkişaf gücünə çatır və bütün qüvvəsi ilə parlayır. Eynilə də bəşərin kollektiv həyatında dövrlər və mərhələlər vardır. Bir zaman o uşaqlıq dövrünü keçirirdi, başqa bir vaxt o gənclik dövrünü yaşayırdı, indi isə o çoxdan gözlənilən yetkinlik mərhələsinə qədəm qoymuşdiur ki, bunun da əlamətlərinə hər yrdə rast gəlinir. İnsan nəslinin erkən tarixində onun ehtiyacları üçün tətbiq oluna bilən şeylər bu günün, yeniliklər və kamilliklər dövrünün tələblərini nə ödəyə bilər, nə də onu qane edə bilər. Bəşəriyyət özünün əvvəlki məhdudiyyət və ibtidai öyrəncilik halından çıxmışdır. İnsan indi yeni məziyyət və güc, yeni mənəvi standartlar və yeni qabiliyyətləralmalıdır. Onun üçün yeni bəxşişlər, kamil nemətlər hazırlanmış və ya ona ehsan edilmişdir. Onun gənclik dövrünün nemət və bəxşişləri, halbuki bəşərin yeniyetməlik dövrü üçün uyğun vəkifayət idi, lakin indi onun yetkinlik dövrünün tələblərinə cavab vermək iqtidarında deyil”.


Məhz bu, birlik mərhələsidir ki, dünya indi ona yaxınlaşırvə Həzrət Əbdül-Bəhanın bizi əmin etdiyi kimi, bu əsrdə, mütləq bərqərar olacaqdır.“Əzəmət Dili,” Həzrət Bəhaullah Özü təsdiq edir, “Öz Zühuru Günündə” bəyan etmişdir:“O kəs fəxr etməməlidir ki, öz vətənini sevir, o kəs fəxr etməlidir ki, dünyanı sevir”. “Bu uca sözlərin azad etdiyi güc vasitəsilə” O əlavə edir, “O, insan ürəklərinin quşlarına təzə bir təkan, ona yeni bir istiqamət vermişdir və Allahın Müqəddəs Kitabından hər bir məhdudiyyət və hüdudların izini silmişdir”.


Lakin, bununla əlaqədar olaraq bir xəbərdarlıq və ehtiyatkarlıq sözü deyilməlidir. İslamım təlqin etdiyi və vurğuladığı bir kəsin öz vətəninə “Vətənə məhəbbət imandandır” kontekstində məhəbbətinə, bu bəyan, Həzrət Bəhaullahın bu çağırışı qarşısında nəetinazıqlıqla yanaşıla bilər, nə də bu töhmətləndirilə bilər. Həzrət Bəhaullahın sözlərinə sağlam və məntiqi vətənpərvərliyin inkar olunması və ya töhmətləndirilməsi və ya hər hansı bir fərd tərəfindən öz ölkəsinə olan vəfa və sədaqətin pozulmasına cəhd kimi baxılmamalıdır və əslində baxmaq da mümkün deyil,nə də ki, bu, hər hansı ayrıca götürülmüşbir dövlətin və ya millətin qanuni cəhdləri, hüquqları və vəzifələri ilə ziddiyyət təşkil edir. Bu sözlərin nəzərdə tutduğu və bəyan etdiyi odur ki, cəmiyyətin iqtisadi həyatını əhatə edən fundamental dəyişikliklər işığındasadəcə vətənpərvərlik kifayət deyil və nəqliyyat və rabitə vasitələrində olan inqilablar hesabına dünyanın sanki balacalaşmasına gətirənmillətlərin qarşılıqlı asılılığı-bütün bu şərtlər İsa Məsihin və ya Məhəmmədin zamanında mövcud deyildi və ola da bilməzdi.Bu daha geniş bir loyallığa çağırır ki, kiçik miqyaslı loyallıqlarla ziddiyyət təşkil etməməlidir və edə də bilməz. Onlar elə bir sevgi aşılayır ki, bu sevgi öz miqyasına görə bir kəsin vətəninə olan sevgisini nəinki istisna etmir, əksinə, bunu da ehtiva edir. Bu sözlərin çağırdığı loyallıq, onların ruhlandırdığı sevgi vasitəsilə üzərində dünya vətəndaşlığı konsepsiyasının qurulacağı və dünyanın birləşməsinin mexanizminin söykəndiyi yeganə təməl qoyulur. Lakin bu sözlər, milli nəzərlərin və xüsusimaraqların bütövlükdə bəşərin imperativ və birinci dərəcəli tələblərinə tabe etməyi tələb edir, çünki qarşılıqlı asılı olan millətlər və xalqlar dünyasında xüsusinin rifahının ümumun rifahı vasitəsilə əldə edilməsi daha yaxşıdır.


Dünya, həqiqətən də, onun üçün təyin olunmuş taleyə doğru gedir. Dünyanın parçalayan qüvvələrin rəhbərləri nə desələr də və ya nə etsələr də, yer üzü xalqları və millətlərinin qarşılıqlı asılılığı baş vermiş bir faktdır. Dünyanın iqtisadi sferada birləşməsi hamı tərəfindən başa düşülür və etiraf olunur. Hissəvinin rifahı bütövün rifahı deməkdir, və hissəvinin bədbəxtliyi bütövün bədbəxtliyinə gətirir. Həzrət Bəhaullahın Vəhyi, Onun Öz sözləri ilə desək, hazırda dünyada baş verən bu nəhəng prosesə“yeni bir təkan və yeni bir istiqamət verdi”. İndiki bu böyük bədbəxtliklərin yandırdığı alov insanların bunu etiraf edə bilməməsinin nəticəsidir. Daha çox, onlar bunun başa çatmasını sürətləndirirlər. Uzun müddətli, dünya miqyaslı, əzabverici xaos və ümumi dağıntı yaradan fəlakət mütləq millətləri sarsıtmalıdır, dünyanın vicdanını tərpətməlidir, kütlələrin şüurundakı illuziyanı dağıtmalıdır, cəmiyyətin özünün konsepsiyası haqqında təsəvvürdə radikal dəyişikliklər yaratmalıdır, qopmuş və əzaları parçalanmış bəşəriyyəti vahid, orqanik şəkildə birləşmiş və bölünməz bir bədənə çevirib onu birləşdirməlidir.


