top of page

 

 

Vəfadarlar Haqqında Xatirələr (bölmə 4)

Həzrət Əbdül-Bəhanın Söhbətlərindən

İnglis Dilindən Tərcümə - Mərziyyih Geyil, Bəhai Dünya Mərkəzi

Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili


Həzrət Bəhaullahın Həvarilər

Mündəricat

Hacı Əli Əsgər Təbrizi 146

Ağa Əli Qəzvini 149

Ağa Məhəmməd Bağır və Dərzi Ağa Məhəmməd İsmayıl 151

Əbül-Qasım Sultanabad 154

Ağa Fərəc 155

Sultanüş-Şühədanın Həyat Yoldaşı 156

Şəmsüd-Züha 161

Tahirə 169


Hacı Əli Əsgər Təbrizi

GÖRKƏMLİ ƏLİ ƏSGƏR Təbrizdən olan bir tacir idi. Azərbaycanda onu tanıyanların hamısı ona hörmət edirdi, onun dindarlığını, etibarlılığını, möminliyinı və möhkəm imanını etiraf edirdi. Təbriz camaatının hamısı bir nəfər kimi, onun üstünlüyünü təsdiq edir, onun xasiyətini və həyat tərzini, keyfiyyət və istedadlarını tərifləyirdilər. O, ən erkən inanalardan biri və ən görkəmlilərindən biri idi.

Şeypur birinci dəfə səslənəndə, o, huşunu itirdi, ikinci dəfə üfürüləndə o, yeni həyata gəldi. O, Allahın məhəbbəti ilə yanan bir şam, Əbha bağlarında gözəl bir ağac oldu. O, bütün ailəsini, başqa qohumlarını və dostlarını Əmrə gətirdi, uğurla çoxlu xidmətlər göstərdi; lakin kafirlərin zülmü onu çoz əziyyətli bir vəziyyətə saldı və o, hər gün yeni bəlalarla əhatə olundu. Amma o, yenə də zəifləmədi və ruhdan düşmədi; əksinə, onun imanı, onun yəqinliyi artdı. Nəhayət o, daha öz vətənində dözə bilmədi. Ailəsinin müşayiətində, o, Ədirnəyə gəldi və burada, maddi sıxıntılar içində, lakin qane bir halda, günlərini ləyaqətlə, səbrlə, razılıqla, şükr edərək keçirdi.

Sonra o, Ədirnədən bir qədər mal götürüb Cümə Bazarına getdi ki, bir qədər dolanışıq parası qazansın. Onda olan şeylər xırdavat idi, onu da oğrular apardı. İran Konsulu bunu eşidəndə, Hökumətə bir sənəd təqdim etdi və oğurlanmış malların dəyəri olaraq çox böyük bir məbləğ göstərdi. Xoşbəxtlikdən oğrular tutuldu və əllərində də xeyli məbləğ vardı. Qərara alındı ki, iş araşdırılsın. Konsul Əli Əsgəri çağırdı və dedi: “Bu oğrular çox varlıdırlar. Mənim hökumətə hesabatımda oğurlanan malların dəyərininn böyük olduğunu yazmışam. Ona görə də sən məhkəməyə getməli və mənim yazdıqlarıma uyğun şahidlik etməlisən”.

Hacı cavabında dedi: “Möhtərəm Xan, oğurlanmış mallar çox az idi. Mən doğru olmayan şeyi necə danışa bilərəm? Onlar məndən soruşanda mən faktları olduğu kimi deyəcəyəm. Mən ancaq bunu borcum bilirəm”.

“Hacı”, Konsul dedi, “Bizim əlimizdə əla bir fürsət var; həm sən, həm də mən bundan xeeyir götürə bilərik. İcazə vermə ki, ömründə bir dəfə olan belə bir fürsət əlindən sürüşüb çıxsın”.

Hacı cavabverdi: “Bəs onda mən Allaha nə deyəcəyəm?. Mən ancaq doğrunu söyləyəcəyəm və başqa heç nə”.

Konsul özündən çıxmışdı. O, Əli Əsgəri hədələməyə və danlamağa başladı. “Sən istəyirsən ki mən yalançı olum?” o, qışqırdı. “Sən məni məsqərəyə qoymaq istəyirsən? Mən səni həbsə atacağam. Səni sürgün etdirəcəyəm. Sənə vermədiyim işgəncə qalmayacaq. Elə indi mən səni polisin əlinə verəcəyəm və deyəcəyəm ki, sən dövlətin düşmənisən, sən qandallanmalı və İran sərhədinə götürülməlisən”.

Hacı ancaq gülürdü. “Cənab Xan”, o dedi, “Mən öz həyatımı həqiqət üçün qurban vermişəm. Mənim başqa heç nəyim yoxdur. Siz məndən yalan danışmağımı və yalandan şahid durmağımı istəyirsiniz. Necə istəyirsiniz, mənimlə rəftar edin. Mən doğru olan şeyə arxa çevirməyəcəyəm”.

Konsul görəndə ki, Əli Əsgəri yalandan şəhadət verməyin bir yolu yoxdur, dedi: “yaxşısı budur ki, sən bu yeri tərk edəsən və mən hökumətə xəbər verim ki, malların sahibi burada yoxdur, çıxıb gedib. Əks halda mən rüsvay olacağam”.

O, Ədirnəyə qayıtdı və oğurlanmış malları haqqında bir kəlmə belə danışmadı, lakin camaat bundan xəbər tutdu və bu böyük təəccübə səbəb oldu.

Bu gözəl və nadir insan Ədirnədə qalanları ilə birlikdə həbs edildi və Camal`i-Mübarəki Əkka qalasına, bu kədər zindan evinə müşayiət etdi. Bütün ailəsi ilə birlikdə o, illər uzunu Allahın yolunda həbsdə qaldı; o, isə həmişə şükr edirdi, çünki zindan ona saray, əsirlik isə sevinc səbəbi idi. O illər ərzində heç eşidilməmişdi ki, o, minnətdarlıq və tərifdən başqa nəsə desin. Zalımın zülmü nə qədər böyükdüsə, o qədər də o, xoşbəxt idi. Dəfələrlə eşidilmişdi ki, Həzrət Bəhaullah onun haqqında inayətlə danışmışdı, o, deyərdi: “Mən ondan razıyam”. Ruhun mücəssəməsi olan bu şəxs son qədər səbatlı, səmimi və şad-xürrəm qaldı. Bir nüçə il keçdikdən sonra o, bu toz dünyasını ləkəsiz Mələkuta dəyişdi, arxada güclü təsir qoyub getdi.

Bir qayda olaraq, o, Əbdül-Bəhanın yaxın sirdaşı idi. Bir gün, bizim Zindandakı vaxtlarımızın əvvəlində, mən kazarmaların küncünə, onun yaşadığı yerə–onun o yoxsul yuvasına tələsdim. O, orada uzanmışdı, başında yüksək hərarəti vardı. Onun sağ tərəfində isə soyuqdan titrəyən və əsən arvadı uzanmışdı. Solunda isə yatalaqdan (tifdən) alışıb yanan qızı Fatimə vardı. Onların da yanında onun oğlu, Hüseyn Ağa, qıpqırmızı qızarmış halda hərarət içində idi; O, farsca danışmağı unutmuşdu, türkcə qışqırırdı: “Mənim içim yanır!” atasının ayaqları altında o biri qızı uzanırdı, ağır xəstəlik içərisində, divarın dibində isə qardaşı Məşədi Fəttah rabitəsiz danışır və sayıqlayırdı. Bu vəziyyətdə Əli Əsgərin dodaqları tərpənirdi: O Allaha şükr edir, sevincini ifadə edirdi.

