top of page

 

Vəfadarlar Haqqında Xatirələr (bölmə 2)

Həzrət Əbdül-Bəhanın Söhbətlərindən

İnglis Dilindən Tərcümə - Mərziyyih Geyil, Bəhai Dünya Mərkəzi

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


Həzrət Bəhaullahın Həvarilər

Mündəricat

Seyid Məhəmməd Tağı Mənşədi 53

Yəzdli Məhəmməd Əli Sabbaq 56

İsfahanlı Əbdül-Qəffar 58

Əli Nəcəf-Abadi 60

Məşədi Hüseyn və Məşədi Məhəmməd 61

Hacı Əbdürrəhim Yəzdi 63

Hacı Abdullah Nəcəfabadi 65

Məhəmməd Hadiyi Səhhaf 66

Mirzə Məhəmmədqulu 68

Usta Bağır və Usta Əhməd 70

Məhəmməd Hənasəb 71

Hacı Fərəcullah Təfrişi 73

Ağa İbrahim İsfahani və onun qardaşları 74

Ağa Məhəmməd İbrahim 77

Zeynül-Abidin Yəzdi 78

Hacı Molla MehdiYəzdi 79

Həzrət Kəlim (Mirzə Musa) 81

Hacı Məhəmməd Xan 85

Ağa Məhəmməd İbrahim Əmir 87

Mirzə Mehdi Kaşani 88

Mişkin Qələm 90

Ustad Əli-Əkbəri Nəccar 94

Şeyx Əli Əkbəri Məzqani 96

Mirzə Məhəmməd, Müsafirxananın Xidmətçisi 98

Mirzə Məhəmməd Vəkil 100

 

 

Seyid Məhəmməd Tağı Mənşədi


MƏHƏMMƏD TAĞI MƏNŞƏD kəndindən idi. Hələ gənc ikən, Allahın dini haqqında öyrənmişdi. Müqəddəs bir vəcd halında, o, qəlbini Səmaya döndərdi, ürəyi isə nurla aşb-daşırdı. İlahi fəzl onun üzərinə nazil olurdu; Allahın çağırışı onu elə məftun etdi ki, o, Mənşədin rahatlığını yelə verdi. Qohumlarını və uşaqlarını tərk edərək o, yola çıxdı, dağlardan və düzlərdən keçdi, bir mənzil başından o birisinə adladı, dənizin sahilinə gəldi, dənizi adladı və nəhayət Hayfaya yetişdi. Oradan da o, Əkkaya tələsdi və Həzrət Bəhaullahın hüzuruna daxil oldu.
 
İlk vaxtlar o, Hayfada kiçik bir dükan açdı və bəzi xırdavatçılıq şeylərinin ticarəti ilə məşğul oldu. Allahın bərəkəti onun üzərinə endi və o, çiçəkləndi. O, balaca bir künc, zəvvarlar üçün bir sığınacaq oldu. Onlar gələndə və gedəndə, alicənab və səxavətli Məhəmməd Tağının qonağı olardılar. O, həmçinin inananların işlərinin idarə edilməsində kömək edər, onların səfər vasitələrini qaydaya salardı. O, etibarlı, sədaqətli, etibara layiq olduğunu sübut etmişdi. Nəhayətdə o, Lövhlərin göndərilməsi və inananlardan məktubların gəlməsi üçün bir vasitəçiyə çevrildi. O, bu xidməti mükəmməl bir etibarlılıqla, çox məmnuniyyətlə yerinə yetirir, məktubları həmişə dəqiqliklə göndərir və alırdı. Hər kəsin etibarını qazanaraq, o, dünyanın hər yerində tanındı və Həzrət Bəhaullahın saysız-hesabsız lütflərini aldı. O, ədalət və möminlik xəzinəsi, dünyəvi şeylərə bağlılıqdan tam azad idi. O, özünü çox qənaətcil bir həyat tərzinə alışdırmışdı, yemək və yatmaq, rahatlıq və dincliyin qayğısına qalmazdı. O, tək bir otaqda tənha yaşayır, palma budaqlarından düzəldilmiş taxtda, küncdə yatırdı. Lakin səyyahlar üçün o, səhrada külək idi; onlar üçün ən yumşaq yastıqlar, ən yaxşı stolu təşkil edərdi. Onun gülər üzü vardı, təbiətcə ruhani və təmkinli idi.


Mələyi Əlanın Günəşi qürub edəndən sonra Seyid Mənşədi Əhdə sadiq qaldı, pozuculara qarşı iti bir qılınc oldu. Onlar hər hiylədən, yalandan və incə metodlardan istifadə etdilər; onlar ona necə iltifat göstərir və necə ehtiram göstərirdilər, necə ziyafətlər təşkil edir, necə ləzzətlər təklif edirdilər–təsəvvürə gəlməz və bunların hamısı onun imanında çat yaratmaq üçün edilirdi. Amma o, hər gün əvvəlkindən daha güclü olurdu, hər cür nalayiq fikirdən azad qalırdı, Allahın Əhdinin tərsinə gedən hər şeydən qaçırdı. Onlar nəhayət, onun qətiyyətini sındırmaqda uğursuluqlarını görəndə hər cür yolla onu narahat etməyə başladılar və onun maliyyə cəhətdən məhv olması üçün planlar qurdular. Lakin o, səbatlıq və etibar cövhəri olaraq qaldı.


Pozucuların təhriki ilə Əbdül-Həmid mənə qarşı çıxmağa başlayanda, Mən Mənşədini Port Səidə göndərməyə məcbur oldum, çünki insanlar arasında o, bizim məktublarımızın paylayıcısı kimi çox məşhur idi. Onda mən məktubları ona tanınmayan vasitəçilərlə çatdırmalı oldum, o, isə məktubları əvvəlki kimi göndərirdi. Bu yolla xəyanətkar və düşmənlər bizim məktublarımızı ələ keçirə bilmirdi. Əbdül-Həmidin son günlərində, istintaq komissiyası gələndə və o tanış ikən yad olanların (dost ikən düşmən olanların) təhriki ilə hərəkət edərək–Müqəddəs Ağacı kökündən qoparmaq üçün plan cızdılar; onlar məni dənizə atmaq və ya Fezzana sürgün etmək qərarına gəlmişdilər və bu onların gizli, məkrli məqsədləri idi; odur ki, komissiya isə əlindən gələni edirdi ki, bizim bu və ya digər sənədləri ələ keçirsinlər, lakin buna nail ola bilmədilər. Bütün o hərc-mərcliyin sıxlığında, bütün təzyiqlərə və məhdudiyyətlərə, Yezid  kimi amansız olan o adamların mənfur hücumlarına baxmayaraq məktublar gedib gəlirdi.


Bir çox illər seyid Mahmud Port Səid də bu xidməti layiqincə yerinə yetirdi Dostlar hamısı bir nəfər kimi ondan razı idilər. O, şəhərdə səyyahların minnətdarlığını qazandı, mühacirət edənlər ona minnətdar idilər və o, yerli inananlara sevinc gətirirdi. Sonra Misirin ağır istisi ona çox ağır gəldi; o, yatağa düşdü, və yüksək hərarət içində həyat libasını atdı. O, Port Səidi tərk edib Səma Mələkutuna getdi və Rəbbin sarayına yüksəldi.


Seyid Mənşədi məziyyət və zəka cövhəri idi. Onun keyfiyyətləri və biliyi elə bir səviyyədə idi ki, ən müvəffəq zəkalar ondan heyrətə düşərdilər. Onun Allahdan başqa fikri yox idi, Allahın razılığını qazanmaqdan başqa bir ümidi yox idi. O, “mənim bütün dualarımın sözlərini və tərifimi bir nəqaratda saxla; elə et ki, mənim bütün həyatım Sənə bəndəlikdən başqa bir şey olmasın” sözlərinin mücəssəməsi idi.


Qoy Allah onun hərarətini Mələkutda vüsal fəzli ilə sərinlətsin və onun xəstəliyini Camal Sahibinini Səltənətində Ona yaxınlıq məlhəmi ilə sağaltsın. Əbha Allahın bəhası onun üzərinə olsun.
 

 


Yəzdli Məhəmməd Əli Sabbaq


ERKƏN GƏNCLİYİNDƏ MƏHƏMMƏD Əli Sabbaq İraqda olarkən iman gətirdi. O, əngəl olan pərdələri parçaladı və şübhələri dağıtdı, şəkk və gümandan qurtuldu və Rəblər Rəbbinin pənahına tələsdi. Zahirən təhsil görməmiş bir insan olsa da, çünki o, oxumaq və yazmaq bilmirdi, onun iti zəkası vardı və etibarlı bir dost idi. İnanlardan birinin vasitəsilə o, Həzrət Bəhaullahın hüzuruna gətirilmişdi və tezliklə camaat arasında bir həvvari kimi məşhurlaşdı. O, Camal`i-Mübarəkin evinin yanında, yaşamaq üçün özünə bir künc tapdı, səhərlər və axşamlar Həzrət Bəhaullahın hüzuruna daxil olardı. Bir müddət o çox xoşbəxt idi.


Həzrət Bəhaullah və Onun məiyyəti Bağdadı tərk edib İstanbula gedəndə, Ağa Məhəmməd Əli də o qrupda idi və Allahın məhəbbəti ilə hərarətlənirdi. Biz İstanbula yetişdik; Hökumət bizi Ədirnədə yerləşməyimizi istədiyindən biz Məhəmməd Əlini Türkiyənin paytaxtında buraxdıq ki, inananlar gəldikcə o şəhərdən keçmələrinə onlara kömək etsin. Sonra biz Ədirnəyə getdik. Bu insan tək qaldı və çox məyus oldu ki, nə dostu, nə yoldaşı, nə də onun qayğısına qalan bir nəfər vardı.


Bundan iki il sonra o, Həzrət Bəhaullahın inayətini axtararq Ədirnəyə gəldi. O, xırdavat satan kimi işləməyə başladı və böyük asilik  başlayanda və zalımlar dostları son dərəcə fəlakətə sürükləyəndə, o da məhbusların arasında idi və bizimlə birlikdə Əkka qalasına sürgün edildi.


O, xeyli bir vaxt Ən Böyük Zindanda qaldı və sonra Həzrət Bəhaullah istədi ki, o, Sidona getsin və orada o, ticarətlə məşğul olmağa başladı. Həzrət Bəhaullah onu qəbul edərdi, lakin qalan vaxtları O, Sidonda olardı. O, ehtiramla və etibarlı bir həyat yaşadı, hamı üçün yaxşı adla yaşadı. Böyük Dərd gələndə, o, Əkkaya qayıtdı, həyatının qalan günlərini Müqəddəs Türbənin yanına keçirdi.


Dostlar hamı bir nəfər kimi, ondan məmnun idilər, o, Müqəddəs Astanada əzizlənirdi; bu halətdə o, əbədi şərəf səmasına uçub getdi, arxasınca yaxınlarını ağlar qoydu. O, mehriban, əla bir insan idi: Allahın onun üçün İradəsi ilə razı, şükürlü, ləyaqətli, uzun əziyyətlər çəkmişdi. Əbhanın bəhası onun üzərinə olsun. Allah onun ətirli məzarını üzərində səmavi nur pərdələrinə bürüsün.

 


 
İsfahanlı Əbdül-Qəffar


VƏTƏNİNİ TƏRK EDİB bizim qonşumuz və məhbus yoldaşlarımız olanlardan biri də İsfahanlı Əbdül-Qəffar idi. O, çox uzaqgörən bir adam idi və ticarət işi ilə əlaqədar uzun illər ərzində bütün Kiçik Asiyanı gəzmişdi. O, İraqa gələndə Sadlı (İsfahan) Ağa Məhəmməd Əli onu Əmrin kölgəsi altına gətirmişdi. O, tezliklə onun gözlərini əvvəllər bağlamış xülya və güman sarığını qopardı və qalxıb İlahi məhəbbət Səmasında xilas olmaq üçün qanad açdı. Onun gözündəki pərdə nazik idi, demək olar şəffaf idi, ona görə də birinci söz çatan kimi o, boş xülya aləmindən qurtuldu və özünü gün kimi aşkar olan Kəsə bağladı.
 
İraqdan Böyük Şəhərə, İstanbula səfərdə Əbdül-Qəffar yaxın və rahat bir yol yoldaşı idi. Bütün məiyyət üçün o, tərcüməçi kimi xidmət edirdi, çünki türkcə əla danışırdı, dostlardan heç kəs türkcə yaxşı bilmirdi. Eynilə də Ədirnədə, habelə, məhbuslardan biri kimi, o, bizi Hayfaya müşayiət etdi. Burada zalımlar qərar aldılar ki, onu Kiprə göndərsinlər. O, çox əsəbiləşmişdi və kömək üçün qışqırırdı, çünki o, bizimlə Ən Böyük Zindanda  olmaq istəyirdi. Onlar onu güclə aparanda, gəminin ən uca yerindən o, özünü dənizə atdı. Bu qəddar zabitlərə heç bir təsir etmədi. Onu sudan çıxardıqdan sonar gəmidə dustaq etdilər, qəddarcasına məhdudiyyətə saldılar və zorla Kiprə apardılar. Onu Famaqustada zindana saldılar, amma hansısa bir yolla oradan qaçdı və Əkkaya gəldi. Burada da özünü bizim bədxahlardan qoruyaraq adını dəyişib Əbdüllah qoydu. Həzrət Bəhaullahın inayət kölgəsinə sığınaraq o, günlərini rahatlıq və şadlıqla keçirdi.


Lakin dünyanın ən böyük İşığı Ən Nurlu Üfüqdən daim parlamaq üçün sönəndə, Əbdül-Qəffar özündə deyildi və iztirabın qurbanı olmuşdu. Onun daha evi yox idi. O, Şama getdi, bir müddət orada qaldı, gücə-gündüz ağladı. O, getdikcə zəiflədi. Biz Hacı Abbası oraya göndərdik ki, ona qulluq etsin, onu müalicə edib qayğısına qalsın və hər gün ondan bizə xəbər göndərsin. Amma Əbdül-Qəffar heç nə edə bilmir, ancaq durmadan Hacı Abbasla danışırdı ki, o, necə öz yoluna davam edib bu dünyadan kənar sirli ölkəyə getmək istəyir. Və sonda, evdən uzaqda, Məhəbbətinə görə sürgün olunmuş halda yol alıb Həzrət Bəhaullahın Müqəddəs Astanasına getdi.


O, həqiqətən, çox əzab-əziyyət çəkmiş, mülayim bir insan idi; gözəl xasiyyətli, gözəl əməlli, gözəl sözlü. Ona salam və mədhlər olsun, ona Əbhanın bəhası olsun. Onun ətirli məzarı Şamdadır.

 


 
Əli Nəcəf-Abadi


MÜHACİRLƏR VƏ YAXIN qonşular arasında Ağa Əli Nəcəfabadi də vardı. Bu ruhani cavan Allahın çağırışnı ilk dəfə eşidəndə o dodaqlarını müqəddəs piyaləyə yapışdırdı və Dağda Danışanın cəlalını gördü. Və o nur fəzli ilə müsbət biliyə nail olanda, o, Ən Böyük Zindana səfər etdi, harada o, biliyin özünün cövhərini gördü və aşkar (şübhəsiz) həqiqətin ali məqamına çatdı.


Uzun bir müddət ərzində o müəqddəs şəhərin özündə və ətrafında qaldı; o, tanınmış tacir Həbibullah oldu və günlərini Allaha təvəkkül edərək dua və yalvarışda keçirdi. O, mülayim, aram, şikayətsiz, möhkəm bir insan idi; hər şeydə məmnun, tərifəlayiq bir şəxs idi. O, bütün dostların razılığını qazanmış, müqəddəs Astanada qəbul edilmiş və xoş qarşılanmışdı. Son günlərində xoşbəxt bir sonluğun onu gözlədiyini hiss edəndə, o, yenə də müqəddəs şəhərə, Ən Böyük Zindana gəldi. Gələndə o, xəstələndi, zəiflədi və saatlarını Allaha yalvarmaqla keçirdi. Həyat nəfəsi onda dayandı, Mələkuti-Əlaya qapılar onun qarşısında taybatay açıldı, o, gözlərini bu torpaq dünyasından çevirdi və Müqəddəs Məkana getdi.