Özünün qətliyamı, iztirabı və fəlakəti ilə bu nəhəng dünya sarsıntısı nəticəsində gec və ya tez meydana çıxacaq bü ümumdünya cəmiyyətinin ümumi xarakterinə, mənasına və xüsusiyyətlərinə mən artız əvvəlki məktublarımda toxunmuşdum. Bunu demək kifayətdir ki, baş verəcək bu hadisə öz təbiəti etibarilə, tədrici bir proses olacaq, və Həzrət Bəhaullahın Özünün gözlədiyi kimi, əvvəlcə,hələ Onun Vəhyindən xəbərdar olmayan, lakin Onun elan etdiyi ümumi prinsipləri özləri də bilmədən tətbiq edən yer üzü millətlərinin özlərinin quracaqları Kiçik Sülhə gətirəcəkdir. Onun birliyinin və bütövlüyünün hamı tərəfindən etiraf edilməsi nəticəsində bəşəriyyətin yenidən təşkil olunması ilə bağlı olan bu nəhəng və tarixi addım, Həzrət Bəhaullahın Dininin xarakterini, Onun Yeni Dünya Nizamının baş qaldırmasından xəbər verəcək bütün irqlərin, inamların, siniflərin, və millətlərin nəhayi birləşməsi üçün ən əsas şərtinin-Onun məqsəd və məramını başa düşüb etiraf etmələrinin nəticəsi olaraqkütlələrin ruhaniliyinin oyanmasına gətirəcək.


Və o zaman bütün insan nəslinin yetkinlik yaşına çatmasını yer üzünün bütün xalqları və millətləri bəyan və bayram edəcək. Onda Ən Böyük Sülhün Bayrağı qaldırılacaq. Onda Həzrət Bəhaullahın—Atanın, Oğulun öncədən xəbər verdiyi və Ondan əvvəl və Ondan sonra Allahın peyğəmbərlərinin gözlədiyi Səltənətinin Qurucusunun-bütün dünyada hökmranlığı tanınacaq, qəbul ediləcək və möhkəmcə bərqərar olacaq. Və Onda dünya sivilizasiyası doğulacaq, çiçəklənəcək, əbədiləşəcək, həyat dolu elə bir sivilizasiya ki, bənzərini dünya nə görüb, nə də hələ təsəvvür edə bilər. Sonra əbədi Əhd bütün tamlığı ilə yerinə yetəcək. Onda Allahın bütün Kitablarında həkk olunmuş vədi yerinə yetəcək və keçmişin Peyğəmbərlərinin bəyan etdikləri bütün peyğəmbərliklər baş verəcək, görücülərin və şairlərin görmələri gerçək olacaq. Və onda sakinlərinin bir Allaha inamda birləşdiyi və onların vahid bir dinə tərəfdaş olduğucanlanmış planet, ona verilmiş hüdudlar çərçivəsində, Həzrət Bəhaullahıln Əbha cənnətində bütün parlaqlığı ilə şəfəq saçan hökmranlığının cəlalının şüalarını əks etdirəcək və Onun ucadakı Taxtının ayağı olacaq, onun Yaradıcısının sevgisi və hikməti ilə əzəldən onun üçün müəyyən olunmuş ifadə olunması mümkün olmayan təyinatını yerinə yetirməyə qabil olan yer cənnəti elan olunacaqdır.


Bizlər, əhəmiyyətsiz fanilər, bəşəriyyətin uzun və mürəkkəb tarixinin belə böhranlı mərhələsində, qan aparan, öz Allahını unutmuş və Həzrət Bəhaullaha laqeyd qalmış miskin bəşəriyyəti ardıcıl olaraq onunqolqofundan əbədi diriliyinə aparan bu addımları dəqiq və qaneedici dərinlikdə başa düşdüyümüzü iddia edə bilmərik. Bizlər, Onun hər şeyə hakim qüdrətinin canlı şahidləri bunubir anlqı da olsa sual altına qoya bilmərik ki, dünyanı saran bədbəxtliyin zülməti nə qədər qatı olsa da, Həzrət Bəhaullah Öz iradəsinin çəkici ilə döyəcləyərək vəbədbəxtliklər vasitəsilə bu iztirab çəkən zəmanəyə Onun Öz planında tutduğu forma verməklə, qüsurlu dünyanın dağılmış və bir-birini məhv etməyə hazır olan parçalarını möhkəm və bölünməz, Onun insan nəsli üçün müəyyən etdiyi təyinatı yerinə yetirməyə qabil olan bir vahid bədəndə birləşdirəcəkdir.


Bizim borcumuzsa odur ki, ümumi qarışıqlığa baxmayaraq, indiki perspektiv nə qədər tutqun, ixiyarımızda olan resurslar nə qədər məhdud olsa da, arxayınlıqla, inamla və dayanmadan işləyək, şəraitin imkan verdiyi qədər, Həzrət Bəhaullahın yönəltdiyi və rəhbərlik etdiyi,bəşəriyyəti miskinlik və rüsvayçılıq vadisindən qüdrət və şərəf zirvələrinə aparan qüvvələrin işinə öz töhfəmizi verək.


 

Anchor 6
Anchor 7
Anchor 8
bottom of page