Həmd olsun Allaha! O, Ən Böyük Zindanda vəfat etdi. Yenə də səbrli və şükrlü, yenə də ləyaqətli və imanında qəvi. O, Rəhman Rəbbin məkanlarına qalxıb getdi. Əbhanın bəhası onun üzərinə olsun; ona salam və tərif olsun; onun üzərinə daim və əbədi olaraq rəhmət və əfv olsun.

Ağa Əli Qəzvini

BU GÖRKƏMLİ ŞƏXSİN yüksək iddia və məqsədləri vardı. O, son dərəcə sabit, sədaqətli, imanında dərin idi, inananlar arasında birincilərdən və ən böyüklərdən biri idi. Yeni Hidayət Gününün doğuşunda o, Həzrət Baba heyran oldu və təbliğə başladı. Səhərdən axşamadək o, öz sənətində işlədi, demək olar ki, hər axşam dostlarına şam ziyafəti verdi. Ruhani dostlarına bu cür ev sahibliyi edərək o, çoxlu ruhları Allaha məhəbbət təranəsi ilə cəzb edərək Əmrə hidayət etdi. O, heyrətamiz dərəcədə səbatlı, qüvvətli və dözümlü idi.

Sonra Əbhanın bağlarından xoş ətirli hava əsməyə başladı və o, yenicə alışmış alovdan od tutdu. Onun xülya və mövhumatı yandı və Həzrət Bəhaullahın Əmrini bəyan etmək üçün ayağa qalxdı. Orada hər gecə görüş, bir yığıncaq vardı ki, ləklərində olan çiçəklərlə yarışırdı. Ayələr oxunur, dualar avazlanır, Gəlişlərin ən böyüyü barədə gözəl xəbərlər paylaşılırdı. O, vaxtının çoxunu eynilə həm dosta, həm də yada mehribanlıq göstərməklə keçirdi; o, əli və ürəyi açıq, alicənab bir varlıq idi.

Onun Ən Böyük Zindana yola düşmə günü yetişdi və o, ailəsi ilə birlikdə Əkka qalasına gəldi. Bu səfərdə o, çox məşəqqətlərə düçar olmuşdu, lakin onun Həzrət Bəhaullahı görmək arzusu o qədər güclü idi ki, fəlakətləri asanlıqla keçirdi; beləliklə, o, uzun yollar ölçdü, Allahın pənahverici fəzlində sığınacaq axtardı.

Əvvəlcə onun vəsaiti vardı; həyat rahat və həzz verirdi. Sonra isə o, ehtiyac içinə düşdü və dəhşətli imtahanlara məruz qaldı. Çox vaxt onun yeməyi çörəkdən başqa bir şey olmazdı; çay əvəzinə o, suyu arxdan içərdi. Amma bununla belə, o, xoşbəxt və məmnun idi. Onun böyük nəşəsi Həzrət Bəhaullahın hüzuruna daxil olmaq idi; Məhbubu ilə vüsalı kifayət bir nemət idi; Onun qidası Məzhərin camalına baxmaq idi; şərabı isə Həzrət Bəhaullahla birlikdə olmaq; o, həmişə gülürdü, daim sükut edirdi; eyni zamanda da ürəyi qışqırır, atlanır və rəqs edirdi.

O, çox vaxt Əbdül-Bəhanın yanında olurdu. O, əla bir dost və yoldaş idi, şad və nəşəli; Həzrət Bəhaullahın sevimlisi, dostların hörmət etdiyi, dünyadan uzaq duran, Allaha təvəkkül edən. Onda heç bir səbatsızlıq yoxdu, onun daxili haləti həmişə eyni idi: möhkəm, sabit, təpələr kimi tərpənməz.

Mən hər dəfə onu yadıma salanda, onun səbrini və aramlığını xatırlayıram, o sədaqət, o bağlılıq və özümdən asılı olmadan, bir də görürəm ki, Öz nemətlərini Ağa Əlinin üzərinə yağdırması üçün Allaha dua edirəm. O dəyərli kişinin üstünə həmişə bəla və fəlakətlər gəlirdi. O, həmişə xəstə olurdu, davamlı olaraq çoxlu fiziki xəstəliklərə düçar olurdu. Səbəbi isə bu idi ki, vətəndə olanda və Qəzvində Əmrə xidmət edəndə bədxahlar onu tutmuşdular və başına elə qəddarlıqla döymüşdülər ki, bunun təsiri ömrünün son saatına qədər qaldı. Onlar onu hər cür vasitələrlə təhqir etmiş və işgəncə vermişdilər və düşünmüşdülər ki, hər cür qəddarlığı onun başına gətirmək olar; halbuki onun yeganə xətası inanması idi, tək günahı Allahı sevməsi idi. Şairin yazdığı kimi, bu sətirlər Ağa Əlinin taleyini göstərir:

Sultan şahini bayquşlarla əhatə olunub

Günahsız olsa da, onun qanadlarını yolurlar

“Niyə”–onlar rişxənd edirlər−“Sən hələ də,

O sultan qolunu, o sarayı xatırlayırsan?”

O, şahanə bir quşdur: o, bu xətanı işlədib.

Gözəllikdən başqa Yusifin nə günahı vardı??

Xülası, o, böyük insan vaxtını Əkka zindanında, üzünü Allaha tutaraq dua və yalvarışla keçirdi.Onu sonsuz nemət sardı; o, Həzrət Bəhaullahın sevimlisi idi, vaxtın çoxunu Onun hüzuruna daxil olmağa iznli idi, üzərinə sonsuz fəzl yağırdı. Bu onun sevinci və nəşəsi, onun böyük bəxtəvərliyi, onun ən əziz arzusu idi.

Sonra onun da vaxtı çatdı, ümidlərinin səhəri doğdu, onda onun növbəsi yetdi ki, qeyb aləminə uçub getsin. Həzrət Bəhaullahın hifzi altında, o, tezliklə o sirli diyara pərvaz etdi. Ona salam və tərif olsun, bu dünyanın və o biri dünyanın Rəbbinin rəhməti onun üzərinə olsun. Allah Mələyi-Əladan şüalarla onun uyuduğu yeri nurlandırsın.

Ağa Məhəmməd Bağır və Dərzi Ağa Məhəmməd İsmayıl

BU İKİ QARDAŞ Allahın yolunda qalanlarla birlikdə əsir idilər və Əkka qalasında dustaq edilmişdilər. Onlar mərhum Pəhləvan Rzanın qardaşları idilər. Onlar İranı tərk etdilər və Ədirnəyə mühacirət etdilər, Həzrət Bəhaullahın inayətinə tələsdilər; onun hifzi altında Əkkaya gəldilər.