Əli Nəcəf-Abadi incə, və həssas ürəkli idi, daim Allahı xatırlayar və Onu zikr edər, həyatının sonuna doğru ləkəsiz bir halda bu dünyanın zəlalətindən azad oldu. O, məhəbbətlə, yer üzündəki torpaq guşəsini təhvil verib çadırını o biri diyarda qurdu. Allah onun üzərinə pak bağışlayıcılıq ətirləri göndərsin, Cəlal Səltənətində İlahi Gözəlliyi görməklə onun gözlərini işıqlandırsın və Əbha Səltənətindən əsən müşk ətirli yellərlə onun ruhunu təravətləndirsin. Ona salam və mədhlər olsun. Onun mübarək və müqəddəs məzarı Əkkadadır.

 


 
Məşədi Hüseyn və Məşədi Məhəmməd


MƏŞƏDİ HÜSEYN VƏ Məşədi Məhəmməd Azərbaycani–hər ikisi Azərbaycan vilayətindən idilər. Onlar öz vətənlərində böyük addımlar atmış pak ruhlar idilər: onlar özlərini dostdan və yaddan azad etmiş, onların gözlərini əvvəllər tutmuş mövhumatlardan xilas olmuş, qətiyyətlərini möhkəmləndirmiş, Həyatın Rəbbi, Allahın qarşısında təzim etmişdilər. Onlar mübarək, sədaqətli və ləkəsiz imana malik; müti, itaətkar, fəqir, Allahın iradəsi ilə razı, Onun hidayətedici İşığına vurulmuş, böyük xəbərdən şadlanan ruhlar idilər. Onlar öz vilayətlərini tərk edib Ədirnəyə gəldilər. Burada şəhər kənarında Qumruq-Kilsə adlı kənddə bir müddət yaşadılar. Gündüzlər onlar Allaha yalvarır, gecələr dünyanın zülm etdiyi Kəsin taleyinə ağlayıb göz yaşı tökürdülər.


Əkkaya sürgün ərəfəsində. Onlar şəhərdə deyildilər və ona görə də həbs olumamışdılar. Ürəklərində bir dərd yükü ilə, onlar göz yaşları axıdaraq orada qalmaqda davam etdilər. Onlar Əkkadan qəti bir məlumat alan kimi Rumelini tərk etdilər və buraya gəldilər: iki əla ruh, Camali Mübarəkin sədaqətli iki köləsi. Onların necə ürəkdə necə saf, imanda necə qəvi olduqlarını demək mümkün deyil.
 
Onlar Əkkadan kənarda, Bağ-i Firdovsdə yaşayırdılar, əkinçiliklə məşğul olurdular, Allaha şükrlər edirdilər, çünki bir daha fəzl və məhəbbət qonşuluğuna gəlib çıxa bilmişdilər. Lakin onlar Azərbaycandan idilər, soyuğa alışmış idilər, yerli istiyə dözə bilmirdilər. Bundan əıavə, bizim Əkkadakı ilk genlərimiz idi, onda hava çox ziyanlı idi, su isə son dərəcə çirkli idi. Onların hər iksi yüksək temperaturda xroniki xəstə oldular. Onlar buna çox yüngül baxır, heyrətamiz səbrlə dözürdülər. Xəstəlik günlərində temperaturun hücumuna, xəstəliyin şiddətinə, yandırıcı susuzluğa, rahatsızlığa baxmayaraq daxilən onlar məmnun, İlahi müjdələrə sevinən bir halda qaldılar. O zaman bütün ürəkləri ilə şükrlər oxuyarkən, onlar bu dünyadan üz çevirdilər və o biri dünya getdilər; onlar bu qəfəsdən çıxdılar və ölümsüzlük bağına uçub getdilər. Onlara Allahın rəhməti olsun, Allah onlardan razı olsun. Onlara salam və mədhlər olsun. Allah onları əbədi olan aləmə gətirsin, Onunla vüsaldan həzz alsınlıar və Cəlal Səltənətində qərq olsunlar. Onların iki nurlu məzarı Əkkadadır.

 


 
Hacı Əbdürrəhim Yəzdi


HACI ƏBDÜRRƏHİM YƏZDİ qiymətli bur şəxs idi, gənc yaşlarından məziyyətli və Allahdan qorxan, insanlar arasında pak bir insan, dini vacibiyyətlərə riayət etməkdə bənzərsiz, əməllərində çox diqqətli idi. Onun möhkəm dini, imanı şəksiz bir fakt idi. O, gecə və gündüz Allaha sitayiş edirdi, saleh, mülayim, şəfqətli və sədaqətli bir dost idi.


Tam hazır olduğundan, Üfüqi-Əldan gələn çağırışı eşidən anda, “Mən sənin Rəbin deyiləmmi?” eşidən kimi o, dərhal cavab verdi: “Ləbbeyk”. Bütün varlığı ilə, Aləmin Nurunun saçdığı şəfəqlərə məftun olmuşdu. Açıq və cəsarətlə o, ailəsini və dostlarını təbliğ etdi. Bu tezliklə bütün şəhərə yayıldı; iblis üləmaların gözündə o, indi nifrət və həqarət hədəfi idi. O onların qəzəbinə düçar olmaqla, öz alçaq ehtiraslarının yaratdıqları olanların həqarətinə məruz qalırdı. Onu narahat edir və ona ilişirdilər; sakinlər üsyan edirdilər, şeytan üləmalar isə onun ölümü üçün plan çızırdılar. Hökumət adamları da onun üstünə düşdülər, təqib etdilər və hətta ona işgəncə verdilər. onlar onu dəyənəklə döydülər, qamçı ilə şallaqladılar. Bunlar gecə və gündüz davam edirdi.


Belə olduqda, o, evini tərk etməyə şəhərdən çıxmağa məcbur oldu, bir sərgərdan tək dağlara qalxdı, düzləri keçdi, nəhayət, Müqəddəs Torpağa gəlib yetişdi. Lakin o, elə zəif, elə tükənmişdi ki, onu görən deyərdi ki, o, indicə öləcək; Hayfaya çatanda Nabil Qaini Əkkaya tələsdi və istədi ki, mən dərhal Hacını çağırın, çünki o ölüm ayağında idi, sürətlə zəifləyirdi.


“Qoy Malikanəyə gedim”, mən dedim, “və izn istəyim”. “Bu uzun zaman alar”, o, dedi. “ Elə olsa, Əbdürrəhim Əkkanı heç vaxt görməyəcək. Mən çox istəyirəm ki, o, bu nemətə yetsin; Ən azı Əkkanı görsün, sonra ölsün. Yalvarıram Sənə, onun dalınca dərhal adam göndər!”


Onun arzusuna baxıb mən Əbdürrəhimi çağırdım. O, gələndə, mən onda demək olar ki, həyat əlaməti görmürdüm. Arada bir o, gözlərini açar, lakin bir kəlmə belə danışa bilməzdi. Amma Ən Böyük Zindanın şirin rayihələri həyat qığılcımını bərpa etdi, onun Həzrət Bəhaullahı görməyə can atması ona yenidən həyat verdi. Ertəsi gün mən ona baxanda onu şad və canlanmış gördüm. O, Həzrət Bəhaullahı ziyarət etmək izni istədi. “Baxır”, hər şey ondan asılıdır ki,” dedim, “O sənə izn verəcəkmi? İnşallah, bu əziz lütf üçün sən seçilərsən”.


Bir neçə gün sonra icazə gəldi və o, Həzrət Bəhaullahın hüzuruna tələsdi. Əbdürrəhim hüzura daxil olanda, həyat ruhu onun üzərindən əsdi. Qayıdanda, aydın görünürdü ki, Hacı tamamilə başqa bir Hacı olub: O, sağlığından çiçək açmışdı. Nəbil sarsılmış halda dedi: “bu zindanın havası həqiqi mömin üçün necə bir həyatverici havadır!”


Bir müddət Əbdürrəhim qonşuluqda yaşadı. O, saatlarını Allahı zikr və tərif etməklə keçirdi; O, dualar oxuyur, dini vacibatını şadlıqla yerinə yetirirdi. Beləliklə o, bir neçə adam görürdü. Bu bəndə onun ehtyaclarına xüsusi diqqət verirdi, ona yüngül diet sifariş verirdim. Lakin bunların hamısı Ən Böyük Dərdlə, Həzrət Bəhaullahın süudu ilə sona yetdi. Ona görə də iztirab gəldi, hönkürtü ilə ağladı. Ürəyi atəşdə, gözləri yaşlı, o ancaq gəzə bilirdi. Onun günləri beləcə keçir və həmişə bu boş şeylər yığnağından, dünyadan çıxıb getmək istəyirdi. Nəhayət, o, məruz qaldığı itkinin əzabından qurtardı və Allahın Səltənətinə tələsdi, Nurlar Mələkutunda İlahi cəlal toplantısına gəldi.


Ona salam və mədhlər, sonsuz rəhmət olsun. Allah onun məzarı üstünə əsrarəngiz Aləmdən şüalar yağdırsın.

 


 
Hacı Abdullah Nəcəfabadi


ƏMRƏ İMAN GƏTİRƏN kimi Hacı Abdullah İranı tərk etdi, Müqəddəs torpağa gəldi və Həzrət Bəhaulahın fəzl kölgəsin altında ürək rahatlığı tapdı. O, inamlı, möhkəm və dəyanətli bir insan idi; Allahın çoxsaylı nemətlərinə əmin idi; əla rəftarı və xasiyyəti vardı.


O, günlərini digər inananlarla dostcasına keçirirdi. Sonra o, bir müddət Qövrə, Tabariya yaxınlığına getdi və orada əkinçilik etdi, həm yer əkirdi, həm də vaxtının çoxunu yalvarış və Allahla ünsiyyətə həsr edirdi. O, əla bir kişi, alicənab və pak bir insan idi.


Sonra o, Qövrdən qayıtdı, Cunaynada Həzrət Bəhaullahın yaxınlığında məskən saldı və tez-tez də Onun hüzuruna daxil oldu. Onun gözləri Əbha Mələkutuna dikilmişdi; o, bəzən ağlayar və göz yaşı tökərdi, sonra o, yenə nəşəli olar, şadlanardı, çünki ən ülvi arzusuna çatmışdı. O, Allahdan başqa hər şeydən göz yummuşdu, Allahın fəzli ilə şad idi. O, gecənin çox hissəsini oyaq olar, dua halətində qalardı. Onun ölümü təyin olunmş vaxtda gəldi və Həzrət Bəhaullahın himayədar qayğısı altında oldu, sonra süud etdi və bu torpaq dünyasından uca Tağa tələsdi və yuxarı, gizli ölkəyə uçub getdi. Uca Rəbbinin yanında ona salam, rəhmət və mədhlər olsun.

 


 
Məhəmməd Hadiyi Səhhaf


MÜHACİRƏT EDƏNLƏRDƏN VƏ Həzrət Bəhaullahın yaxınlığında yerləşənlərdən daha biri də kitab cildləyən Məhəmməd Hadi idi. Bu görkəmli şəxs İsfahandan idi, kitab üzləməkdə və onların tərtibatında onun bərabəri yox idi. Özünü Allahın məhəbbətinə təslim edəndə o yolda o, ayıq və qorxmaz idi. O, evini tərk etdi və qorxulu bir yola çıxdı, böyük məşəqqətlərlə bir ölkədən başqa bir ölkəyə keçərək Müqəddəs Torpağa gəlib çıxdı və dustaq oldu. O, Müqəddəs Astananın yanında özünə yer etdi və oranın qayğı ilə təmizliyinə baxırdı. Onun daimi səyləri nəticəsində Həzrət Bəhaullahın evinin önü həmişə süpürülmüş, sulanmış və təmiz və səliqəli olardı. Həzrət Bəhaullah tez-tez yerin o hissəsinə baxar və gülümsəyərək deyərdi: “Məhəmməd Hadi bu zindanın önündəki meydanı sarayın köşkünə çevirib. O, bütün qonşulara məmnuniyyət gətirib və onların minnətdarlığını qazanıb”.


Onun süpürmə, sulama və təmizlik işləri qurtardıqdan sonra, o, oturarar və müxtəlif kitab və Lövhlərə tərtibat verər və üzləyərdi. Onun günləri beləcə keçirdi, ürəyi bəşərin Məhbubunun hüzurunda xoşbəxt idi. O, gözəl bir ruh, mömin, dürüst, öz Rəbbi ilə bir yerdə olmaq nemətinə layiq və bu dünyanın bulaşıqlarından azad idi.


Bir gün o, mənim yanıma gəldi və xroniki xəstəlikdən şikayət etdi. “Mən üşütmə və hərarətdən iki il əziyyət çəkmişəm”, o dedi. “Həkimlər işlədici və kinə yazıblar. Hərarət bir neçə gün düşür, sonra yenə qayıdır. Onlar mənə daha çox kinə verirlər, amma hərarət yenə də qayıdır. Mən bu həyatdan bezmişəm, daha işləyə bilmirəm. Məni xilas edin!”


“Sənin ən çox xoşladığın yemək hansı idi?” mən soruşdum. “Nəyi daha çox iştaha ilə yeyərdin?” “Bilmirəm”, dedi. Zarafatla mən bir neçə yeməyin adını sadaladım. Mən ayranla arpa şorbasına gələndə (aşi-kaşk) o dedi, “Çox gözəl! Amma bir şərtlə ki, onun içərisində pörtlədilmiş sarımsaq da olsun”.


Mən tapşırdım ki, bu yenəyi onun üçün hazırlasınlar və getdim. Ertəsi gün o özü yanıma gəldi və dedi: “Mən bir boşqab şorba yedim. Sonra başımı yastığa qoydum və səhərə qədər rahat yatdım”.


Xülasə, o vaxtdan etibarən təxminən iki il ərzində o, özünü əla hiss edirdi.


Bir gün əhbablardan biri yanıma gəldi və dedi: “Məhəmməd Hadi hərarətdən yanır”. Mən tez onun yanına getdim və onun temperaturunun 42 dərəcə olduğunu gördüm. Onun huşu ancaq ki, özündə idi. “O, nə edib?” soruşdum. “Onu tirtətmə tutanda” dedilər “O, dedi ki, təcrübədən bilir ki, nə etmək lazımdır. Sonra o, doyunca arpa şorbası və onda bişmiş sarımsaq yedi; bu da nəticəsi.”


Mən taleyin işinə məəttəl qaldım. Onlara dedim: “Çünki iki il əvvəl o, tamamilə təmizlənmişdi və onun həzm sistemi təmiz idi” çünki bu yemək üçün onun yaxşı iştahası vardı, xəstəliyi isə üşütmə və hərarət idi, ona görə də mən ona arpa şorbası təyin etdim. Amma bu dəfə, onun fərqli yeməklər yediyi halda, özü də iştahasız və xüsusilə yüksək temperaturda, ona görə də əvvəlki xroniki xəstəlik diaqnozu qoymağın əsası yoxdur. O, şorbanı necə yeyə bilərdi!” Onlar dedilər, “Bu taledir”. İş işdən keçmişdi, artıq gec idi.


O bəstə boylu,lakin məqam və ruhca uca bir şəxs idi. Onun ürəyi pak, ruhu işıqlı idi. Müqəddəs Astanada xidmət etdiyi o günlərdə o, dostların sevimlisi idi, Allah ona lütfkar idi. Zaman-zaman Camal`i-Mübarək, dodaqlarında təbəssüm, onunla danışar, ona iltifat və fəzlini ifadə edərdi.