Pəhləvan Rza−Allahın rəhməti və bərəkəti və şəfəqləri onun üzərinə olsun; tərif və salam olsun ona–zahirən, sadə, təlim və təhsil görməmiş insan təsiri bağışlayırdı. O, xırdavatçı idi, o da başqa gələnlər kimi, Allah məhəbbəti xatirinə hər şeyi atdı və bir sıçrayışla biliyin zirvələrinə yetişdi. O, erkən zamanlarda gələnlərdəndir. O, birdən elə bəlağətli oldu ki, Kaşan camaatı heyrətə gəldi. Məsələn, bütün zahiri əlamətlərlə savadsız görünən bu kişi, Kaşanda Hacı Məhəmməd Kərim Xan yanına getdi və belə bir sual verdi:

“Ağa, sən dördüncü sütunsanmı? Mən ruhani həqiqət üçün susamış bir kəsəm və Dördüncü Sütun haqqında bilmək istəyirəm”.

Orada bir neçə siyasi və hərbi rəhbərlər olduğu üçün, Hacı cavab Verdi: “Əstəğfurullah” Mən heç vaxt belə bir iddia etməmişəm. Kim ki deyir ki, etmişəm, yalan deyir; Allah ona lənət eləsin!”

Bir nüçə gün sonra Pəhləvan Rza yenı Hacını axtardı və ona dedi: “Ağa, mən yenicə sizin “İrşadul-Əvam” (Avamın hidayət olunması) kitabınızı oxuyub qurtarmışam; Mən onu başdan ayağa qədər oxumuşam; siz orada deyirsiniz ki, insan Dördüncü Dayağı və ya Dördüycü Sütunu tanımalıdır; doğrudan da, siz onu Sahib-Əz-Zamanın cəngavəri sayırsınız. Ona görə də mən onu tanımağı və qəbul etməyi çox istəyirəm. Mən əminəm ki, siz onun barəsində bilirsiniz. Yalvarıam, onu mənə göstərin”.

Hacı qəzəblənmişdi. O dedi: “Dördüncü Sütun uydurma deyil. O, hər görünən bir varlıqdır. Onun da mənim kimi, türbanı var, əba geyinir və əlində də çəliyi var”. Pəhləvan Rza ona güldü “nəzakətsizlik kimi olmasın”, o dedi, “amma sizin təliminizdə ziddiyyət var. Əvvəlcə bir şey deyirsiniz, sonra isə başqa bir şey”.

Özündən çıxmış Hacı cavab Verdi: “Mən indi məşğulam. Gəl bu məsələni sonra müzakirə edək. Bu gün məni bağışlayın”.

Məsələ burasındadır ki, Rza, o savadsız , olunan kişi, dəlil gətirməkdə “Dördüncü Sütun” kimi bir bilgili şəxsdən üstün olsun. Alləmiyi-Hilli ifadəsində o, onu Dördüncü Dayaq deyə bitirir.

Nə vaxt ki, o şir ürəkli bilik mübarizi danışmağa başlayırdı, dinləyənlər məftun olurdular və o, son nəfəsinə qədər bütün həqiqət axtaranların müdafiəçisi və köməkçisi oldu.

Nəhayət, o hər yerdə bəhai kimi tanındı, bir səyyaha çevrildi və Əbha Mələkutuna yüksəldi.

 

Onun iki qardaşına gəldikdə isə Camal`i-Mübarəkin fəzli ilə, zalımlar onları həbs etdikdən sonra onlar Ən Böyük Zindana salındılar və orada bu evsiz sərgərdanların taleyini bölüşdülər. Burada, Əkkadakı o ilk vaxtlarda, tam göz yumma, atəşli məhəbbətlə onlar Əbha Cənnətinə tələsdilər. Çünki bizim amansız zalımlar biz gələn kimi, hamımızı qalanın içərisində əsgər kazarmalarında zindana saldılar, hər bir çıxışı bağladılar ki, heç kəs gəlib-getməsin. O zaman Əkkanın havası çox zəhərli idi, hər bir yad adam, gələn kimi dərhal xəstələnirdi. Məhəmməd Bağırla Məhəmməd İsmayıl ağır bir xəstəliyə tutuldular, orada isə nə bir həkim vardı, nə də dərman. O iki nut mücəssəməsi eyni gecədə bir-birinin qolları arasında öldülər. Onlar ölümsüz Mələkuta yüksəldilər və onların arxasınca əbədi ağlayacaq dostlarını buraxdılar. O gecəni ağlamayan bir kəs yox idi.

Səhər açılanda biz onların mübarək cənazələrini oradan çıxarmaq istədik. Zalımlar dedilər: “Qaladan çıxmaq sizə yasaqdır. Siz bu iki cənazəni bizə təhvil verməlisiniz. Biz onları yuyacaq, kəfənləyəcək və dəfn edəcəyik. Amma gərək əvvəlcə bunun üçün pul ödəyəsiniz”. Vəziyyət belə idi ki, bizim pulumuz yox idi. Həzrət Bəhaullahın ayaqlarına salınan namaz xalçası vardı. O, xalçanı qaldırdı və dedi: “Bunu satın. Pulunu gözətçilərə verin”. Namaz xalçası 170 piastra satıldı və pulu onlara verildi. Lakin o iki cənazə dəfn üçün nə yuyuldu, nə də kəfənə büründü; gözətçilər sadəcə bir çala qazdılar, onları əyinlərindəki paltarla ora atdılar; belə ki, hətta indinin özündə belə, o iki qardaşın qəbri birdir, necə ki onların ruhları Əbha Səltənətində birləşib, bədənləri isə burada bir yerdədir, bir-birlərini sıx qucaqlamış halda.

Camal`i-Mübarək Öz xeyir-dualarını bu iki qardaşın üzərinə yağdırdı. Həyatda onlar Onun fəzli və lütfü ilə əhatə olunmuşdular; ölümdən sonra isə Onun Lövhlərində əbədiləşdilər. Onların məzarı Əkkadadır. Onlara salam və tərif olsun. Əbhanın bəhası, Allahın rəhməti və Onun xeyir-bərəkəti onların üzərinə olsun.

Əbül-Qasım Sultanabad

MƏHBUSARIN ARASINDA OLANLARDAN biri də Ağa Fərəcin yol yoldaşı Əbül Qasım Sultanabad idi. Bu iki şəxs iddialı və təvazökar, sədaqətli və dəyanətli idilər. Vəfalı Ruhun nəfəsindən onların ruhları canlanan kimi onlar İranda Ədirnəyə getməyə tələsdilər, çünki bədxahların qəddarlığı o qədər sakitləşmək bilmirdi ki, onlar daha öz evlərində qala bilmədilər. Piyada. Bütün bağlardan azad onlar düzlərə və təpələrə üz tutdular, keçilməz sularda, səhraların qumlarında yol axtardılar. Neçə gecələr yata bilmədilər, açıq havada qaldılar, başlarını qoymağa bir yer tapmadılar; yeməyə və içməyə bir şey olmadan, çılpaq torpaqdan başqa bir yataq tapmadan, çöl otlarından başqa bir yemək görmədən. Onlar bir təhər özlərini məcbur edib yol getdilər və Ədirnəyə yetişə bildilər. Belə oldu ki, onlar o şəhərə son günlərdə gəlib çıxdılar və başqaları ilə birlikdə həbs edildilər və Həzrət Bəhaullahı müşayiət edərək onlar Ən Böyük Zindana yola düşdülər.

Əbül-Qasım yatalaq tutdu və ağır xəstələndi. O, iki qardaş Məhəmməd Bağır və Məhəmməd İsmayılla bir vaxtda vəfat etdi, onun pak qalıqları isə Əkkanın kənarında dəfn edildiyi yerdədədir. Camal`i-Mübarək ondan razılığını bildirmişdi, dostların hamısı isə onun əziyyətləri üzərində ağladılar və kədərləndilər. Əbhanın Bəhası onun üzərinə olsun.

Ağa Fərəc

BÜTÜN BU GƏRGİNLİKLƏRDƏ Ağa Fərəc Əbül-Qasımın yoldaşı idi. İraqi-Əcəmdə olarkən, o, ilk dəfə Ən Böyük Nurun gəlişi ilə qalxmış çaxnaşmanı eşitdi, o, əsdi və titrədi, əl çaldı, həyəcanla qışqırdı və İraqa yola düşdü. Nəşədən məst olmuş halda, o, öz müqəddəs Mövlasının hüzuruna daxil oldu. O, sevgili bir yoldaşlıq toplantısına qoşulmuşvə səadət içində Həzrət Bəhaullaha xidmət etmək şərəfi qazamnmışdı. Sonra o, qayıtdı və Sultanabada xoş müjdələr apardı.

Burada bədxahlar pusquda durmuşdular, çaxnaşma qalxdı, nəticə bu oldu ki, müqəddəs Molla Başı və digər inananlar onları müdafiə edəcək bir kimsənin olmaması şəraitində ölümcül zərbələr aldılar və qətlə yetirildilər. Belə olduqda, gizlənmiş Ağa Fərəc və Əbdül-Qasım Ədirnəyə tələsdilər və axırda, payızda digərləri və öz Məhbubları ilə birlikdə, Əkka zindanına getdilər.

Ağa Fərəc Camal`i-Qədimə qulluq etmək şərəfi qazandı. O, daim Müqəddəs Astanada xidmət etdi, özü isə dostlara təsəlli idi. Həzrət Bəhaullahın zamanında o, Onun sədaqətli xidmətçisi, inananların isə yaxın sirdaşı idi və Həzrət Bəhaullahın süudundan sonra da belə idi: o, Əhdə sadiq qaldı, bəndəlik səltənətində o, ucalan bir palma kimi boy verdi. Nəcib, alicənab, bədbəxtlikdə səbrli, bütün şəraitlərdə məmnun.

İmanda və sədaqətdə möhkəm, o, bu həyatı tərk etdi və sonsuz fəzl hədəfi olmaq üçün üzünü Allahın Mələkutuna tutdu. Allahın Behiştində ona Allahın rəhməti və razılığı olsun. Cənnətin çəmənzarında ona salam və tərif olsun.

Sultanüş-Şühədanın Həyat Yoldaşı

ÖZ VƏTƏNİNİ TƏRK etmiş qadınlardan biri də Şəhidlərinin Sultanının dul həyat yoldaşı, Fatimə Bəyim idi. O, Allahın Ağacında müqəddəs bir yarpaq idi. Erkən gəncliyindən onu saysız-hesabsız bəlalar sarmışdı. Birincisi onun alicənab atasının Bədəşt ətrafında başına gələn fəlakət idi, o zaman dəhşətli əziyyətlərdən sonra o, xaraba bir karvansarayda, çətinliklə öldü–evindən uzaq və köməksiz halda.

Uşaq yetim və kimsəsiz, bədbəxt qaldı, o vaxtadək ki, Allahın fəzli ilə, Şəhidlərin Sultanının həyat yoldaşı oldu. Amma o zamanlardan Şəhidlərin Sultanı hər yerdə Bəhai kimi tanınırdı, Həzrət Bəhaullaha ehtiraslı bir məhəbbəti vardı, məst olmuş divanə bir şəxs idi, çünki Nəsrəddin şah qana susamışdı–düşmənlər pusquda durmuşdu, hər gün onlar onun əleyhinə çuğullu edirdilər, yeni böhtanlar atırdılar, yeni hay-küy qalxdı və yeni fitnələrə rəvac verdi. Bu səbədən onun ailəsi tək bir gün belə özünü təhlükəsiz hiss etmirdi, onun şəhid olcağı saatı gözləyərək və dəhşətdən üzülərək hər anı təşviş və nigarançılıqda yaşadı. Belə bir ailə idi; hər yerdə Bəhai kimi tanınırdı; onların düşmənləri isə daş ürəkli zalımlar idi; hökumətləri isə yumşalmadan, daim onların əleyhinə idi; onların hökmdarı isə qana susamış quduz idi.

Bu aydındır ki, belə bir ailənin həyatı necə olardı. Hər gün yeni bir hadisə, yeni çaxnaşma, ayrı bir hay-küy, onlar bircə dəfə belə dinc nəfəs çəkmədilər. Sonra isə onu şəhid etdilər. Hökumətin o qədər qəddar və vəhşi oması üzə çıxdı. İnsan nəsli nalə çəkdi və tirtədi. Onun bütün əmlakı çalınıb-talandı, ailəsi isə gündəlik çörəyə möhtac qaldı.

Fatimə gecələrini ağlamaqla keçirdi; Sübhə qədər onun yeganə həmdəmi göz yaşları idi; Uşaqlarına hər baxanda o, ah çəkir, üzücü kədər içində şam kimi əriyirdi. Amma onda o, Allaha şükr edər və deyərdi: “Həmd olsun Rəbbə, bu ölüm iztirabları, bu sınmış talelər Həzrət Bəhaullaha görədir, ancaq Onun əziz xatirinədir”. O, şəhid Hüseynin köməksiz və müdafiəsiz ailəsini yadına salırdı ki, onlar Allahın yolunda necə fəlakətlərə düçar olmaq imtiyazına çatmışdılar. O hadisələrin üzərində düşündükcə, onun ürəyi atlanar, o, ucadan deyərdi: “Həmd olsun Allaha! Biz də Peyğəmbərin ailəsinin yoldaşları olmuşuq”.

Ailə belə bir sıxıntıda olduğu üçün Həzrət Bəhaullah əmr etdi ki, onlar Ən Böyük Zindana gəslinlər ki, bol fəzl məkanında pənah tapsınlar, baş verənlərin əvəzi olan mükafat alsınlar. O, bir müddət burada sevinc və şükranlıq içində, Allahı tərif edərək yaşadı. Hərçənd Şəhidlərin Sultanının oğlu Mirzə Əbdül-Hüseyn zindanda öldü, amma onun anası Fatimə yenə də, bunu qəbul etdi, özünü Allahın iradəsinə təslim etdi, o qədər ah-nalə etmədi, yasa batmadı. Öz kədərini danışmaq üçün bir kəlmə belə danışmadı.