Məhəmməd Hadi həmişə sədaqətli idi, o, Allahın razılığından başqa hər şeyi, əfsanə və boş sayırdı. Ona əta edilmiş bu bəxşişə görə ona xeyir-dua olsun, onun aparılacağı yerə görə ona müjdələr olsun; kafir çeşməsindən doldurulmuş bu piyalə ona fayda versin və onun bütün çalışmaları minnətdarlıqla qarşılansın və Allah tərəfindən qəbul olunsun .

 


 
Mirzə Məhəmmədqulu


CƏNAB MİRZƏ MƏHƏMMƏDQULU  Camal`i-Mübarəkin sədaqətli bir qardaşı idi. Bu böyük insan hətta uşaqlıqdan ruhunun nəcibliyi ilə tanınırdı. Onun görkəmli atası vəfat edəndə o yenicə doğulmuşdu və iş belə gətirdi ki, həyatının əvvəlindən sonuna qədər o, ömrünü Həzrət Bəhaullahın hifzedici qollarında keçirdi. O, hər cür xudbin fikirdən göz yummuşdu, Müqəddəs Əmrə aid olan şeylərdən başqa heç nəyə könül bağlamazdı. O, İranda Həzrət Bəhaullahın qayğısı altında böyümüşdü və məhz o, çay paylayardı; və o, hər zaman, gecə də, gündüz də Qardaşına qulluq edərdi. O, həmişə sükut edərdi. O, həmişə “Sizin Rəbbiniz Mən deyiləmmi?” Əhdində möhkəm idi. O inayət və kərəmlə əhatə olunmuşdu. Gecə də, gündüz də Həzrət Bəhaulahın hüzuruna daxil olurdu; o, dəyişməz olaraq səbirli və dözümlü idi. Sona qədər o, İlahi lütf və qəbulun düz yüksəkliklərinə qalxmışdı.
 
O, daim özü kimi idi. O, Həzrət Bəhaullahın yanında səyahət edirdi. İraqdan İstanbula gedəndə o, məiyyət dəstəsində idi və dayanacaqlarda çadır qurmaq onun işi idi. O, böyük səylə xidmət edirdi, süstlük və yorğunluğun nə olduğunu bilməzdi. İstanbulda, sonra Sirr torpağı Ədirnədə də o, eyni cür dəyişməz halətdə davam edirdi.


Öz bənzərsiz Rəbbi ilə, sonra o, Əkka qalasına sürgün olundu və Sultanın fərmanı ilə həmişəlik məhbus edildi ..Lakin onun yoluna çıxan hər şeyi o, eyni ruhla qəbul edirdi–rahatlığı da, işgəncəni də, məşəqqəti də, müvəqqəti dincliyi də, xəstəliyi də, sağlamlığı da; Rəbbinə kərəmi üçün bəlağətli bir dil ilə şükr edər, azad bir ürək və günəş kimi parlaq bir üzlə mədh söyləyərdi. Hər səhər və axşam o, Həzrət Bəhaullaha qulluq edər, onun hüzurunda həzz alar və bundan güc alardı. Əsasən, o, sükut edərdi.


Bəşərin Məhbubu Cəlal Mələkutuna süud edəndə, Mirzə Məhəmmədqulu Əhddə sadiq qaldı, o zaman meydana çıxan hiylədən, şərdən və riyakarlıqdan qaçdı, yalvararaq və dua edərək özünü tamamilə Allaha həsr etdi. Dinləyənlərə o, hikmətli məsləhət verərdi; o, Camal`i-Mübarəkin günlərini xatırlayar və kədərlənərdi ki, özü yaşayır. Həzrət Bəhaullahın süudundan sonra, o, bircə dəfə də rahat nəfəs almadı; o, heç kəslə yoldaşlıq etmədi, çox vaxt təkbaşına idi, ayrılıq atəşi ilə yanaraq öz kiçik yuvasında tənha qaldı. Günbəgün o, daha da zəiflədi, daha köməksiz oldu və nəhayət, Allahın aləminə uçub getdi. Onun üzərinə salam olsun; Cənnətin bağlarında ona rəhm və rəhmət olsun. Onun nurlu məzarı Tiveriya yaxınlığında Nəqibdədir.

 


 
Usta Bağır və Usta Əhməd


YENƏ DƏ VƏTƏNLƏRİNİ tərk edənlər arasında iki dülgər, Usta Bağır və Usta Əhməd də vardı. Bunlar Kaşandan pak soydan olan iki qardaş idilər. İman gətirəndən bəri biri o, birisini qucağında tuturdu. Onlar Allahın “Mən sizin Rəbbiniz deyiləmmi?” çağırışına cavab vermişdilər: “Ləbbeyk!”


Bir müddət onlar, iman və bilikləri ilə səciyyələnərək, dost və yad tərəfindən hörmət olunaraq, möminlik və etibarlılıqları, tərki-dünyalılıqları və Allahdan qorxmaqları ilə tanınaraq Allahın zikri ilə məşğul olaraq öz ölkələrində qaldılar. Zalım əlini onların üzərinə uzadanda və onlara dözülməyəcək dərəcədə işgəncə verəndə, onlar İraqa mühacirət etdilər, və Həzrət Bəhaullahın qağısı altına daxil oldular. Bu ikisi ən mübarək ruhlar idilər. Bir müddət onlar tam mütiliklə dua edərək və Allaha yalvararaq İraqda qaldılar.


Sonra Usta Əhməd Ədirnəyə getdi, Usta Bağır isə İraqda qaldı və dustaq kimi Mosula aparıldı. Hər iki qardaş Allahın hifzi altında idilər və hər cür dünyəvi bağdan azad idilər. Zindanda onlar öz sənətləri üzrə işləyir, özlərini dostdan da, yaddan da uzaq tuturdular. Təmkinli, ləyaqətli, inamlı, imanda möhkəm, Mərhəmət Sahibinin qanadı altında onlar günlərini xoşbəxtcəsinə keçirirdilər. Usta Bağır ilk öldü, bir qədər keçdikdən sonra qardaşı da bu dünyadan köçdü.


Bu iki qardaş möhkəm inananlar idilər, sədaqətli, səbirli, daim şükürlü, üzlərini Ona tutmuş halda həmişə mütiliklə Allaha yalvarırdılar. Zindanda olduqları o uzun zaman ərzində onlar heç vaxt vəzifələrinə biganə qalmadılar, heç vaxt nəhs bir şeyə səbəb olmadılar. Onlar daim nəşəli idilər. çünki onlar müqəddəs piyalədən bol-bol içmişdilər; onlar bu dünyadan köç edib göylərə uçanda isə dostlar onlar üçün göz yaşları tökdülər və rica etdilər ki, Həzrət Bəhaullahın fəzli ilə onlara lütf edilsin və bağışlansınlar. Onların hər ikisi kərəmli lütfə bürünmüşdülər, Allah onları saxlayırdı, Camal`i-Mübarək onların hər ikisindən razı idi; Səfər üçün bu azuqə ilə, onlar o biri dünyaya yol aldılar. Onların hər ikisinin üzərinə Əbha Allahın bəhası olsun; Cəlal Mələkutunda hər ikisi üçün həqiqət kürsüsü  qurulsun.

 


 
Məhəmməd Hənasəb


BU AD VƏ MƏQAM sahibi şəxs, Ağa Məhəmməd öz evini tərk edənlərdən və erkən inananlardan biri idi. Dan yeri ağarandan, o,Ən Böyük Nurun bir aşiqi kimi məşhur idi. Onda o, İsfahanda idi, gözlərini həm bu dünyaya, həm də o biri dünyaya bağlamış, sevilə biləcək hər şeyin təcəssümü olan Kəsin gözəlliyinə  açmışdı. Bu iki dünyaya (iki cahana) istinad bu deyimə işarə ola bilər ki: “İsfaha nisfi-cahan, yəni İsfahan dünyanın yarısıdır ”.


Ağa Məhəmməd daha rahat ola bilmirdi, çünki o, Allahın müşk ətirli nəsimi ilə canlanmışdı; onun ürəyi nurlanmışdı, o, müqəddəs rayihəni iyləyə bilərdi, onun görən gözü, eşidən qulağı vardı. O, Əmrə dürüst və sədaqətli qalmaqla bir sıra insanları yönətdi. O, dəhşətli təqib və işgənclərə məruz qaldı, lakin dəyişmədi. Sonra o, Şəhidlərin Sultanının nəzərində lütf qazandı və Şəhidlərin Məhbubunun  etibarlı qullquçusu oldu və hər ikisinə müəyyən illər xidmət etdi. O, işində elə sadiq idi ki, Şəhidlərin Sultanı bir çox hal omuşdu ki, öz məmnuniyyətini ifadə edərək desin: “Bu şəxs o insanlardandır ki, sakitlik halındadır; o, həqiqətən, öz Rəbbindən razıdır, Onun da məmnuniyyətini qazanmışdır . Onun imanı xalisdir, o, Allahı sevir, gözəl xasiyyəti var, gözəl bir həyat sürür. O, həm də, rahat bir yoldaşdır, bəlağətli bir şəxsdir”.


Şəhidlərin Sultanı öldürüldükdın sonra Ağa Məhəmməd bir qədər İsfahanda qalmaqda davam etdi, onun üçün ağlamaqdan tükəndi. Nəhayət, o, Ən Böyük Zindana mühacirət etdi və orada Həzrət Bəhaullah tərəfindən qəbul edildi, Astananın ətrafındakı yeri süpürmək şərəfini qazandı. O, səbrli, dözümlü, əsl dost və yoldaş idi. Ən Böyük Dərd baş verəndə, Ağa Məhəmməd elə bir ağrı və iztirabda idi ki, o, bir an da rahat ola bilmirdi. Hər səhər o, qalxar, Həzrət Bəhaullahın evinin ətrafını süpürərdi, işlədikcə dua oxuyar, yağış kimi göz yaşları tökərdi.

O, necə bir müqəddəs varlıq, necə böyük bir insan idi! O, ayrılığa çox dözə bilmədi, öldü və nurlar aləminə, Allahın gözəlliyinin pərdəsiz göründüyü məclisə tələsdi. Allah onun qəbrinə əfv göyündən şüalar salsın və Cənnətin ürəyində onun ruhunu uyutsun. Allah onun məqamını göydəki bağlarda yüksəltsin. Onun nurlu məzarı Əkkadadır.

 

 


Hacı Fərəcullah Təfrişi


ÖZ VƏTƏNİNİ TƏRK edib Həzrət Bəhaulahın qonşuluğunda yaşamaq üçün gələnlərdən daha biri Fərəcullah Təfrişi idi. Bu mübarək şəxs erkən gəcliyindən Həzrət Bəhaullahın xidmətçisi idi və möhtərəm atası Ağa Lütfulla ilə o, İrandan Ədirnəyə mühacirət etmişdi. Ağa Lütfullah dəyanətli bir inanan idi, Camal`i-Mübarəkə bağlılığında sadiq idi. Səbirli, uzun əzablar çəkmiş, bu dünyaya və onun faniliklərinə tamamilə biganə halda o, qaneçilik içində Həzrət Bəhaullahın qonşuluğunda yaşayırdı. Sonra o, Astanada müti, peşiman bir ürəklə o bu fani dünyanı tərk etdi və hüdudsuz aləmlərə uçub getdi. Onun rayihəli məzarı Ədirnədədir.


Hacı Fərəcullaha gəldikdə isə, o, rəhmsiz zalımlar Həzrət Bəhaullahı Əkkaya sürgün edən günə qədər həmin şəhərdə qalmaqda davam etdi və onun məiyyəti arasında Hacı da buraya, Ən Böyük Zindana gəldi. Sonralar, çətinliklər aradan qalxanda, o, ticarətlə məşğul oldu, Məhəmməd Əli İsfahaninin şəriki oldu. Bir müddət onun işi uğurlu oldu və o, şad idi. Sonra ona getmək izni verildi və Hindistana getdi, əfv bağlarına uçub getməzdən və sözə gəlməz mərhəmət məkanına daxil olmazdan əvvəl uzun müddət yaşadı.


Camal`i-Mübarəkin bu bəndəsi dostların dar günlərində onların yanında idi; o, onların əzablarına şərik olardı. Həzrət Bəhaullahın lütfləri onu əhatə etmişdi, o, sonsuz fəzldən həzz alırdı. O, məiyyətin arasında idi, dostların yaxını idi, onun yumşaq və anlayışlı ürəyi vardı. Onun cismi arıq və zəif olsa da, o, şükr edirdi, bunu qəbul edirdi, səbrli idi və Allahın yolunda bəlalara sinə gərirdi. Ona salam və mədhlər olsun; Qoy o, səmavi lütflər və nemətlər alsın; Əbha Allahın bəhası onun üzərinə olsun. Onun pak türbəsi Hindistanda, Bombeydədir.

 


 
Ağa İbrahim İsfahani və onun qardaşları


MÜHACİRƏT EDİB MÜQƏDDƏS Torpaqda yerləşmək üçün gələnlərdən biri də dörd şərəfli qardaşdan−Məhəmməd Sadıq, Məhəmməd İbrahim, Ağa Həbibullah və Məhəmməd Əli−biri Ağa İbrahim idi. Onların dördü də Arid adı ilə tanınan dayıları Ağa Məhəmməd Rza ilə Bağdadda yaşayırdılar. Onların hamısı bir evdə yaşayır, gecə və gündüz bir yerdə olurdular. Quş kimi bir yuvanı paylaşırdılar, onlar ləkdəki çiçəklər kimi daim şux (təravətli) və iltifatla dolu olardılar.


Camal`i-Qədim İraqa gələndə onların evi Onun evinin qonşuluğunda idi, ona görə də O, gələndə və gedəndə Onu müşahidə etmək sevincini yaşayardılar. Ürəklərin Mövlasının davranışı, Onun nə etməsi və nə etməməsi, Onun sevimli üzünü görmək öz təsirini göstərdi; onlar Əmr üçün susamağa, Onun fəzlini və lütfünü axtarmağa başladılar. Onlar Onun evinin qapısına gəldilər, sanki orada çiçəkləmiş güllər idilər; onlar tezliklə Onun alnından saçan işığın məftunu, o əziz Dostun gözəlliyinin əsiri oldular. Onlara mübəlliğ lazım deyildi; onların özləri əvvəllər onların gözlərini tutmuş pərdədən gördülər və ürəklərinin ən ülvi arzularına çatdılar.


Camal`i-Mübarəkin göstərişi ilə Mirzə Cavad Turşiz bir gecə onların evlərinə getdi. Mirzə Cavad ağzını açar-açmaz onlar Əmri qəbul etdilər. Onlar bir an da tərəddüd etmədilər, çünki heyrətamiz həssaslıqları vardı. Quranın ayənsinin mənası məhz bu idi: “onun (zeytun ağacının) yağı özünə od toxunmasa da, sanki işıq saçır. O, nur üstünə nurdur ”. Yəni bu yağ o qədər tam hazırdır, yanmaq üçün elə hazıdır ki, demək olar ki. Özü od tutur, hərçənd ona toxunan bir od yoxdur; o deməkdir ki, iman qabiliyyəti və onun haqq edilməsi elə böyük ola bilər ki, tək bir kəlmə belə söylənilmədən, işıq parlayır. O, pak ürəkli insanlarla məhz belə idi; onlar həqiqətən, Allaha sədaqətli, möhkəm və sadiq idilər.

Böyük qardaş Məhəmməd Sadiq Həzrət Bəhaullahı İraqdan İstanbula, oradan da Ədirnəyə−harada ki, o, öz Rəbbinin yanında bir müddət şad və xürrəm yaşamışdı−müşayiət etmişdi. O, təvazökar, əzablara dözən, şükranlı bir şəxs idi; onun dodaqlarında hər zaman təbəssüm vardı; o, ürəyin nuru idi və qəlbi Həzrət Bəhaullahın eşqinə düşmüşdü. Sonralar İraqa qayıtmağa ona izn verilmişdi, çünki ailəsi orada idi və bir müddət, xəla edərək və xatirələrlə yaşayaraq o şəhərdə qaldı.