Allahın bu kənizi son dərəcə səbrli, ləyaqətli, təmkinli və həmişə də şükrlü idi. Lakin Həzrət Bəhaullah bu dünyanı tərk edəndə və bu ən böyük dərd idi, sonsuz bir ağrı idi, o, daha dözə bilmədi. Onun sarsıntısı və həyəcanı elə idi ki, sudan çıxarılmış balıq kimi o, yerdə qıvrıldı, bütün varlığı silkələnirmiş kimi, əsdi və titrədi, o vaxtadək ki, uşaqlarını tərk etdi və vəfat etdi. O, Allahın mərhəmət kölgəsinə uçub getdi və nur dəryasına qərq oldu. Ona salam və tərif olsun, şəfqət və bəha olsun. Allah onun uyuduğu yeri Öz səmavi mərhəmətinin yağmurları ilə şirin etsin; Sidrətül-Müntəhanın kölgəsində onu sakin etməklə şərəfləndirsin.

Odur Allah!

Sən görürsən, İlahi, Sənin sevimlilərinin yığıncağı, dostlarının toplantısı Sənin hamıya kifayət edən Məqamının həndəvərində, Sənin uca bağının yanında, Sənin Rizvan Ziyafətinin günlərinin birində−o mübarək vaxtda ki, Sən dünyanın üfüqündən doğdun, Öz müqəddəslik şüalarını onun üzərinə saldın, Öz təkliyinin parlaq şüalarını hər yana yaydın, bəşəri saran əzəmət və qüdrətlə; hamını Sənin önündə səcdə etdirən, bütün başları təzim etdirən, hər bir boyunu əydirən, hər bir insanın nəzərini yerə dikdirən cəlalınla Bağdaddan çıxdın. Onlar Səni xatırlayır və Səni zikr edirlər, onların köksü Sənin bəxşişlərinin nurları ilə şadlanıb, qəlbləri Sənin tərifini söyləyərək, üzlərini Sənin Mələkutuna döndərərək, mütiliklə Sənin uca Səltənətlərinə yalvararaq Sənin lütflərinin dəlili ilə dirçəlib.

Onlar buraya Sənin parlaq və müqəddəs Sənin Yaşıl Cənnət Ağacının yarpağını, bir nurlu varlığı, ruhani cövhəri, daim sənin acıyıcı şəfqətini istəyən kənizini anmaq üçün cəmləşiblər. o, doğulanda İlahi hikmət qollarına düşmüş, yəqinlik köksününün südündən qidalanmışdı; o, iman beşiyində pərvəriş tapmış, Sənin məhəbbətinin ağuşunda sevinmişdi, ey mərhəmətli, ey şəfqətli Rəbb! Və təkliyin şirin rayihələrinin hər yana yayıldığı evdə böyüyb həddi-büluğa çatmışdı. Lakin hələ qız ikən, Sənin yolunda ona bəla gəldi, talesizlik ona hücum etdi, Sən ey Bəxşedən, müdafiəsiz gəncliyində isə, Sənin gözəlliyinə məhəbbət naminə o, kədər və ağrı camından içdi, Sən ey Bağışlayan!

Ey mənim Allahım, Sənin yolunda sevinclə yaşadığı fəlakətləri, Sənin məhəbbətində ləzzət saçan üzlə qarşılaşdığı imtahanları Sən bilirsən. Neçə gecələr, o zaman ki, başqaları öz yumşaq yataqlarında dincələrkən, o, ayıq idi, müti bir halətdə Sənin səmavi Səltənətinə yalvarırdı. Sənin insanların, Sənin qoruyucu qayğın altında nə qədər günlərini keçirərkən, Sənin övliyalarının başına gələnlərə görə onun ürəyi təlaşa düşdü.

Ey mənim Rəbbim, onun günləri və illəri keçdi, səhərin şəfəqini görəndə o, Sənin bəndələrinn kədərinə ağladı, axşamın kölgəsi düşəndə isə hönkürdü və nalə etdi, Sənin əsirlərinin başına gələnlər üçün şiddətli əzabdan yandı. Və o, bütün gücü ilə Sənə xidmət etmək üçün, Sənin rəhmət Səmandan rica etmək, müti halda Sənə yalvarmaq, ürəyini Sənə bağlamaq üçün qalxdı. Və o, müqəddəsliyə bürünərək üzə çıxdı, libası Sənin insanlarının təbiəti ilə ləkələnməmiş halda, Sənin bəndənlə nigaha girdi, o kəs ki, ona Sən ən qiymətli bəxşişlərini əta etdin, o kəs ki, onda Öz sonsuz mərhəmətinin əlamətlərini zahir etdin, o kəs ki, üzünü Sənin bəha Səltənətində əbədi nurla işıqlandırdın. O kəslə evləndi ki, onu Sən vüsal məclisində yerləşdirdin, Mələyi-Əlada olanlardan biri; o kəs ki, Sən ona bütün səmavi qidalardan yedizdirdin, o kəs ki, üzərinə Öz nemətlərini və bərəkətlərini yağdırdın, o kəs ki, üzərinə ləqəb bəxş etdin: Şəhidlərin Sultanı.

Və o, bir neçə il o aşkar Nurun hifzi altında sakin oldu və cani-dildən o, Sənin müqəddəs və nurlu Astananda xidmət etdi, Sənin gələn bütün sevimlilərin üçün yemək hazırlamaq, istrahət yeri və yataq hazırlayardı və onun bundan başqa sevinci yox idi. Sənin gözəlliyin xatirinə, Sənin razılığını qazanmaq üçün o, Sənin hər bir kənizin önündə müti və itaətkar idi, hər birinə tabe olar, hər birinə cani-dildən, bütün varlığı ilə qulluq edərdi. Onun Evi Sənin adınla tanınana və Sənə məxsus bir kəs kimi onun ərinin şanı hər yana yayılana qədər, Sənin bu qüdrətli müdafiəsinin davamlı xeyir-dualarından Səəd Torpağı( İsfahan) sevincdən əsdi və titrədi. Səni tanımağın ətirli otları və Sənin kərəminin qızıgülləri açılmağa başladı və böyük sayda insanlar Səin mərhəmət sularına yönəldildilər.

Sonra Sənin məxluqlarından rəzil və cahillər onun əleyhinə qalxdılar, zülm və kinlə onun ölümünə fitva verdilər; insafdan uzaq, ağır zülmlə onlar onun təmiz qanını tökdülər. Parlayan qılınc altında o, alicənab şəxsiyyət Səni çağırdı: “Sənə, ey mənim Allahım, həmd olsun ki, Vəd olunmuş Gündə bu aşkar fəzlə yetişməkdə mənə kömək etdin; Sən torpağı mənim qanımla qızartdın, onu Sənin yolunda tökdün ki, ondan al-qırmızı güllər cücərsin. Lütf və fəzl Sənindir, bütün aləmdə mənin ən çox arzu etdiym o bəxşişi mənə əta eylə. Şükrlər olsun Sənə ki, mənə yardım etdin, məni təsdiq etdin, Zühur Günündə, şəhidlik saqisinin əlindən həzlər məclisində kafur çeşməsindən dolub-daşan piyalədən mənə içirdin. Sən, həqiqətən, fəzl Sahibi, Səxavətli və Əta Edənsən”.

Onlar onu öldürdükdən sonra isə şahanə evinə qəsb etdilər. onlar yırtıcı canavarlar kimi, ova hücum edən şirlər kimi hücum etdilər, soydular, talan və qarət etdilər, bahalı mebelləri, bəzəkləri və daş-qaşları çaldılar. Onun şəhid olması xəbəri yayılanda və uşaqların ürəkləri təşvişdən partlayaraq qışqıranda bu hücum baş verdi; onlar hönkürür və göz yaşları tökürdülər, o parlaq evdən matəm səsləri gəlirdi, lakin onların halına ağlayan, onların halına yanan, yazığı gələn bir nəfər yox idi. Əksinə onların içində olduqları zülm qaranlığı daha da qatılaşdı, insafsızlıq Cəhənnəmin atəşi əvvəlkindən daha şiddətli yandı; yaman əhli gətirmədiyi bir işgəncə, vurmadığı bir iztirab qalmadı. Bu müqəddəs yarpaq isə, o və onun körpələri onlara qahmar çıxan və qalxan olan bir kəs olmadan, qafillərin qərəzi ilə üzləşərək zalımların əlində qaldılar.

Yeganə munisi göz yaşları, yoldaşı isə onun hünkürtüləri olmaqla; əzabla həmdəm olaraq, dost üçün qəm yeməkdən başqa bir şeyi olmayaraq günləri keçdi; amma bütün bu əzablarda, İlahi, o, Səni sevməkdən dayanmadı; O, bu ağır imtahanlarda Səndən kəsilmədi, ey mənim Məhbubum. Hərçənd fəlakətlər bir-birinin ardınca gəldi, narahatlıqlar onu hər yandan bürüdü, o, onların hamısını çəkdi, o, onların hamısına səbrlə dözdü, onlar onun üçün Sənin hədiyyən, bəxşişlərindi və bütün o ağır iztirabında–Sən ey ən gözəl adların Maliki–Sənin tərifin onun dodaqlarından düşmürdü.

Sonra o, vətənini, rahatlığını, yuvasını və sığınacağını tərk etdi, quşlar kimi, balalarını götürdü və bu parlaq və müqəddəs Torpağa qanad çaldı ki, burada o, yuva qursun və quşlar kimi Səni tərənnüm etsin və özünü bütün gücü ilə Sənin məhəbbətinə həsr etsin, bütün varlığı ilə, cani-dildən Sənə xidmət etsin. O, Sənin hər bir kənizin önündə müti, Sənin Əmrinin bağının hər bir yarpağı qarşısında təvazökar idi, Səndən başqa hər şeydən ayrılmış, Sənin zikrinlə məşğul idi.

Onun hönkürtüsü səhərlər asimana qalxır, dualarının şirin avazı gecələr və parlaq gündüzlər eşidilirdi, o vaxtadək ki, o, Sənə qayıtdı, Sənin Mələkutuna uçdu; Sənin Astananda pənah axtararaq getdi və Sənin əbədi səmana pərvaz etdi. Ey mənim Rəbbim, Sənin gözəlliyini seyr etməklə onu mükafatlandır, onu Sənin əbədiyyət süfrəndən qidalandır, Öz yanında ona yuva ver, Özün istədiyin və razı olduğun kimi, Sənin müqəddəslik bağlarında onu saxla.Onun yerini mübarək eylə, Öz səmavi Ağacının kölgəsində onu hifz eylə; İlahi, onu Sənin tanrılığının köşkünə (çadırına) yönəlt, onu öz əlamətlərindən biri, Sənin işıqlarından biri eylə.

Həqiqətən, Sən Səxavətli, Əta Edən, Bağışlayan və Mərhəmət Sahibisən.

Anchor 1
Anchor 2
Anchor 3
Anchor 4
Anchor 5
Anchor 6

Şəmsüd-Züha

XURŞUD BƏYİM, ONA Şəmsüd-Züha ləqəbi verilmişdi, Şəhidlərin Sultanının qaynanası idi. Allahın bu bəlağətli, şövqlü kənizi atası tərəfdən, o şəhərin başçısı kimi şöhrətlənmiş məşhur Məhəmməd Bağır İsfahaninin əmisi qızı idi. Hələ uşaq ikən o, hər iki valideynlərini itirmişdi, o, şanlı və alim müctəhidin evində nənəsi tərəfindən böyüdülmüş, elmin müxtəlif sahələrində, ilahiyyatda, elmlərdə və sənətdə yaxşı təlim almışdı.

Həddi-büluğa çatanda Mirzə Hadi Nəhri ilə evlənmidi; özü də, əri də o böyük nurun, üstün və görkəmli Seyid Kazım Rəştinin mistik təlimlərinə möhkəm cəzb olunduqlarından, onlar Mirzə Hadinin qardaşı Mirzə Məhəmməd Əli Nəhrinin müşayiəti ilə Kərbəlaya yollandılar. Onlar burada Seyidin dərslərində oturardılar, onun biliyini elə mənimsəyərdilər ki, bu kəniz Allahlığa, Yazılara və onların batini mənalarına aid məsələlərdə hərtərəfli məlumata malik oldu. Bu cütlüyün iki uşağı vardı, bir qız, bir oğlan. Oğullarının adı Seyid Əli, qızlarının isə adı Fatimə Bəyim idi, bu o qız idi ki, böyüyəndən sonra Şəhidlərin Sultanı ilə ailə qurdu.

Uca Rəbbin səsi Şirazda yüksələndə Şəmsüd-Züha Kərbəlada idi və o, “Ləbbeyk” deyə bu səsə cavab verdi. Əri və qardaşına gəldikdə isə, onlar dərhal Şiraza yola düşdülər; çünki onların hər ikisi İmam Hüseynin məqamını ziyarət edəndə Nöqteyi-Əlanın (İlkin Nöqtənin) gözəlliyinə baxmışdılar; hər ikisi o gözəl çöhrədə, o səmavi sifət və tərzlərdə gördüklərindən heyrətə düşmüş və razılaşmışdılar ki, belə bir Kəs doğrudan da çox böyük bir Varlıq olmalıdır. Nəticədə onlar Onun İlahi çağırışını eşidən kimi “Ləbbeyk” deyə cavab verdilər və Allaha məhəbbət yanğısı ilə alovlandılar. Bundan əlavə, onlar hər gün Seyidin dərs verdiyi o müqəddəs yerdə olmuş və onun dediyini aydın eşitmişdilər: “Zühur yaxındadır, ən zərif, ən incə məsələ. Hər kəs aramalı, axtarmalıdır, zira ola bilər ki, Vəd Olunmuş indi insanların arasındadır, hətta indi görünür, amma Onun ətrafındakıların hamısı qafildirlər, diqqətsizdirlər, gözləri bağlıdır, necə ki, hədislərdə xəbər verilib”.