Sonra İraqda böyük fəlakət oldu, bütün dörd qardaş nəcib dayıları ilə birlikdə həbs olundular. Əziyyət verilərək və əsir olaraq onları Mosula gətirdilər. Dayı Ağa Məhəmməd Rza qoca bir kişi idi, qəlbi nurlu, ürəyi ruhlu, dünyəvi şeylərdən arınmışdı. İraqda o, son dərəcə zəngin idi, rahatlıq və ləzzətlərdən həzz alırdı, lakin indi Hadbada, Mosulda əsas məhbus idi, şiddətli ehtiyac içində əziyyət çəkirdi. O, bərk ehtiyac içində idi, lakin ləyaqətini saxlamışdı, səbrli, qane və şükürlü idi. Bir kənara çəkilərək ölənə qədər gecə və gündüz Allahı vəsf edirdi. O, öz ürəyini ürəyinin Sevgilisinə verdi, bu fani dünyanın qandallarından sıyrılıb çıxdı və əbədi Mələkuta yüksəldi. Allah ona əfv qərq etsin və Onun şəfqət və razılıq bağına daxil etsin, sonsuzluğa qədər onu Behiştdə saxlasın.


Məhəmməd Sadiq isə, o da, Mosulda Allahın yolunda məşəqqətlərə məruz qaldı. O da sakit bur ruh idi, Mövlasından razı idi və özü də Ona məmnunluq gətirirdi. Sonda o da Cəlal Sultanının çağrışına cavab verdi: “Ləbbeyk. Ya Rəbb!” və bu ayələrin yerinə yetməsinə səbəb oldu: “ Ey xatircəm olan kəs! Sən Ondan razı olaraq, O da səndən, Rəbbinə dön. Mənim bəndələrimin sırlarına daxil ol; Mənim Cənnətimə varid ol ”.


Məhəmməd Əli isə, əsirlikdən azad olan kimi, Mosuldan Müqəddəs Torpağa, tükənməz fəzl sarayının həndəvərinə tələsdi. O, hələ də burada yaşayır. Məşəqqət çəkməsinə baxmayaraq, onun ürəyi əmin-amandır. Haqqında yuxarıda danışılan qardaşı İbrahim də Mosuldan Əkkaya gəldi, lakin yaxın bir bölgəyə yerləşdi. O, səbrlə, təmkinlə, razılıqla, lakin çətinlik içində, o, gecə və gündüz Həzrət Bəhaullahın süuduna ağlayaraq ticarətlə məşğul oldu. Müti, peşiman, üzü Allahın sirli aləmlərinə doğru o, həyatını əritdi. Nəhayət, illərin yükü altında, çətinliklə hərəkət edər bir halda, o, Hayfaya gəldi, səyahətçilərin müsafirxanasının bir küncündə yaşamaq üçün bir yer tapdı, Allahı çağıraraq, Ona yalvararaq və təriflər söyləyərək vaxtını keçirdi. Yavaş-yavaş, yaşın əritdiyi cismi tükənməyə başladı və nəhayət o, cismani libasını çıxardı və libassız ruhu ilə Mərhəmət Sahibinin aləminə uçub getdi. O, bu qaranlıq həyatdan parlaq fəzaya köçdü və nur dənizində qərq oldu. Allah onun məzarını yayılmış şüalarla işıqlandırsın, ruhuna İlahi şəfqət yelpiyi ilə yatırsın. Allahın rəhməti və razılığı onun üzərinə olsun.


Ağa Həbibullah da İraqda həbs edilmiş və Mosula sürgün olunmuşdu. Orada o uzun müddət yaşadı, məşəqqətlərə məruz qaldı, lakin razılıq içində qaldı, gecə və gündüz imanı artdı. Mosulda aclıq başlayanda, həyat mühacirlər üçün həmişəkindən daha da çətin oldu, lakin Allahın zikri ilə onların ürəkləri aram idi, ruhları isə Səmadan qida alırdı . Beləliklə, onlar bütün bunlara heyrətamiz bir səbrlə dözdülər, insanlar isə aralarında olan bu xaricilərə təəccüblənirdilər ki, onlar başqaları kimi nə təşvişdədirlər, nə də qorxurlar, gecə və gündüz şükr edirlər. “Onlar Allaha necə də heyrətli bir şəkildə təvəkkül edirlər!” insanlar deyirdilər.


Həbibin çox böyük səbri, nəşəli bir ürəyi vardı. O, özünü sürgünə alışdımış, həsrətli bir məhəbbət halında yaşayırdı. Bağdaddan ayrıldıqdan sonra, Mosul məhbusları daim Həzrət Bəhaullahı xatırlayırdılar; O, isə onlara sonsuz lütflərini ifadə etdi. Bir neçə ildən sonra. Həbib Allahın hər şeyi aran rəhmətinə tələsdi və səmavi Ağacın budağı üzərində yuva və pənah tapdı. Orada, bütün ləzzətlərin Behiştində, ecazkar nəğmələrilə o kərəmli Mövlasına təriflər oxudu.

 

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6
Anchor 7

​​

Ağa Məhəmməd İbrahim

MƏNSUR−QALİB−LƏQƏBİ daşıyan Məhəmməd İbrahim misgər idi. Bu Allah adamı, mühacir və köçərilər arasında daha biri−əslən Kaşandan idi. Gəncliyinin çiçəkləyən çağında, o, yenicə doğmuş İşığı tanıdı və “kafur çeşməsi”ndən doldurulmuş şərabla dolu müqəddəs qədəhdən doyunca içmişdi. O, xoş xasiyyətli, çox həvəsli və həyat eşqi ilə dolu bir insan idi, Ürəyində iman işığı yanan kimi, o, Kaşanı tərk etdi, Bağdada getdi və Həzrət Bəhaullahın hüzuruna müşərrəf oldu.

Ağa Məhəmmədin gözəl şairlik təbi vardı, o, sapa düzülmüş mirvarilər kimi şeirlər yazardı. Zavrada, yəni Bağdadda, Darüssəlamda, o, yadla da, dostla da xoş münasibətdə idi, hər zaman hamıya mehribanlıq göstərməyə çalışardı. O, qardaşlarını da İrandan Bağdada gətirdi, sənət və əl işləri dükanı açdı. Özünü başqalarının rifahına həsr etdi. O da həbs olundu və Bağdaddan Mosula göndərildi, sonra oradan Hayfaya getdi, orada gecə-gündüz müti və təvazökar halda, fikrini Allahda cəmləşdirərək dua və münacatlar oxudu.

O, uzun bir müddət Hayfada qaldı, orada inananlara müvəffəqiyyətlə xidmət etdi, çox itaətkarcasına və təvazökarcasına zairlərin ehtiyaclarına xidmət etdi. O, o şəhərdə evləndi, beş uşaq atası oldu. Hər gün onun üçün yeni bir həyat və yeni bir sevinc idi, nə qazanırdısa, yadlara və dostlara xərcləyirdi. Şəhidlərin Sultanının öldürülməsindən sonra əzab meydanında düşmüş o inananın xatirəsinə bir qəsidə yazdı və onu Həzrət Bəhaullahın hüzurunda oxudu; misralar son dərəcə təsirli idi, elə təsirli idi ki, hamı göz yaşı axıtdı və hönkürüb nalə etdi.

Ağa Məhəmməd ömrünü uca məqsədlə, daxili halətinə görə həmişə sabit, eşq və həvəslə yaşamaqda davam etdi. Sonra o, ölümə xoş gəldin dedi, qəfil açılmış qızılgül kimi gülərək: “Mən burdayam” dedi. Beləcə o, Hayfanı tərk etdi və onu o biri dünyaya dəyişdi. Bu dar dünyadan Məhbubuna doğru tələsdi, bu torpaq təpəsindən uçub gözəl və parlaq bir diyarda çadırını qurdu. Ona xeyir-dualar oslun, gözəl məkanı olsun. Allah onu mərhəmət qılafına bürüsün; əfv çadırları altında rahatlıq tapsın və Behişt bağlarına gətirilsin.

Zeynül-Abidin Yəzdi

MÜQƏDDƏS TORPAĞA GEDƏRKƏN mühacirlərdən yolda vəfat edən Zeynül-Abidin Yəzdi idi. Mənşəddə olarkən, bu sədaqətli insan Allahın çağrışını eşidəndə, dinclik həyatı bitdi. Müqəddəs bir ehtiras onu çulğaladı, qəlbi təzələndi. Onun ürəyinin şamından hidayət işığı alışdı; Allaha məhəbbət onun daxili ölkəsində bir çevriliş alışdırdı. Sevgilinin gözəlliyinə məhəbbətə tutuşaraq onun üçün əziz olan evini tərk etdi və Məqsudun Ölkəsinə yola düşdü.

İki oğlu ilə birlikdə səfərdə ikən, onu qarşıda gözləyən görüşə ümiddən şadlanaraq o, hər təpə başında, hər bir düzəngahda, hər bir kənddə və obada dayandı, dostlara mehman oldu. Lakin onun qarşısında duran o uzaq yol bəlalar dənizinə döndü, onun ruhu can atsa da, bədəni zəiflədi. Sonda o, xəstələndi və köməksiz bir hala düşdü; həm də bütün bunlar evdən uzaqda oldu.

Xəstə-xəstə, o, səfərdən imtina etmədi, qətiyyətdən düşmədi; onda heyrətamiz bir iradə gücü vardı, irəli getməkdə qətiyyətli idi; lakin xəstəlik hər gün daha da pisləşdi, nəhayət, o, Allahın rəhmətinə uçub getdi və arzusuna yetmədən canını təslim etdi.

Hərçənd zahiri gözlə o, heç vaxt görüş qədəhini içmədi, heç vaxt Həzrət Bəhaullahın camalını görmədi, lakin o, ruhani ünsiyyətin ruhunun özünə yetişdi; o, Hüzura yetişənlərdən biri sayıldı və ona da Hüzura yetişənlərin mükafatı təyin olundu. O, pak və ləkəsiz bir ruh, vəfalı, sadiq və dürüst idi. O, heç vaxt möminlikdən başqa bir nəfəs çəkməmişdi, yeganə arzusu Mövlasına sitayiş idi. O, eşq yolunda getdi; hamı onu möhkəm sədaqəti və pak niyətliliyi ilə tanıyırdı. Allah onun üçün vüsal qədəhini gözəl diyarda doldursun və onu əbədi Mələkuta daxil etsin, o əsrarəngiz Aləmin nurlarına baxmaqla onun gözlərinə təsəlli versin.

Hacı Molla MehdiYəzdi

ÖZ VƏTƏNİNİ TƏRK edənlərdən biri də Molla Mehdi Yəzdi idi. Baxmayaraq ki, bütün zahiri əlamətlərə görə bu gözəl insan savadlı zümrədən deyildi, lakin islam hədislərində o, usta və şifahi ötürülmüş kəlamların bəlağətli təfsirçisi idi. Öz ibadətində mətanətini saxlayaraq, müqəddəs ayinlərə riayət etməsi, gecələr zikri və duaları ilə tanınmaqla, onun ürəyi nurlanmışdı, onun könlü və qəlbi ruhani idi. O, vaxtının çoxunu zikrdə keçirər, namaz qılar, səhvlərini etiraf edər və Rəbbə yalvarardı. O, sirlərə nüfuz edən şəxslərdən biri idi, möminlərin dost-sirdaşı idi. Əmrin bir mübəlliği kimi heç vaxt söz axtarmaz, təbliğ etdikcə, bütün məhdudiyyətləri unudaraq hədis və kəlamları bir-birinin ardınca yağdırardı.

Onun haqqında xəbər şəhərdə yayılanda, hər yerdə şahzadəsindən tutmuş yoxsuluna qədər hamı onu bu yeni adda günahlandırırdı, o, azad bir şəkildə öz mənsubiyyətini bəyan edir və buna görə də camaat qarşısında rüsvay edilirdi. Sonra Yəzdin iblis üləmaları ayağa qalxdılar və onun ölümünə fitva verdilər. Müctəhid Molla Bağır Ərdəkan o, qara düşüncəli üləmaların fitvasını təsdiq etməkdən imtina etdiyi üçün, Molla Mehdi həyatda qaldı, lakin doğma evini tərk etməyə məcbur oldu. Biri gələcəkdə böyük şəhid olacaq iki oğlu–cənab Vərqə və cənab Hüseynlə o, Məhbubunun ölkəsinə yola düşdü. O, yol üstündə hər bir şəhərdə və kənddə aydın dəlil və sübutlar gətirərək, hədislərin təfsirindən və aşkar əlamətlərdən iqtibaslar edərək Əmri təbliğ etdi. O, bir an belə dayanmadı; o, hər yerdə Allaha məhəbbətin ətrini səpdi, müqəddəsliyin rayihələrini yaydı. Dostları isə ruhlandırdı. Onları da öz növbəsində başqalarını təbliğ etməyə və bilikdə üstün olmağa sövq etdi.

O, ürəyi Allahın gözəlliyinə bağlanmış uca mərtəbəli bir ruh idi. Yaradılandan və bu dünyaya gələndən bəri o vahid bir məqsədlə bütün səylərini o biri dünya üçün doğulacağı günə nemət və mərhəmət əldə etməyə həsr etdi. Onun ürəyi nurlanmış, könlü ruhani, qəlbi ilhamlı, təyinatı isə Cənnət idi. O, yolda həbs edilmişdi; çölləri keçdikcə, dağlara qalxıb düşdükcə əzab-əziyyətlər çəkdi, saysız-hesabsız məşəqqətlər gördü. Amma onun alnından iman işığı saçılırdı, sinəsində həsrət atəşi yanırdı, beləcə nəşə ilə, sevinclə o, sərhədləri aşdı və nəhayət Beyruta gəldi. O, şəhərdə xəstə, aramsız, səbrini itirmiş bir halda bir neçə gün qaldı. Onun istəyi böyüdü, elə nigarançılığa düşdü ki, zəif və xəstə halında daha gözləməyə taqəti qalmadı.

O, payi-piyada Həzrət Bəhaullahın evinə tərəf yol aldı. Onun səfər üçün yaxşı ayaqqabısı olmadığı üçün ayaqları əzildi və göyərdi, parçalandı; xəstəliyi pisləşdi; çətinliklə yeriyirdi, amma davam edirdi; bir təhər o, Məzrə kəndinə çatdı və Malikanəyə yaxın bir yerdə vəfat etdi. Artıq hicrana dözə bilməyəndə onun ürəyi Məhbubu tapdı. Qoy aşiqlər onun hekayəsindən ibrət alsınlar; qoy bilsinlər ki, o, Aləmin İşığının həsrətində həyatını necə xəraca qoydu. Allah əbədi bağlarda ona aşıb-daşan qədəhlərdən içirsin. Ali Mələkutda Allah onun üzünə işıq şüaları salsın. Rəbbin bəhası onun üzərinə olsun. Onun müqəddəs məzarı Əkkanın yaxınlığında Məzrədədir.

Həzrət Kəlim (Mirzə Musa)

CƏNAB MİRZƏ MUSA Həzrət Bəhaullahın doğma qardaşı idi və erkən uşaqlığından İsmi-Əzəmin pənahında böyümüşdü. O, Allah məhəbbətini anasının südü ilə içmişdi; hələ südəmər körpə ikən, o, Camal`i-Mübarəkə qeyri-adi bağlılıq göstərirdi. O, daim ilahi fəzl, lütf və inayət hədəfi idi. Onların möhtərəm ataları vəfat edəndən sonra, Mirzə Musa Həzrət Bəhaullahın qayğı pənahında kamala çatdı. Gəncin xidmətkarlığı və sədaqəti günbəgün böyüdü. O, hər şeydə hökmlərə uyğun yaşayırdı, bu dünya haqqında bütün fikirlərdən ayrılmışdı.