Bu iki qardaş İrana yetişəndə eşitdilər ki, Həzrət Bab Məkkəyə ziyarətə gedib. Ona görə də Seyid Məhəmməd Əli İsfahana getdi, Mirzə Hadi isə Kərbəlaya qayıtdı. Bu arada Şəmsüd-Züha “Behiştin Yarpağı” ilə, Molla Hüseynin, Bab`ül`Babın bacısı ilə dostlaşdı. O xanımın vasitəsilə O, Tahirə ilə−Qürrətül-Eyn−görüşdü və vaxtının çox hissəsini onların hər ikisi ilə həmdəm olmaqla keçirdi, Əmrin təbliği ilə məşğul oldu. Bu vaxtlar Əmrin erkən dövrü olduğundan, insanlar ondan hələ qorxmurdular. Tahirənin yanında olmaqdan Şəms ölçüyəgəlməz fayda götürdü, həmişəkindən daha çox Əmr barəsində alovlandı. O, üç il Tahirə ilə sıx yaxınlıqda Kərbəlada keçirdi. Gecə və gündüz o, Mərhəmət Sahibinin nəsimləri ilə dəniz kimi çalxalandı, və bəlağətli bir dillə təbliğ etdi.

Tahirə Kərbəlada şan-şöhrət tapdı və Zati Müqəddəsləri Həzrət Babın Əmri bütün İrana yayıldı, axır-zaman üləmaları onu inkar etmək, ona nifrət yağdırmaq və məhv etmək üçün qalxdılar. Onlar fitva verdilər və ümumi qətliyama çağırdılar. Tahirə o şeytan üləmalar tərəfindən şəhərin kafirlərindən biri kimi elan edilmişdi və səhvən düşünürdülər ki, o, Şəmsüd-Zühanın evindədir. Onlar Şəmsin evinə basqın etdilər, onu mühasirəyə aldılar, söyüb təhqir etdilər, ağır bədən xəsarətləri vurdular. Onlar onu evdən sürüyüb çıxardılar, və küçələrdən keçirib bazara gətirdilər və dəyənəklə döydülər;onu daşladılar, pis sözlərlə təhdid etdilər, dəfələrlə üstünə hücum çəkdilər. Bunlar baş verərkən, Hacı Seyid Mehdi, Onun görkəmli ərinin atası bu mənzərənin üstünə gəlib çıxdı. “Bu qadın Tahirə deyil!” deyə onlara qışqırdı. Lakin bunu sübut etmək üçün şahidi yoxdu. Fərraşlar, polis və qaragüruh əl çəkmək istəmirdi. Birdən, hüy-küy içindən bir səs ucaldı: “Qürrətül-Eyni tutublar!” Bundan sonra onlar Şəmsüd-Zühanı buraxdılar.

Tahirənin evinin qapısında gözətçilər qoyulmuşdu və heç kəsin girib-çıxmasına icazə vermirdilər, səlahiyyətlilər isə Bağdaddan və İstanbuldan göstəriş gözləyirdilər. Gözləmə müddəti uzandığından, Tahirə Bağdada getmək üçün izn istədi. “Qoyun oraya özümüz gedək”, onlara dedi. “Biz hər şeyə təslim olmuşuq. Bizə nə olursa, olanın yaxşısı və ən xoşudur”. Hökumətin icazəsi ilə Tahirə, Behişt Yarpağı, anası və Şəmsüd-Züha hamısı Kərbəlanı tərk etdilər və Bağdada getdilər, lakin kütlə ilan kimi bir qədər onların arxasınca düşdü, biz az uzaqdan onları daşladılar.

Bağdada çatanda onlar Məhəmməd Mustafanın atası Şeyx Məhəmməd Şiblin evində yaşamağa getdilər; orada qapıya çoxlu insan toplaşdığından və məhəllədə böyük hay-küy qopduğundan, Tahirə başqa bir yerə, öz mənzilinə köçdü və davamlı olaraq Əmri təbliğ etdi və Allahın Sözünü bəyan etdi. Burada üləmalar, şeyxlər və başqaları onu dinləməyə gələr, ondan sual soruşub cavab alardılar və tezliklə o, ən mücərrəd və ən dərin ilahiyyat məsələlərini izah edərək Bağdadda məşhur oldu.

Onun söz-söhbəti hökumət dairələrinə çatanda, Onlar Tahirəni, Şəmsüd-Zühanı və Yarpağı Muftinin evinə keçirdiər və İstanbuldan onların işi barədə bir xəbər gələnə qədər üçü orada qaldılar. Tahirə Müftinin evində qaldığı müddətdə vaxtının çoxu, batini həqiqətlərin mürəkkəbliklərini çözməklə Təlimlərə aid sübutların gətirilməsi, Rəbb Allaha aid sualların izahı, Qiyamət Günü, Tərəzi və Haqq-Hesab barədə mükalimələrlə onunla danışmaqla keçirdi.

Bir gün Müftinin atası oraya gəldi və onları bərk və xeyli təhqir etdi. Bu müftini utandırdı və atası üçün üzr istəməyə başladı. Sonra dedi: “Sənin cavabın İstanbuldan gəlib. Sultan səni azad buraxıb, lakin bir şərtlə ki, bu diyarları tərk edib gedəsən”. Ertəsi gün səhər onlar Müftinin evini tərk etdilər və hamama getdilər. Bu arada Şeyx Məhəmməd Şibl və Şeyx Sultan Aran onların səfəri üçün lazımi hazırlıqları gördülər, üç gün keçdi və onları Bağdaddan çıxdılar: yəni Tahirə, Şəmsüd-Züha, Behiştin Yarpağı, Mirzə Hadinin anası və bir neçə seyid İrana yola düşdülər. Onların səfər məsrəflərini Şeyx Məhəmməd Verdi.

Onlar Kirmanşaha gəldilər, burada qadınlar bir evdə, kişilər isə başqa bir evdə yerləşdilər. Təbliğ işi daim gedirdi və üləmalar bundan xəbər tutan kimi əmr etdilər ki, bu dəstə dağıdılsın. Bunun əsasında, qəsəbənin başçısı bir izdihamla evə soxuldular və onların əşyalarını götürdülər; sonra isə müsafirləri açıq hovdalara mindirib şəhərdən çıxardılar. Onlar çöllüyə gəlib çıxanda, qatırları sürənlər onları yerə düşürdülər və çıxıb getdilər, heyvanları və hovdaları da apardılar; onları yeməksiz və əşyalarsız, sığınacaqsız qoydular.

Belə olduqda, Tahirə Kiramanşahın hakiminə məktub yazdı. “Biz yolçu”, o, yazırdı, “sizin şəhərinizin qonaqları idik. Peyğəmbər buyurur ki, “inanmayan (kafir) olsa da, qonağa ehtiram göstərin”. Bu düzdürmü ki, qonaq belə rədd edilsin və talan edilsin?” Hakim əmr verdi ki, oğurlanmış mallar bərpa edilsin və hər şey sahiblərinə qaytarılsın. Odur ki, qatırları qaçıranlar da geri gəldilər, yolçuları yenə də hovdalara oturtdular, onlar da Həmədana getdilər. Həmədanlı xanımlar, hətta şahzadə xanımlar belə, hər gün o şəhərdə iki ay qalmış Tahirəni görməyə gəldilər. Burada o, bəzi yol yoldaşlarını buraxdı ki, onlar Bağdada qayıda bilsinlər. qalanları isə onu Qəzvinə müşayiət etdilər.