 

Parlaq bir çıraq kimi, evdə o, parlayırdı. O, nə rütbə, nə də vəzifə istəyirdi, heç bir dünyəvi məqsədi yoxdu. Onun tək bir uca arzsu Həzrət Bəhaullaha xidmət etmək idi və buna görə Qardaşının hüzurundan heç vaxt ayrılmadı. Başqaları hansı işgəncələrə məruz qalsalar da, onun sədaqəti qalanların qəddarlığını tarazlaşdırıdı, çünki o pak və əsl məhəbbət şərabından içmişdi.

Sonra Şirazdan qalxan səs eşidildi və Həzrət Bəhaullahın tək bir sözündən onun ürəyi nurla doldu və iman gülşəninin üzərindən əsən tək bir yeldən o ətri duydu. O, dərhal dostlara xidmət etməyə başladı. O, mənə qeyri-adi dərəcədə bağlanmışdı, daim mənim rifahımdan (sağlığımdan) narahat idi. Tehranda o, gecə-gündüz Əmri təbliğ etməklə məşğul olurdu, tədricən hamı tərəfindən tanınmağa başladı; adəti üzrə o, vaxtını mübarək şəxslərin yanında keçirirdi.

Sonra Həzrət Bəhaullah Tehrandan İraqa getdi və bu zaman Onun yaında iki qardaşı−Ağayi Kəlim və Mirzə Məhəmməd qulu vardı. Onlar üzlərini İrandan və İranlılardan döndərdilər, gözlərini rahatlıq və dincliyə qapadılar; Məhbubun yolunda qismətlərinə çıxan hər bir fəlakəti bütün qəlbləri ilə çəkmək seçimini etdilər.

Beləliklə onlar İraqa gəldilər. Həzrət Bəhaullahın göz önündə olmadığı zaman, yəni Kürdüstana getdiyi zaman, Ağay`i-Kəlim uçurumun qırağında yaşayırdı; onun həyatı daim təhlükədə idi, keçən hər gün əvvəlkindən daha pis olurdu; amma o, yenə də bunların hamısına dözdü, qorxmaq nə olduğunu bilmədi. Nəhayət, Camal`i-Mübarək Kürdüstandan qayıdanda, Ağay`i-Kəlim Müqəddəs Astanada öz yerini tutdu, əlindən gələn hər cür xidməti göstərdi. Buna görə o, hər tərəfdə tanındı. Həzrət Bəhaullah İstanbuldan Ədirnəyə gedən zaman Ağay`i-Kəlim Onunla idi və yolda da Ona xidmət etməkdə davam edirdi, necə ki, İstanbuldan Ədirnəyə aparan yolçuluqda da eyni işi görmüşdü.

Məhz bu son şəhərə səfər zamanı o, Mirzə Yəhyadan asilik iyini duydu. O gecə-gündüz çalışdı ki, o özünü düzəltsin, lakin bunların heç bir faydası olmadı. Əksinə, bu çox mat qalmalı bir iş idi ki, öldürücü bir zəhər kimi, Seyid Məhəmmədin şirnikləndirici və şeytani öyrətmələri Mirzə Yəhyaya təsir etdi və beləcə, Ağay`i-Kəlim axırda ümidini itirdi. Hətta onda da, o, cəhd etməkdən dayanmadı və düşündü ki, bəlkə, necəsə həyəcanını sakitləşdirə və Mirzə Yəhyanı uçurumdan qurtara bilər. Onun ürəyi ümidsizlikdən üzülür və kədələnirdi. O, bildiyi hər şeyi sınaqdan keçirdi. Nəhayət o, Sənayinin bu sözlərinin doğruluğunu qəbul etməli oldu:

Əgər mənim biliyimi nadana demək istəsən

Ya hikməti olmayan bir kəsə

Sirlərimi açmaq istəsən-

Onda get kara de və qulağına oxu

Ya da korun qarışısında durub

Gözlərinə ayna tut.

Bütün ümidlər puça çıxanda, o, onunla münasibətləri kəsdi və dedi: “Ey qardaşım, əgər bu iş barədə başqaları şəkk-şübhədədirlərsə, axı bizim ikimiz də həqiqəti bilirik. Sən Həzrət Bəhaullahın inayətini unutmusanmı, O, bizə necə təlim-tərbiyə verib? Sənin dərslərinin və sənin hüsn-xəttinin necə qayğısına qalırdı? O, sənin düzgün yazmağına, inşa yazmağına necə fikir verirdi, səni necə təşviq edirdi ki, müxtəlif xəttatlıq tərzlətini məşq edəsən? O, hətta sənin nüsxəni öz mübarək barmaqları ilə istiqamətləndirirdi; Onun sənin üzərinə necə lütflər yağdırdığını, səni Öz qucağında necə böyütdüyünü kim bilmir. Onun bütün bu nəvazişləri müqabilində bu sənin Ona təşəkküründürmü ki, sən Seyid Məhəmmədlə plan qurusan və Həzrət Bəhaullahın pənahından qaçırsan? Sənin sədaqətin budurmu? Onun bütün o məhəbbəti müqabilində sənin qaytaracağın doğru şey budurmu?” Bu sözlərin heç bir təsiri olmadı; əksinə, hər keçən günlə Mirzə Yəhya gizli niyyətini daha çox açdı. Və nəhayət, son üzülüşmə baş verdi.

Ağay`i-Kəlim Ədirnədən Həzrət Bəhaullahın məiyyəti ilə birlikdə Əkka qalasına getdi. Onun adı Sultanın fərmanında xüsusilə qeyd olunmuşdu və o, ömürlük sürgünə məhkum olunmuşdu. Ən Böyük zindanda o, bütün vaxtını Həzrət Bəhaullahın qulluğunda keçirdi və davamlı olaraq Qardaşının hüzurunda olmaq, həmçinin, inananlara ülfətdə olmaq şərəfinə malik idi; nəhayət o, bu torpaq dünyasını tərk etdi və göydəki müqəddəs aləmə tələsdi, müti və tövbə halında, Rəbbinə yavararaq vəfat etdi.

İş belə gətirmişdi ki, Bağdadda olan dövrdə, Musa Xan Qəzvinin oğlu məşhur Elxani Seyid Cavad Tabatabainin vasitəsilə Həzrət Bəhaulahın hüzurunda qəbul olunmuşdu. O zaman Seyid Cavad Elxaninin əvəzindən rica edib demişdi: “Hərçənd bu Elxani, Əliqulu xan, günahkardır və bütün həyatı boyu ehtiraslarının əsiri olmuş bir məxluqdur, o, indi tövbə edib. O, indi Sizin qarşınızda durub və keçmiş əməllərinə görə peşmandır, bu gündən Sizin razılğınızın əksinə bir nəfəs belə çəkməyəcək. Yalvarıram Sizə, onun tövbəsini qəbul edin; Öz fəzl və lütfünüzü əsirgəməyin”. Həzrət Bəhaullah cavab verdi: O, səni şəfaət vasitəsi seçdiyi üçün Mən onun günahlarını örtəcəyəm və onun qəlbinə rahatlıq və sakitlik vermək üçün hərəkət edcəyəm”.

Elxani hədsiz varlı bir adam idi, lakin o, bütün sərvətini cismani istəklər üçün bədxərclik edib bitirmişdi. O, indi ehtiyac içində idi, o dərəcədə ki, hətta evindən belə bir addım kənara çıxmağa qorxurdu, çünki borclu olduğu adamlar dərhal onun üstünə düşmək üçün gözləyirdilər. Həzrət Bəhaullah onu istiqamətləndirdi ki, Şamın hakimi Umar (Ömər) Paşanın yanına getsin və İstanbulda təqdim etmək üçün ondan tövsiyyə məktubu alsın. Elxani itaət edərək belə də etdi və Bağdad hakimindən hər cür dəstək aldı. Tam məyusluq və ümidsizlikdən sonra, onun ümidləri yenidən dirçəldi və İstanbula getdi. Diyarbəkirə çatanda, o, iki erməni tacirin adından məktub yazdı. “Bu iki nəfər Bağdadı tərk etmək ərəfəsindədirlər”, məktubda deyilirdi. “Onlar mənə hər cür iltifat göstərdilər, həmçinin məndən təqdimat istədilər. Mənim Sənin kərəmindən başqa nə pənahım, nə də sığınacağım vardı; Beləliklə, mən Səndən mənə lütf buyurmağını rica etmişəm”. Məktubun üzərindəki ünvan yerində yazılmışdı: “Həzrət Bəhaullah, Babilərin Rəhbəri”. Tacirlər bu məktubu körpünün başında Həzrət Bəhaullaha təqdim etdilər, O, bu barədə soruşanda belə cavab verdilər: “Diyarbəkrdə İdelxani bu Əmr barədə təfsilatlar verdi”. Sonra onlar Onu evinə müşayiət etdilər.

Camal`i-Mübarək ailə evilərinə daxil olanda, Ağayi Kəlim Onu qarşılamaq üçün orada idi. Həzrət Bəhaullah, “Kəlim, Kəlim” deyə çağırdı. “Allahın Əmrinin şanı Diyarbəkirə qədər çatıb!” O gülürdü, sevinirdi.

Mirza Musa, doğrudan da, Camal`i-Mübarəkin doğma qardaşı idi; məhz buna görə o, bütün şərtlər altında sona qədər möhkəm qaldı. Ona salam və mədh, həyat ruhu və bəha olsun. Onun üzərinə rəhmət və fəzl olsun.

Hacı Məhəmməd Xan

ÖZ EVİNİ TƏRK edib Həzrət Bəhaullahın yaxınlığında yerləşən şəxslərdən biri də Hacı Məhəmməd xan idi. Əslən Sistandan olan bu görkəmli şəxs Baluç idi. Hələ gənc ikən o, od tutdu və mistik oldu, arif oldu. Gəzərgi dərviş kimi, özünü tamamilə unutmuş halda, evini tərk etdi və dərvişlərin qaydasına riayət edərək kamil mürşidini axtamağa getdi. Çünki o, Qələndər dərvişlərin dediyi kimi, öz Pirini, ruhani müdrik rəhbərini tapmağa can atırdı.

O, hər yanda axtardı. Rastlaşdığı hər kəslə danışdı. Lakin onun axtardığı şey Allaha məhəbbətin şirin rayihələri idi, lakin o, bunu heç kəsdə, nə qnostik mistiklərdə, nə filisoflarda, nə də Şeyxi təriqətinin üzvlərində duya bildi. Onun dərvişlərdə gördüyü ancaq onların topa saqqalları, əl açan dilənçilik dinləri idi. Onlar ancaq sözdə dərviş–Allahdan başqa hər şeydə yoxsul–idilər; onları maraqlandıran ancaq, ona belə gəlirdi, qarşılarına nə çıxırdısa, o idi. O, nə də işraqilər arasında bir işıq tapdı; onlardan boş dəlillərdən başqa heç nə eşitmədi. O, gördü ki, onların təmtəraqlı bəlağəti bəlağət deyil, onların incə və dərin kimi görünən danışıqları əslində söz oyunundan başqa bir şey deyil. Həqiqət orada deyildi; batini məna yox idi. Süni həqiqi hikmət (fəlsəfə) odur ki, fəzilət yetişdirsin, bu alim insanların isə arasında belə bir bəhrə tapmaq mümkün deyildi; bilik və kamalın zirvəsində onlar rəzalətin əsiri olmuş, qayğısız həyat sürür, töhmətəlayiq xasiyyətlərə təslim olmuşdular. Onun gözündə, insanlığın yüksək, ali keyfiyyətini təşkil edən şeylərdən onlar məhrum idilər. Şeyxilərdə isə onların əsl mahiyyəti getmişdi, ancaq çöküntüsü qalmışdı; onların cövhəri yox olmuşdu, ancaq bir boşluq qalmışdı; danışıqları ancaq yük gətirirdi, indi artıq izafi sözdən başqa bir şey deyildi.

Beləliklə, Allahın Mələkutundan ucalan çağırışı eşidən kimi o, nida etdi: “Bəli!” (Ləbbeyk). Və səhra küləyi kimi səfərə çıxdı. O, uzaq məsafələr qət etdi, Ən Böyük Zindana gəldi və Həzrət Bəhaullahın hüzuruna yetişdi. Onun nəzəri o parlaq Camala düşəndə o andaca əsir oldu. O, İrana qayıtdı ki, Təriqət əhli ilə, o zamanlar Həqiqəti axtaran dostlarla görüşsün və sədaqət və borcunun tələb etdiyi kimi, onlarla davransın.

Həm gedəndə, həm də qayıdanda, Hacı dostlarının hər birinə baş çəkdi, onlarla görüşdü, hər kəsə Səmadan gələn nəğməni eşitdirdi. O, öz vətəninə gəldi, ailəsinin işlərini qaydasına qoydu, hər şeylə təmin etdi, hər kəsin əmin-amanlığı, şadlığı və rahatlığı qayğısına qaldı. Bundan sonra o, onlarla vidalaşdı. Qohumlarına, həyat yoldaşına, uşaqlarına və yaxınlarına dedi: “Daha məni axtarmayın; qayıtmağımı gözləməyin”.

O, çəliyini götürdü və çıxıb getdi; o, dağları aşdı, düzləri keçdi, mistikləri, öz dostlarını axtardı. Birinci səfərində o, Tehranda mərhum Mirzə Yusif Xanın (Mustavfiyu`l-Mamalik) yanına getdi. O, istədiyini deyəndə, Yusif xan bir arzusunu ifadə etdi və dedi ki, əgər bu arzu həyata keçsə, onda iman gətirər; arzusu ona bir oğlan əta edilməsi idi. Belə bir nemət ona qismət olarsa, Yusif Xan iman gətirəcəkdi. Hacı bunu Həzrət Bəhaullaha bildirdi, və cavabında möhkəm bir vəd aldı. İkinci səfərində Hacı Yusif xanla görüşəndə, uşağı onun qolları arasında gördü. “Mirzə”, Hacı qışqırdı, “Allah şükür! Sənin sınağın Həqiqəti üzə çıxardı. Sən öz sevinc quşunu tutdun”. “Bəli” Yusif xan dedi, dəlil aydındır.Mən inandım. Bu il sən Həzrət Bəhaullahın hüzuruna gedəndə, söylə ki, Mən bu uşaq üçün Onun fəzlini və lütfünü diləyirəm ki, o, Allahın hifz pənahında qalsın”.

Hacı Məhəmməd gələcək şəhid, mübarək Sultanüş-Şühədanın yanına getdi xahiş etsin (şəfaət) ki, ona, yəni Hacıya izn verilsin ki, Həzrət Bəhaullahın qapısında gözətçi dursun. Şəhidlərin Sultanı bu xahişi məktubla göndərdi, bundan sonra Hacı Xan lazımi vaxtda Ən Böyük Zindana gəldi və sevgili Dostun yaxınlığında yerləşdi. Bu şərəfdən o, uzun bir müddət həzz aldı və sonra, həmçinin Məzrəi bağında da o, tez-tez Həzrət Bəhaullahın hüzurunda olardı. Məhbunun süudundan sonra Hacı xan Əhd və Vəsiyyətə sadiq qaldı və riyalarlardan uzaq durdu. Nəhayət, bu bəndə Avropa və Amerikada səfərdə olanda, müsafirlərin Həzrətül-Qüdsündə sakin oldu; Həzrət Babın Məqamının yanında o, uca aləmə uçub getdi. Allah onun Əbha Cənnətindən əsən yellərlə və ən Uca Səmadan müqəddəslik rayihələrlə onun ruhunu təravətləndirsin. Ona salam və mədh olsun. Onun nurlu məzarı Hayfadadır.

Ağa Məhəmməd İbrahim Əmir

MƏHƏMMƏD İBRAHİM ƏMİR Neyrizdən idi. O, mübarək bir şəxs idi. O, imanın qırmızı şərabı ilə dolu bir piyalə kimi idi; o, birinci dəfə Sevgili Yarın əsiri olanda, gəncliyinin çiçəkləyən vaxtında idi. Sonra o, zalımların qurbanı oldu və Neyrizdəki fəlakətdən və əzab-əziyyətlərdən sonra zalımlar ona da əl qoydular. Üç fərraş onun qollarını burdu və əllərini arxada bağladı; lakin Əmir ancaq var gücü ilə ipləri qırdı, fərraşın belindən xəncəri çıxardı, özünü qurtardı və İraqa qaçdı. Orada o, müqədəs ayələri yazmaqla məşğul oldu və Müqəddəs Astanada xidmət etmək şərəfinə nail oldu. Sabit və möhkəm halda gecə və gündüz o, vəzifə başında qaldı. Bağdaddan İstanbula, oradan Ədirnəyə və sonra Ən Böyük Zindana səfər zamanı o, xidmət üçün daim əl altında hazır idi. O, Allahın kənizi, özü də Müqədəs Astanada xidmət edən Həbibə ilə evləndi, qızı Bədiyə mərhum Hüseyn Ağa Qəhvəçinin həyat yoldaşı oldu.

Beləcə, Əmir bütün həyatı boyu xidmətdə möhkəm durdu; lakin Həzrət Bəhaullahın süudundan sonra onun səhhəti getdikcə pisləşdi, nəhayət bu torpaq dünyasını arxada buraxıb ucadakı pak aləmə tələsdi. Allah onun rahatlıq tapdığı yeri ən uca Aləmin şüaları ilə nurlandırsın. Ona salam və mədh olsun Onun nurlu məzarı Əkkadadır.

Mirzə Mehdi Kaşani

BU ŞƏRƏFLİ ŞƏXS Mirzə Mehdi Kaşandan idi. Erkən gəncliyində, atasının himayəsi altında, o, elm və sənətləri öyrənmiş, həm nəzm, həm də nəsrdə, həmçinin şikəstə kimi tanınan xəttalıq tərzində xəttalıq nümunələri yaratmaqda məharət qazanmışdı. O, yoldaşları arasında seçilmiş idi. Açıqca onlardan üstün idi. Hələ uşaq ikən, o, Rəbbinin gəlişi haqqında öyrəndi, eşq atəşinə tutldu və “Yusifi almaq üçün malik olduğu hər şeyi verənlərdən” biri oldu. O, canfəşanlıqla axtaranların başçısı, aşiqlərin ağası idi; o, əmri bəlağətlə təbliğ etməyə və Məzhərin gerçəkliyini sübut etməyə başladı.

O, yeni inananlar gətirdi; Allahı axtardığı üçün, Kaşanda gülüş hədəfi oldu, dost və yadlar tərəfindən alçaldıldı, imansız yoldaşlarınını acı tənələrinə məruz qaldı. Onlardan biri dedi: “o, ağlını itirib”. Bir başqası isə dedi: “O, camaat arasında rüsvayi-cahan oldu. Tale onda üz döndərib. Onun işi bitib”. Xuliqanlar onu ələ salırdılar, onu pisləməkdə heç nədən çəkinmirdilər. Həyat onun üçün yaşanmaz olanda və açıq toqquşma başlayanda o, vətənini tərk etdi və İraqa, yeni Nurun mərkəzinə getdi və orada bəşərin Məhbubunun hüzuruna nail oldu.

O, bir müddət orada, dostların yanında qaldı, Həzrət Bəhaullahı vəsf edən şeirlər yazdı. Sonra evə qayıtmaq izni verildi və o, geri qayıtdı, bir müddət Kaşanda yaşadı. Lakin həsrətli bir məhəbbət onu yenə üzməyə başladı və hicrana dözə bilmədi. Ona görə də Bağdada qayıtdı və özü ilə möhtərəm bacısını, üçüncü əyalı gətirdi.

Burada o, Həzrət Bəhaullahın kərəmli hifzi qaltında qaldı, ta o vaxtadək ki, Məiyyət İraqdan İstanbula yola düşdü və bu zaman Mirzə Mehdiyə tapşırıldı ki, geridə qalsın və Müqəddəs Evi qorusun. Aramsız bir halda o, həsrətdən üzülərək qalmaqda davam etdi. Dostlar Bağdaddan Mosula sürgün ediləndə, o, da məhbusların arasında başqaları ilə birlikdə, qurbanlardan biri idi. Ağır məşəqqətlərlə, o, Mosula gəldi, amma burada onu yeni fəlakətlər gözləyirdi; demək olar ki, o, hər vaxt xəstə idi, o, səfil bir vəziyyətə düşmüş, ehtiyac içində idi. Amma bu vəziyyətə o, kifayət qədər bir müddətdə dözdü, səbrli qaldı, ləyaqətini saxladı, davamlı olaraq şükr etdi. Nəhayət o, Həzrət Bəhaullahdan ayrılığa daha dözə bilmədi. İzn istədi və onun oradan çıxıb gəlməsinə və Ən Böyük zindanda yerləşməsinə icazə verildi.

Yol uzun və çətin oduğu üçün, səfər zamanı o, çox əzab-əziyyət çəkdi, nəhayət, Əkka zindanına çatanda o, demək olar, köməksiz idi, sümüyünə qədər ərimişdi. Bu o vaxt idi ki, Camal`i-Mübarək qalada, kazarmaların ortasında məhbus edilmişdi. Dəhşətli məşəqqətlərə baxmayaraq, Mirzə Mehdi bir neçə gün böyük nəşə ilə orada qaldı. Onun üçün bəlalar lütf, narahatlıqlar Təqdiri-İlahi, cəza bol fəzl idi; çünki bütün bunları o, Allahın yolunda çəkirdi və Onun razılığını axtarırdı. Onun xəstəliyi pisləşdi; günbəgün o, zəiflədi; sonda o, fəzl kölgəsində, Rəbbin tükənməz rəhmətinə tərəf yol alıb uçdu.

Bu alicənab şəxsə insanlar ehtiram göstərirdilər, çünki o, Allahın məhəbbəti xatirinə adından və sanından keçdi. O, çoxsaylı fəlakətlər yaşadı, amma heç vaxt şikayət etmədi. O, Allahın hökmlərinə boyun əyirdi və təmənnasızlıq yolu ilə gedirdi. Həzrət Bəhaullahın lütf nəzəri onun üzərində idi; o, İlahi Astanaya yaxın idi. Beləliklə, ömrünün əvvəlindən sonuna qədər o eyni bir daxili halətdə qaldı: təslimiyyət və razılıq dənizində qərq oldu. “Ya Rəbb, məni götür. Məni götür!” deyə o, nalə edərdi və nəhayət, o, heç kəsin görmədiyi bir aləmə uçub getdi.

Allah onun ən uca Behiştdə müqəddəslik rayihələrini duymağa qabil etsin və kafur çeşməsində doldurulmuş qədəhdən ona şəfa şərabı içirsin. Ona salam və məhd olsun. Onun xoş rayihəli məzarı Əkkadadır.

Mişkin Qələm

SÜRGÜN OLUNMUŞLAR, QONŞULAR və məhbular arasında ikinci bir Mir İmad da, xəttat Mişkin Qələm də vardı. O, qapqara bir qələmlə işləyirdi və alnı imanla parlayırdı. Mistiklərin arasında ən məşhuru idi, iti və nüfuzedici zəkası vardı. Bu ruhani səyyarın şöhrəti hər yerə yayılmışdı. O, İranın ən başda gələn xəttatı idi və bütün yüksək mənsəb sahibləri arasında tanınırdı; O, Tehranın saray vəzirləri arasında xüsusi məqamından həzz alırdı və onlarla çox möhkəm münasibətləri vardı. Bütün Kiçik Asiyada o, tanınmışdı; onun qələmi bütün xəttatlar üçün möcüzə idi, çünki o, hər cür xəttatlıq məktəbindən hali idi; bunların yanında, o, həm də insani məziyyətlərinə görə parlaq bir ulduz idi.

 

Bu yüksək bilgili insan ilk dəfə Allahın Əmri barədə İsfahanda eşitdi, nəticədə o, Həzrət Bəhaullahı axtarmaq üçün yola düşdü. O, uzun yollar getdi, uzun-uzun məsafələr ölçdü, dağlara dırmaşdı, səhraları və dənizi keçdi, nəhayət, gəlib Ədirnəyə çıxdı. Burada o, iman və minliyin yüksək zirvələrinə çıxdı; burada yəqinlik şərabını içdi. O, Allahın çağırışlarına cavab verdi, Həzrət Bəhaullahın hüzuruna nail oldu, dəvət və qəbulun ən yüksək nöqtəsinə yetişdi. İndi o, Allaha məhəbbətdən məst olmuş halda səndirləyirdi və bu şiddətli istək və həsrətdən onun ağlı sanki yolunu azmışdı. O, ayağa qalxar və yenə də yıxılardı; o, ağlı qaçmış kimi idi. Bir müddət o, Həzrət Bəhaullahın fəzl kölgəsində qaldı və hər gün onun üzərinə yeni nemətlər yağdı. Eyni zamanda da o, özünün parlaq xəttatlıq nümunələrini yazırdı; o, İsmi`-Əzəmi, Ya Bəha`ul`Əbhanı herətamiz bir məharətlə müxtəlif formalarda yazar və hər yerə göndərərdi.

Ona əmr edildi ki, İstanbula getsin və cənab Səyyahla yola düşsün. Böyüş Şəhərə çatanda, rəhbər İranlılar və Türkər onu əvvəlcə hər cür ehtiram və şərəflə qarşıladılar, onlar onun qapqara qələminə, xəttatlığına məftun omuşdular. Lakin o, cürətlə və bəlağətlə Əmri təbliğ etməyə başladı. İran səfiri pusquda durmuşdu; özünü Sultanın vəzirlərinin yanına saldı və Mişkin qələmdən böhtan yağdırdı. “Bu adam araqarışdırandır, Bəhaullah bura göndərib ki, bu Böyük Şəhərdə fitnə-fəsad salsın.Onun artıq xeyli sayda tərəfdarı var və daha çox adamı da öz tərəfinə çəkmək istəyir. Bu Bəhailər İranı alt-üst ediblər. İndi də bunu Türkiyənin paytaxtında başlayıblar. İran hökuməti onların 20000 nəfərini qılıncdan keçirib, ümid edib ki,bu yolla iğtişaş alovunu söndürsün. Siz təhlükəyə qarşı ayıq olmalısınız; tezliklə bu saxta şey burda da alışacaq. O, sizin həyatınızın bəhrəsini yandırıb yaxacaq. O, bütün dünyanı oda qalayacaq. Onda heç nə edə bilməyəcəksiniz. Çünki çox gec olacaq”.

Əsli-həqiqətdə isə, bu mülayim və müti insan Kiçik Asiyanın o taxt-tac şəhərində ancaq öz xəttatlığı və Allaha ibadət etməklə məşğul idi. O, iğtişaş deyil, ülfət və sülh yaratmaq üçün çalışırdı. O, müxtəlif inancların ardıcıllarını bir-birindən daha da ayırmaq üçün deyil, onların arasında barış yaratmağa çalışırdı. O, qəriblərə xidmət edir, yerli insanlara təlim verməkdə kömək edirdi. O, bədbəxtə sığınacaq, yoxsullar üçün “bolluq qapısı” idi. O, bütün gələnləri bəşərin birliyinə dəvət edirdi; o, nifaq və ədavətdən qaçırdı.

Lakin İran səfirinin çox böyük gücü vardı və uzun müddət ərzində nazirlərlə sıx əlaqə saxlayırdı. O, bir sıra adamları öyrətdi ki, hiylə ilə müxtəlif yığıncaqlara daxil olsunlar və inananların əleyhinə hər cür saxta ittihamlar irəli sürsünlər. Zalımlar tərəfindən təhrik edilən casuslar Mişkin Qələmi əhatə etdilər. Sonra isə səfirin onları öyrətdiyi kimi, onlar Baş Nazirə hesabatlar göndərdilər, göstərdilər ki, sözü gedən şəxs gecə-gündüz fitnə-fəsad salır, o, iğtişaş yaradandır, asi və cinayətkardır. Nəticədə onu həbs etdilər və Hələbə göndərdilər, orada o, bizim öz zərərçəkmiş yoldaşlarımıza qoşuldu. Onlar onu Kiprə, bizi isə Əkka zindanına göndərdilər. Cənab Mişkin Kipr adasında Famaqusta qalasında zindana salındı və 85-ci ildən 94-cü ilə qədər bu şəhərdə əsir qaldı.

Kipr türklərin əlindən çıxanda, Mişkin Qələm azad edildi və özünü Əkka şəhərində Məhbubun yanına çatdırdı, burada o, Həzrət Bəhaullahın fəzli ilə əhatə olunmuş halda yaşadı, çox gözəl xəttatlıq nümunələri yaratdı və ətrafa göndərdi. O, daim nəşəli ruhda olar, həyatını yanıb əridən bir şam kimi Allaha məhəbbətlə parlayardı, bütün inananlara bir təsəlli idi.

Həzrət Bəhaullah süud edəndən sonra Mişkin Qələm Əhddə möhkəm qərar tutmaqla sədaqətli qaldı. Pozucular qarşısında o, hərlənən bir qılınc kimi dayandı. O, onlara heç vaxt güzəştə getməzdi; O, Allahdan başqa heç kəsdən qorxmurdu; o, bir anlıq da olsa tərəddüd etmədi, nə də xidmətində yanlışlığa yol verdi.

Həzrət Bəhaullahın süudundan sonra o, Hindistana getdi, orada həqiqət aşiqləri ilə ülfət qurdu. Bir müddət orada qaldı, hər gün yeni səylər qoydu. Mən öyrənəndə ki, o, köməksiz qalıb, dərhal onun arxasınca adam göndərdim və o, bu ən Böyük Zindana qayıtdı, inananlar çox sevindilər və onun yenidən burada olmasından xoşbəxt oldular. O, həmişə mənim yaxın yoldaşım idi. Onun heyrətamiz enerjisi və çox güclü məhəbbəti vardı. O, fəzilət toplusu idi: imanlı, inamlı, aram, dünyadan göz yummuş, bənzərsiz yoldaş, iti zəkalı, xasiyyəti isə bütövlükdə çiçəkləmiş bağçaya bənzəyirdi. Allaha məhəbbət xatirinə o, bütün yaxşı şeyləri arxada buraxmışdı; o, gözlərini uğuruna bağlamışdı, nə rahatlıq, nə də dinclik istəyirdi, heç bir var-dövlət axtarmırdı, ancaq bu dünyanın çirkabından azad olmaq istəyirdi. Onu bu dünyaya heç nə bağlamırdı, günlərini və gecələrini ancaq yalvarış və Allahla ünsiyətdə keçirirdi. O, həmişə gülərüz, çoşqulu idi. O, ruh təcəssümü, məhəbbət mücəssəməsi idi. Nə səmimiyyət və sədaqətinə, nə də səbr və daxili təmkininə görə bərabəri vardı. Ruhun nəfəsilə yaşamaqla o, təmənnasızlığın özü idi.

Əgər o, Camal`i-Mübarəkə aşiq olmasaydı, əgər o ürəyini Cəlal Səltənətinə bağlamasaydı, hər cür dünyəvi ləzzətə sahib ola bilərdi. O, haraya gedirdisə, onun çoxlu xəttatlıq üslubu əsaslı bir sərvət (sərmayə) idi, onun böyük uğuru həm zənginlərin, həm də kasıbların diqqət və hörmətini gətirmişdi. Lakin o, insanın tək bir həqiqi Məhəbbətinə ümidsiz dərəcə aşiq idi, beləcə bütün başqa bağlılıqlardan azad idi, ruhun sonsuz səmasında süzə və pərvaz edə bilirdi.

Nəhayət, mən olmadığım zaman. O, bu qaranlıq və dar dünyanı tərk etdi, nurlar diyarına tələsdi. Orada, Allahın hüdudsuz mərhəmət sığınacağında, o, sonsuz mükafat tapdı. Ona salam və təriflər, Məəyi-Əlanın nəvazişli fəzli olsun.

Ustad Əli-Əkbəri Nəccar

USTAD ƏLİ ƏKBƏR, mebelçi, adillər arasında, möminlik şahzadəsi idi. O, İranın ilk inananlarından biri və yoldaşlar arasında aparıcı şəxslərdən biri idi. Əmrin başlanğıcında etibarlı bir dost olaraq o, dilini Əmri bəyan etmək üçün açdı. O, özü sübutlara vaqif oldu, sonra Yazıların dərinliyinə baş vurdu. O, həmçinin istedadlı bir şair idi, Həzrət Bəhaullaha həsr edilmiş mədhiyyələr yazırdı.

Öz sənətində son dərəcə mahir olan Ustad çox yüksək zövqlü əşyalar düzəldir, dülgərlik nümunələrinə elə formalar verirdi ki, onun mürəkkəb detalları və dəqiqliyi ilə, o mozaikanı xatırladırdı. O riyaziyyatı da yaxşı bilir, çətin məsələləri həll və izah edirdi. 

Bu möhtərəm şəxs Yəzdən İraqa getdi, orada Həzrət Bəhaullahın hüzuruna müşərrəf oldu və bil fəzl payı aldı. Hər gün Həzrət Bəhaullahın hüzuruna daxil olan Ustad Əliyə O, iltifatlarını yağdırdı. O, Bağdaddan Mosula sürgün olunanlardan biri idi və orada şiddətli məşəqqətlərə məruz qaldı. O, uzun müddət, son dərəcə sıxıntılar içərisində Mosulda qaldı, lakin daim dua və yalvarışda, dilində şükrlər olmaqla o, Allahın iradəsinə sığındı.

Nəhayət, o, Mosuldan Müqəddəs Məqama gəldi və Həzrət Bəhaullahın Məqamının yanında o, dua və təfəkkür edirdi. Gecənin qaranlığında, rahatlıq və dinclik bilmədən, o, ağlayar və hönkürərdi; Allaha yalvaranda içində ürəyi yanardı; gözləri yaş tökər, səsini qaldıraraq və avazla dua oxuyardı. O, bu toz topasından, bu fani dünyadan tamamilə ayrılmışdı. O, bu dünyadan qaçırdı, ancaq bir şey istəyirdi–uçub getmək və ümid edirdi ki, vəd olunmuş mükafat gələcəkdi. Aləmin İşığının yox olmasına dözə bilmirdi, axtardığı ancaq Onunla vüsalın cənnəti idi, gözləri isə ancaq Əbha Səltənətinin cəlalının intizarını çəkirdi. Nəhayət, onun duası eşidildi və o, Allahın yuxarı dünyasına, Rəblər Rəbbinin şəfəqlərinin toplandığı yerə çıxıb getdi.

Onun üzərinə Allahın xeyri və tərifi olsun, Allah onu darüssəlama gətirsin, necə ki, Öz Kitabında buyurub: “Onları Rəbinin yanında əmin-amanlıq yurdu gözləyir”. “Və Ona xidmət edənlərə Allah mehribanlıqla doludur”.

Şeyx Əli Əkbəri Məzqani

ALLAHA MƏHƏBBƏTİN DİVANƏLƏRİNİN, azad ruhların bu rəhbəri, ancaq bir körpə idi ki, Məzqanda olanda fəzl döşündə qidalanırdı. O, Şeyxi Məzqani adlı məşhur bir alimin övladı idi. Onun şanlı atası Kaşana yaxın, Qəmsarrın nüfuzlu sakinlərindən biri idi, möminliyinə, paklğına və təqvasına görə bərabəri yox idi. Onun atası bütün tərifəlayiq keyfiyyətlərin mücəssəməsi idi; bundan əlavə, onun rəftarı xoş, xasiyyəti gözəl, özü isə əla bir yoldaş idi və bütün bunlarla o, çox məşhur idi. O, təmkinini atanda və özünü açıqca inanan elan edəndə, kafirlər, istər dost olsun, istərsə yad, hamısı ona arxa çevirdilər və onun ölümü üçün tədbir görməyə başladılar. Lakin o, Əmri yaymaqda, insanların ürəklərini oyatmaqda, hər zamankı kimi yeni inananları səxavətlə dəvət etməkdə davam etdi. Beləcə, onun möhkəm imanının səsi-sorağı Kəşkəşana çatdı. Sonra amansız zalımlar qalxdılar, onun mal-mülkünü talan etdilər və özünü isə öldürdülər.

Əli Əkbər, Allahın yolunda həyatını fəda etmiş bir şəxsin oğlu o yerdə çox yaşaya bilmədi. Orada qalsaydı, o da atası kimi qılncdan keçiriləcəkdi. O, bir qədər İraqda qaldı və Həzrət Bəhaullahın hüzuruna daxil olmaq şərəfi qazandı. Sonra o, İrana qayıtdı, lakin yenidən Həzrət Bəhaullahı görmək istədi və həyat yoldaşı ilə yola çıxdı, səhralar və dağlar aşaraq, bəzən süvari, bəzən isə piyada uzun yollar ölçərək bir dənizdən başqasına adlayaraq nəhayət, Müqəddəs Torpağa çatdılar və İlahi Sidr Ağacının kölgəsində əmin-amanlıq tapdılar.

Məqsudun gözəlliyi bu dünyadan çıxıb gedəndə, Əli Əkbər Əhdə sadiq qaldı və Allahın fəzli altında firavan oldu. Xasiyyəti və ürəyindəki məhəbbətlə, o, şeirlər yazmağa can atır, mədhiyyələr və qəzəllər qoşurdu, lakin onda ölçü və vəzn yox idi:

Mən şeir planı tutdum, lakin Məhbub mənə dedi

“Ki, ancaq bunun planını tut ki, gözlərin Mənə baxsın”.

Coşğun bir istəklə onun ürəyi Rəhman Rəbbinin aləmlərinin həsrətini çəkirdi; yandırıcı bir atəşə tutularaq sonda o, bu dünyanı tərk etdi və yuxarı dünyada çadırını qurdu. Allah Özünün əfv Mələkutundan onun qəbri üzərinə nemət yağışları yağdırsın, ona böyük qələbə bəxş etsin və ona Allahın yanından “basılıb yığılmış və dolub-daşan” rəhmətindən əta etsin.

Mirzə Məhəmməd, Müsafirxananın Xidmətçisi

ALLAHIN BU GƏNCİ İsfahandan idi və erkən yaşlarından əla zəkası ilə şəhərin aparıcı üləmaları arasında tanınırdı. O, nəcib doğulmuşdu, ailəsi tanınmış və hörmətli bir ailə idi, özü isə bilikli bir alim idi. Onun həm hikmətdən, həm də tarixdən, həm təbiət elmlərindən, həm də sənətdən yaxşı biliyi vardı, lakin o. gerçəkliyin sirləri üçün susuz idi, irfan həsrətində idi. Onun şiddətli susuzluğu sənət və elmlərin suyu nə qədər şəffaf olsa da onunla yatızdırıla bilmirdi. O, axtarmaqda dayanmadan davam etdi, alim adamların məclislərində mübahisələr apardı və nəhayət, istəkli xəyalının mənasını, tapmacasını, açılmaz sirrini kəşf etdi və qarşısında açıq-aşkar gördü. O, qəfildən Allahın cəlal bağlarından təravətli güllərin ətrini duydu və ürəyi Həqiqət Günəşinin şüaları ilə nurlandı. Halbuki o, əvvəllər sudan çıxarılmış balıq idi, indi isə əbədi həyat çeşməsinin yanına gəlmişdi; əvvəllər o, axtaran bir pərvanə idi, indi o, şam alovu tapmışdı. Həqiqət axtarışında olan həqiqi bir axtaran kimi, o, ali Müjdələrlə birdən canlandı; onun qəlbinin gözü hidayətin yeni doğuşu ilə parladı. İlahi eşqin atəşi elə parlaq idi ki, o, öz həyatından, onun dincliyindən, nemətlərindən əl üzdü və Ən Böyük zindana yol aldı.

 

İsfahanda onun hər cür rahatlığı vardı, dünyadan o, həzz alırdı. İndi onun Həzrət Bəhaullaha can atması onu bütün başqa bağlardan azad etdi. O, uzun məsafələr qət etdi, şiddətli məşəqqətlər yaşadı, sarayı zindana dəyişdi, Əkka qalasında inananlara kömək etdi və Həzrət Bəhaullahın qulluğunda durdu. O kəs ki, başqaları ona xidmət edirdilər, indi o, başqalarına xidmət edirdi; o kəs ki ağa idi, indi özü xidmətçi idi, o kəs ki, rəhbər idi, indi özü əsir idi. Onun nə gecə, nə gündüz nə dincliyi, nə istirahəti vardı. Qəribə etibarlı bir pənah idi; köçkünlərə bənzərsiz sirdaş idi. O, öz gücünün xaricində bir xidmət edirdi, zira o, dostlarının məhəbbəti ilə dolmuşdu. Müsafirlər ona bağlanmışdılar, köçkünlər isə minnətdar idilər və daim məşğul olduğundan həmişə də susardı.

Sonra bizə Böyük Dərd gəldi, Həzrət Bəhaullahın yoxluğu daha çəkilməz oldu. Mirzə Məhəmməd nə gecə, nə də gündüz sakit qala bildi. Yanan şam kimi əridi; şiddətli təlaşdan ciyəri və ürəyi yandı, bədəni daha tab gətirə bilmədi. O, gecə-gündüz ağladı və yalvardı, o, açılmamış (sirli) ölkəyə uçub getməyə can atdı. “Ya Rəbb, məni bu yoxluqdan azad et, azad et”, deyə o, ağlayardı, “mənə vüsal piyaləsindən içir, ey Rəblərin Rəbbi, Məni Öz mərhəmət sığınacağında sakin eylə!”

Nəhayət, o, bu toz dünyasını, yeri tərk etdi, uçub sonu olmayan dünyaya getdi. Qoy bu ona xeyir versin ki, Allahın fəzli (feyzi) ilə dolub-daşan piyalədən sağlam bir ləzətlə qəlbə və ruha həyat verən o yeməkdən yesin. Allah onu o xoşbəxt səfərin mənzilinə yetirsin və onda əta olunan bəxşişlərdən ona pay versin.

Mirzə Məhəmməd Vəkil

BAĞDADDAN MOSULA SÜRGÜN olunmuş dustaqlardan biri də Mirzə Məhəmməd Vəkil idi. Bu mömin insan Bağdadda iman gətirənlərədn biri idi. Məhz burada o, Allaha təslimiyyət badəsindən içmiş və səmavi Ağacın kölgəsində rahatlıq axtarmışdı. O, yüksək anlayışlı və etibara layiq bir şəxs idi. O, həm də son dərəcə qabiliyyətli, mühüm işlərin güclü inzibatçısı idi və buna görə müdrik məsləhətlərinə görə məşhur idi. İman gətirdikdən sonra o, Vəkil adı ilə tanınmağa başladı. Bu belə baş verdi.

Bağdadda zərgər Hacı Mirzə Hadi adlı möhtərəm bir şəxs vardı. Onun hörmətli bir oğlu vardı, adı Ağa Mirzə Musa idi. O, Həzrət Bəhaullahdan “Əbədiyyət Hərfi” ləqəbini almışdı. Bu oğul çox möhkəm bir inanan oldu. Atası Hacıya gəldikdə isə o, şahanə bir şəxs idi ki, səxavəti, əliaçıqlığı ilə təkcə İranda və İraqda deyil, hətta uzaq Hindistanda da tanınmışdı. Əvvəlcə, o, İranın bir vəziri idi; lakin görəndə ki, mərhum Fətəli şah dünya malına necə göz qoyub, xüsusən də İran vəzirlərinin dünyəvi sərvətinə necə göz dikib və onların yığdıqları nə varsa, hamısını ələ keçirir və dəyərli nə mal-dövlətləri vardısa, onları müsadirə etdikdən sonra da gözləri doymur, onları sağa-sola baxmadan necə cəzalandırır, onlara işgəncə verir və bunu da qanuni cərimə adlandırır–qorxdu ki, o da uçuruma atıla bilər. O, vəzirlik məqamını və sarayını tərk etdi və Bağdada qaçdı. Fətəli şah Bağdadın hakimi Davud Paşadan tələb etdi ki, onu geri qaytarsın, lakin Paşa cəsarətli bir adam idi, Hacı isə qabiliyyətinə görə çox məşhur idi. Odur ki, Paşa da ona hörmət göstərdi və kömək etdi, Hacı zərgərlik işinə başladı. O, böyük bir şahzadə kimi çox təmtəraqlı yaşayırdı. O, öz dövrünün ən görkəmli adamlarından biri idi, çünki o, öz sarayında məmnuniyyət və bolluq içində yaşayırdı, lakin o, bu cəlal və büsatı, ad-sanı və məiyyəti arxada buraxdı, bizneslə məşğul oldu və böyük qazanc əldə etdi.

Onun evinin qapıları həmişə açıq idi. Türklər və iranlılar, qonşular, uzaq yerlərdən gələn yadlar−hamı onun möhtərəm qonaqları idi. İranın böyük adamlarının əksəriyyəti Müqəddəs Yerə ziyarətə gələndə onun evində dayanar, burada onları gözləyən ziyafətlə qarşılaşar, onlar üçün hər cür dəbdəbənin hazır olduğunu görərdilər. Hacı doğrudan da İranın Baş Vəzirindən daha görkəmli bir şəxs idi; ehtişamına görə o, bütün vəzirləri kölgədə qoyurdu və günlər keçdikcə, gəlib gedənlərə o, daha səxavətlə ənamlar verirdi. O, bütün İraqda İranlıların fəxri və onun həmvətənlərinin şərəfi idi. O, hətta Türk nazirlərə və vəzirlərə, Bağdadın böyüklərinə bəxşiş və hədiyyələr verirdi; ağıl və qavrayışda onun bərabəri yox idi.

Hacının yaşı ötdükcə və ömrünün sonuna yaxın onun biznesi zəiflədi. Lakin öz həyat tərzində o, yenə də dəyişiklik etmədi. Dəqiq əvvəlki kimi, o, təmtəraq və zövqlə yaşamaqda davam etdi. Tanınmış adamlar ondan böyük miqdarda borc alar, amma heç vaxt geri qaytarmazdılar. Onlardan biri, Ağa xan Məhəllətinin anası ondan 100000 tümən borc aldı, amma bir quruş belə qaytarmadı, çünki borc alandan dərhal sonra öldü. İl xanı Əliqulu xan da başqa bir borclu idi; Fətəli Şahın oğlu Seyfuddövlə də ona borclu idi; daha biri Fətəli Şahın qızı Vəliyyə idi. Bunlar Türk əmirlərindən, İran və İraqın böyüklərindən ona borclu olanların ancaq bir neçəsi idi. Bütün bu borclar qaytarılmadı və geri ödənmədi. Bununla belə, o, vüqarlı və görkəmli şəxs dəqiq əvvəlki kimi yaşamaqda davam etdi.

Ömrünün sonuna yaxın o, Həzrət Bəhaullahdan fərqli bir məhəbbət gördü və o, ən müti bir halda Onun hüzuruna daxil olardı. Mən xatırlayıram, o, bir dəfə Camal`i-Mübarəkə deyirdi ki, 1250-ci ildə ya da təxminən bir az ondan sonra məşhur münəccim Mirzə Mövkəb məqamları ziyarət edir. Hacı deyirdi ki, bir gün o, Hacıya deyib: “Mirzə, mən ulduzların qəribə, nadir bir birləşməsini görürəm, bu əvvəllər heç vaxt baş verməyib. Bu onu göstəriri ki, yaxında böyük bir hadisə baş verəcək və mən əminəm ki, bu vəd olunmuş Qaimin Gəlişindən başqa bir şey ola bilməz”.

O, nurlu şahzadə vəfat edəndə onun vəziyyəti belə idi və onun bir oğul və iki qız vərəsəsi vardı. Onun həmişə varlı olduğunu düşünən insanlar inanırdılar ki, onun varislərinə milyonlar miras qalıb, çünki onun həyat tərzini hər kəs bilirdi. İranın diplomatik nümayəndələri, müasirləri müctəhidlər və imansız qazı (hakim)−hamısı dişlərini itilədilər. Onlar varislər arasında mübahisə başlatdılar ki, bundan yaranan qarışıqlıqdan özləri də yaxşı qazanc götürsünlər. Onlar varisləri talamaq üçün bacardıqları hər şeyi etdilər ki, onları tam soysunlar və İran diplomatları, müctəhidlər və qazı da qənimət əldə etsinlər.

Mirzə Musa dəyanətli bir inanan idi; lakin onun bacıları ayrı anadan idilər və Əmr haqqında heç nə bilmirdilər. Bir gün bu iki bacı, mərhum Mirzə Seyid Rzanın kürəkəninin müşayiəti ilə Həzrət Bəhaullahın evinə gəldilər. İki bacı ailənin yaşadığı yerə (əndəruna) daxil oldular, kürəkən isə camaatın qəbul olunduğu otaqda (birunda) oturdu. O, iki qız Həzrət Bəhaullaha dedilər: “İranın nümayəndələri, hakim (qazı) və imansız müctəhidlər bizi məhv etdilər. Həyatının sonuna doğru mərhum Hacı Sizdən başqa heç kəsə etibar etmirdi. Biz özümüz qafil olmuşuq, gərək əvvəldən Sizin hifzinizə sığınardıq. Hər halda biz indi Sizdən əfv və kömək diləməyə gəlmişik ki, Sizin lütf və dəstəyinizlə xilas olaq. Bu işə baxmağa lütf edin və bizim keçmiş səhvlərimizi bağışlayın”.

Camal`i-Mübarək qəti bir şəkildə cavab verərək buyurdu ki, bu cür işlərə müdaxilə etmək Onun üçün ikrah doğruan bir şeydir. Lakin onlar Ona yalvarmaqda davam etdilər. Onlar düz bir həftə hər səhər və axşam səs-küy salaraq ailənin mənzilində qaldılar. “Biz başımızı bu Astanadan qaldırmayacağıq”. Onlar dedilər, “biz bu evdə sığınacaq tapacağıq; biz burada, mələkləri qoruyan Kəsin qapısında o vaxtadək qalacağıq ki, O, rəhm edib bizim işimizə baxsın və bizi zalımların əlindən qurtarsın”.

Həzrət Bəhaullah hər gün onlara nəsihət edərək deyirdi: “Bu işlər müctəhidlərin və hökumət səlahiyyətlilərinin əlindədir. Biz bu işlərə qarışmırıq”. Lakin onlar öz israrlarında davam edir, təkid edir, kömək üçün yalvarırdılar. İş belə gətirmişdi ki, Həzrət Bəhaullahın evi dünyəvi şeylərdən yoxsul idi, bu xanımlar isə hər şeyin ən yaxşısına alışmışdılar və onlar çörək və su ilə çətinliklə qənaətlənirdiər. onlara yemək nisyə alınmalı olurdu. Qısası, hər tərədən müşkül idi.

Bir gün Həzrət Bəhaullah məni Öz hüzuruna çağırdı. “Bi möhtərəm xanımlar”, O buyurdu, “özlərinin bütün tələbləri ilə Bizi sıxıntılı bir vəziyyətə qoyublar. Bu işə bir əncam yoxdur–bu işə sən baxmalısan. Lakin sən bütün bu mürəkkəb işi bircə gün içində həll etməlisən”.

Ertəsi gün səhər mən Ağayi Kəlimlə birlikdə mərhum Hacının evinə getdik. Bütün qiymət qoyanları çağırdıq, onlar bütün daş-qaşı yuxarı mənzilə topladılar; mülklərə aid əsas mühasibat kitabı və qeyd dəftərləri ikinci otaqda yerləşdirildi; qiymətli mebellər və sənət əşyaları üçüncü mərtəbədə idi. Bir neçə zərgər daş-qaşları qiymətləndirmək üçün getdi. Başqa mütəxəssislər evi, dükanları, bağları və hamamları dəyərləndirdilər. Onlar öz işlərinə başlayan kimi mən bayıra çıxdım və bir otağa bir nəfər növbətçi qoydum ki, qiymət qoyanlar öz işlərini lazımı qaydada görüb qurtarsınlar. Bu zaman günortaya yaxın idi. Sonra biz nahara getdik, ondan sonra isə qiymət qoyanlara göstəriş verildi ki, hər şeyi iki bərabər hissəyə bölsünlər ki, püşk atılsın; bir hissə qızların olacaqdı, bir hissə isə Mirzə Musanın. Sonra mən evə gedib yatdım, çünki xəstə idim. Günortadan sonra qalxdım, çay içdim və malikanənin ailə yaşayan mənzilinə qayıtdım. Bura çatanda gördüm ki, malları üç yerə bölüblər. Onlara dedim: “Axı mən demişdim ki, hər şeyi iki hissəyə bölün. Bu niyə üç yerə bölünüb?” Varislər və başqa qohumlar bis səslə dedilər: “üçünci hissə də mütləq ayrılmalıdır. Ona görə biz hər şeyi üç yerə bölmüşük. Bir hissə Mirzə Musanın, bir hissə iki bacının. Üçüncü hissə isə Sizin ixtiyarınızdadır; üçüncü hissə mərhumundur və məhz Siz Özünüz uyğun bildiyiniz şəkildə xərcləyə bilərsiniz”.

Bərk narahat olmuş halda biz onlara dedik, “belə bir şey ola bilməz. siz bunu tələb etməməlisiniz və buna heç cür razılaşmaq olmaz. Biz Həzrət Bəhaullaha söz vermişik ki, bir mis qəpik belə qəbul edilə bilməz”. Onlar da öz növbəsində, and içdilər ki, bu onların istədikləri kimi olmalıdır və başqa heç cür razı ola bilməzlər. Bu bəndə cavab verdi: “Gəlin bu məsələni indilik buraxaq. Aranızda bundan başqa bir narazılıq vardırmı?” “Bəli”, Mirzə Musa dedi. “Üç min tümən”. “ Qızlar dedilər: “ikiyol var: ya bu pullar burada, evdə, hansısa bir sandıqdadır və ya ətrafda basdırılıb, ya da başqa əllərdədir. Biz bu evi və içindəkiləri Mirzə Musaya veririk. Biz ikimiz evdən pərdələrimizdən başqa heç nə götürmürük. Əgər nəsə tapılarsa da, indilik biz hər şeyi ona veririk. Əgər pul haradasa başqa yerdədirsa, bu, şübhəsiz kiməsə saxlamaq üçün verilmişdir; o şəxs isə, etibarı itirdiyi üçün, çətin ki, üzə çıxsın və bizimlə dürüst davransın və pulu qaytarsın, bəlkə bütün pulları xərcləmişdir. Mirzə Musa dediklərini qaneedici bir sübutla isbatlamalıdır; Onun sadəcə iddiası dəlil deyildir”. Mirzə Musa cavabında dedi: “Bütün mal-mülk onların əlində idi. Mən nə baş verdiyini bilmirəm–mənim bunlardan heç xəbərim yoxdur. Onlar istədiklərini edirdilər”.

Xülasə, Mirzə Musanın öz iddiasının tərəfində heç bir dəlil-sübutu yox idi. O ancaq bunu soruşurdu ki:“necə ola bilər ki. Hacının hazır məbləği olmasın?” Amma bu iddianın əsasında bir dəlil olmadığı üçün, mən hiss etdim ki, bu işin üstünə getmək davaya gətirib çıxaracaq və heç bir faydası da olmayacaq. Ona görə də onlara təklif etdim, “Püşk atın”. Üçüncü hissəyə gəldikdə is, mən onları ayrı bir otağa yığdırdım, qapısını bağladım və möhürlədim. Açarını isə Həzrət Bəhaullaha götürdüm. “İş yerinə yetirilmişdir”, dedim. “Buna ancaq Sizin təyidinizlə nail olundu. Əks halda bunu bir ilə də həll edib qurtarmaq olmazdı. Hər halda, çətinlik aradan qaldırılmışdır”. Mən qısaca Mirzə Musanın iddiasını (tələbini) və hər hansı bir dəlilin olmadığını təsvir etdim. Sonra isə dedim: “Mirzə Musa borcun içəindədir. O, hətta malik olduğu hər şeyi satsa da, borclarını qaytarın qurtarmayacaq. Ona görə də yaxşısı budur ki, siz vərəsələrin xahişini qəbul edəsiniz, çünki onlar öz təkliflərində israr edirlər və o payı Mirzə Musaya bağışlayasınız. Onda o, özünü borclardan qurtarar və ona da bir qədər qalardı.

Ertəsi gün vərəsələr gəldilər və Camal`i-Mübarəkə yalvardılar ki, mənim üçüncü payı qəbul etməyimi təmin etsin. “Belə bir iş ola bilməz”, O buyurdu. Sonra onlar yalvarıb-yaxardılar ki, O Özü payı qəbul etsin və Öz istədiyi kimi, xeyriyyə məqsədilə xərcləsin. O, cavab verdi: “O məbləği Mənim xərcləməyimin ancaq bir məqsədi var”. Onlar dedilər, “Hətta Siz onu dənizə belə atsanız, o bizim işimiz deyil. Biz əlimizi Sizin ətəyinizdən çəkməyəcək və öz israrımızdan dönməyəcəyik, ta o vaxta qədər ki, Siz bizim ricamızı qəbul edəsiniz”. Onda O, onlara buyurdu: “Mən indi o üçüncü hissəni qəbul etdim; və onu sizin qardaşınız Mirzə Musaya verdim, lakin bir şərtlə ki, o, bundan sonra sizin əleyhinizə heç bir iddia etməyəcək”. Vərəsələr bol-bol minnətdarlıq etdilər və bu ağır və müşkül iş bircə günün içində, dava-dalaş, sonradan mübahisə olmadan həll oldu.

Mirzə Musa əlindən gələni etdi ki, daş-qaşdan bir qədər mənə versin, lakin mən imtina etdim. Nəhayət o, rica etdi ki, mən tək bir üzüyü qəbul edim. Bu qiymətli bir üzük idi, çox dəyərli nar rəngli, nadir, təmiz bir yaqut parçasından qaşı vardı. Qaşın ətrafına bütövlükdə brilyant qaşlar düzülmüşdü. Mən ondan da imtina etdim, hərçənd ancaq pambıqdan qısa bir pencəkdən başqa heç nəyim, əynimdə bir əbam, heç mis bir quruşum belə yox idi. Necə Hafiz demişdi: “Pul kisəmiz boşdur, amma qolumuzda bir gizli xəzinə var”.

Ona əta edilmiş nemət üçün minnətdarlıq edərək Mirzə Musa malik olduğu hər şeyi Həzrət Bəhaullaha bağışladı: bağlar, torpaqlar və mülklər–lakin onlardan imtina edildi. Belə olduqda o, İraqın üləmalarından xahiş etdi ki, onun adından minnətçi düşsünlər. Onlar Həzrət Bəhaullahın yanına yüyürdülər və yalvardılar ki, bəxşiş qəbul etsin. O, qəti şəkildə rədd etdi. Onlar ehtiramla ona dedilər: “Siz qəbul etməsəniz, Mirzə Musa qısa bir zamanda onların hamısını yelə verəcək. Özünün xeyri üçün gərək onun əli bu sərvətə çatmasın”.

Bundan sonra Mirzə Musa öz əli ilə, hər beş inanca uyğun olaraq ərəb və fars dillərində hədiyyələrin sənədini tərtib etdi; iki nüsxə çıxardı və üləmaları şahid kimi seçdi. Bağdadın müəyyən üləmaları, o cümlədən, məşhur alim Əbdüs-Səlam Əfəndi, bilgili və tanınmış Seyid Davud Əfəndinin vasitəsilə bəxşişlərin sənədini Həzrət Bəhaullaha təqdim etdi. Camal`i- Mübarək onlara buyurdu: “Biz Mirzə Musanın özünü Bizim vəkilimiz təyin edirik”.

Həzrət Bəhaullah Rumeliyə gedəndən sonra Mirzə Musa borc öhdəliyi ilə hökumətdən Kərbəla yaxınlığındakı bir qəsəbədə Hindiyyə torpaqlarını aldı və 100000 tümənə yaxın dəhşətli itkiyə məruz qaldı. Hökumət onun mülklərini müsadirə etdi və üçüncü bir adama heç neçəyə satdı. Bu məsələ Həzrət Bəhaullaha danışılanda O, dedi, “Daha bu barədə danışmayın. O mülklər barədə bir söz belə danışmayın”. Bu arada Ədirnədən Əkkaya sürgün baş verdi. Mirzə Məhəmməd hökumət yetkililərinin yanına getdi və onlara dedi: “Mən Həzrət Bəhaullahın vəkliyəm. Mülklər Mirzə Musaya məxsus deyil. Siz onları necə müsadirə edə bilərsiniz?” Lakin onun əlində sözlərini əsaslandıracaq bir sənəd yox idi və buna görə də hökumət onun iddiasını rədd etdi. Lakin bu prosesdə o, hamıya Mirzə Məhəmməd Vəkil kimi tanındı. Bu ləqəbi o, belə aldı.

Biz Ədirnədə olanda, Mirzə Musa Seyid Əli Əkbərin vasitəsilə yaqut üzüyü göndərdi və Camal`i-Mübarək bizə göstəriş verdi ki, onu qəbul edək. Biz Əkkaya çatandan sonra inananlar xəstə düşdülər və əzab çəkərək xəstəlikdən yatdılar. Mən üzüyü Hindistana, dostlardan birinə göndərdim və xahiş etdim ki, mümkün qədər tez onu satıb pulunu Əkkaya göndərsin ki, xəstələrə xərcləyək. O mübarək şəxs bizə bir quruş belə göndərmədi. İki il sonra yazdı ki, üzüyü iyirmi beş funta satıb və ziarlərə xərcləyib. Və bu, o qədər qiymətli bir üzüyün müqabilində. Mən şikayət etmədim. Əksinə, Allaha həm oxudum və şükr etdim ki, o sərvətdən hətta bir toz dənəsi belə mənim əbama qonmadı.

Mirzə Məhəmmədi zindana saldılar və Bağdaddan Mosula göndərdilər və orada o, qorxulu xəstəliklərin qurbanı oldu. O, zəngin idi; indisiə Allahın yolunda yoxsul qalmışdı. Bir vaxtlar o, rahatlıq və dinclikdən həzz alırdı; indi isə Allaha məhəbbət naminə o, ağrı və ağır əziyət çəkirdi. Bir müddət o, Mosulda, yalvarış və təslimiyyət, müti bir halətdə yaşadı. Sonra Allahdan başqa hər şeydən üzülərək Rəbbin nəvazişli nəsimləri ilə dəfedilməz bir şəkildə cəzb olunaraq bu qaranlıq dünyadan nur aləminə köçdü. Ona salam və mədh olsun. Allah onun üzərinə əfv suları yağdırsın və onun məzarı önündə Cənnət qapılarını açsın.

Anchor 8
Anchor 9
Anchor 10
Anchor 11
Anchor 12
Anchor 13
Anchor 15
Anchor 14

Azərbaycan Bəhai İcmasının Digər Linklər 

  • c-youtube
  • Wix Facebook page

"Bəhai Kitab Evi" elmdə, texnologiyada, incəsənət və sənətdə hər gün irəli gedən, dünya mədəniyyətinə inteqrasiya edən və eyni zamanda onu zənginləşdirən Azərbaycanlıların bəhai ədəbiyyatına əllərinin çatması məqsədilə yaradılmışdır. Bu bizim araşdırmaq və öyrənmək istəyən bacı və qardaşlarımıza bir həddiyyəmizdir. Sizin kitabxanaya getməyə ehtiyacınız yoxdur; kitabxana özü sizin yanınıza gəlir! 

© 2015  Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili. Bütün hüquqular qorunur

AzerbaycanBahaiIcmasi@gmail.com 

bottom of page