Onlar yol gedərən, bir neçə atlı, Tahirənin qohumları, yəni qardaşları, yaxınlaşdılar. “Biz atamızın göstərişi ilə gəlmişik ki”, onlar dedilər, “ancaq onu aparaq”. Lakin Tahirə imtina elədi və bütün dəstə Qəzvinə gələnə qədər bir yerdə oldu. Burada Tahirə atasının evinə getdi, süvari və piyada gələn dostlar isə karvansarayda yerləşdilər. Şəmsüd-Zühanın əri Mirzə Hadi Makuya, Həzrət Babı axtarmağa getdi. Qayıdanda o, Şəmsin Qəzvinə gəlməsini gözlədi, sonra hər ikisi İsfahana getdi, onlar oraya çatanda isə, Mirzə Hadi Bədəştə yollandı. O, kənddə və onun ətrafında, ona hücum edildi, ona əzab-əziyyət verdilər, hətta daşladılar, elə sınaqlara məruz qoyduar ki, axırda o, xaraba bir karvansarayda öldü. Onun qardaşı Mirzə Məhəmməd Əli onu orada, yolun kənarında dəfn elədi.

Şəmsüd-Züha İsfahanda qaldı. O, gündüz və gecəsini Allahın zikri və Onun Əmrini o şəhərin qadınlarına təbliğ etməklə keçirirdi. Ona bəlağətli bir dil əta edilmişdi; onun nitqini eşitmək ecazkar idi. Ona İsfahanın tanınmış qadınları tərəfindən yüksək dərəcədə ehtiram göstərildi, onun möminliyini, dindarlığını, həyatının paklığı ilə onu tərifləyirdilər. O, ismətin təcəssümü idi; onun bütün vaxtı Müqəddəs Yazıları oxumaqla, Mətnləri izah etməklə. ən mürəkkəb ruhani məsələləri çözməklə, Allahın şirin rayihlərini hər yana yaymaqla keçirdi.

Məhz bu səbədən idi ki, Şəhidlərin Sultanı onun hörmətli qızı ilə evləndi və onun kürəkəni oldu. Şəms onun şahanə evində yaşamağa gedəndə, insanlar onun qapısına toplaşırdılar, çünki şəhərin hörmətli qadınları, yad olsun ya dost, yaxın olsun ya uzaq, gəlib-gedirdilər. Çünki o, Allaha məhəbbət oduna tutuşmuşdu, Allahın Sözünü böyük eşq və şövqlə bəyan edirdi və nəticədə o, inanmayanlar arasında Fatimə, Bəhailərin Nur Xanımı kimi tanındı.

Beləcə vaxt keçdi, o günədək ki, “Əfi İlan”la “Qurd” əlbir oldular və Şəhidlərin Sultanının ölümünə fitva verdilər. Onlar həmçinin şəhərin Hakimi ilə də hiylə qurdular ki, onun malik olduğu o bütün böyük sərvəti qarət və talan etsinlər və çalıb aparsınlar. Sonra Şah da bu iki yırtıcı heyvanla əlbir oldu və o, əmr verdi ki, hər iki qardaşın, Sultanüş-Şühədanın və Məhbubiş-Şühədanın qanları axıdılsın. Xəbərdarlıq etmədən o iki qəddar adam: Əfi ilanla Qurd və onların qəddar fərraşları ilə ajanlar hücum etdilər; onlar iki qardaşı zəncirlədilər, zindana apardılar, zəngin şəkildə təchiz olunmuş evlərini qarət etdilər, bütün əmlaklarını əllərindən aldılar, heç kəsə, hətta südəmər körpələrə belə aman vermədilər. bu qurbanların qohumlarını və digər ailə üzvlərinə işgəncə verdilər, söydülər, təhqir etdilər, ələ saldılar, döydülər və hələ də əllərini saxlamadılar.

Parisdə olarkən, Züllüs-Sultan, aşağdakıları nəql etmiş və bunların həqiqət olduğuna and içmişdi. “Mən dəfələrlə Peyğəmbərin Evinin o iki böyük pöhrəsini xəbərdar etdim, lakin heç bir faydası olmadı. Nəhayət bir gecə mən onları çağırdım, son dərəcə israrla onlarla xeyli danışdım: “Ağalar, Şah sizi üç dəfə ölümə məhkum edib. Onun fərmanları gəlməkdə davam edir. Hökm qətidir və sizin üçün açıq ancaq bir yol var: siz üləmaların qarşısında özünüzü təmizə çıxarmalı və Dininizi lənətləməlisiniz”. Onların cavabı belə oldu: “Ya Bəhaül-Əbha! Ey Əbhanın Bəhası! Bizim canımız fəda olsun!” Nəhayət mən onların öz dinlərini lənətləməmələrinə razı oldum. Onlara dedim ki ancaq bunu desinlər: “Biz Bəhai deyilik”, “Ancaq bu bir-iki söz” mən dedim, “kifayət edər; sonra da mən şaha hesabat yazaram, siz də xilas olarsınız”. “Bu mümkün deyil”, onlar dedilər, “çünki biz bəhaiyik. Ya Bəhha`ül-Əbha, bizim ürəklərimiz şəhidlik üçün acdır! Ya Bəha`ül-Əbha!” Onda mən qəzəbləndim və onlara kobudluq edərək onları dindən döndərməyə çalışdım, lakin bu mənasız idi. Yırtıcı əfi ilanla Qurdun və Şahın hökmü yerinə yetirildi.

Bu iki qardaş şəhid olandan sonra Şəmsüd-Zühanı axtarmağa başladılar və o, da qardaşının evində sığınacaq tapmağa məcbur oldu. O, inanan olmasa da, İsfahanda dürüst, mömin və Allah adamı kimi, elm adamı kimi tanınırdı, zahid, tərki-dünya özünə qapalı bir şəxs olduğu üçün hamı ona ehtiram göstərir və etibar edirdi. O, burada qardaşı ilə qaldı, lakin hökumət onun izini buraxmadı, nəhayət onun yerini tapdı və üzə çıxmasını istədi; üləmalar vardı və hökumət səlahiyyətliləri ilə əlbir olmuşdular. Ona görə də qardaşı Şəmsüd-Zühanı hakimin evinə müşayiət etməyə məcbur qaldı. O, bayırda qaldı, bacısını isə qadınların otağına göndərdilər; Hakim oraya, qapıya gəldi, onu elə vəhşicəsinə vurdu və tapdaladı ki, o, huşunu itirdi. Sonra o, arvadının üstünə qışqırdı: “Şahzadə, şahzadə, buraya gəl və Bəhailərin Nur Xanımına bax!”

Qadınlar onu qaldırdılar və otaqlardan birinə apardılar. Bu arada onun qardaşı sarsılmış halda çöldə gözləyirdi. Nəhayət, onu yola gətirməyə çalışaraq o, Hakimə dedi: “Mənim bacım elə bərk döyülüb ki, artıq ölüm ayağındadır. Onun burada saxlamağın nə faydası var? Onun indi onsuz da sağalmasına ümid yoxdur. İcazənizlə, mən onu öz evimə aparım. Onun orada ölməsi burada ölməsindən yaxşıdı, çünki, hər halda o, Peyğəmbərin törəməsidir, Məhəmmədin ali nəslindəndir və o, heç bir səhv iş tutmayıb. Onun əleyhinə kürəkəni ilə qohumluğundan başqa heç bir şey yoxdur”. Hakim cavab verdi : “o, Bəhailərin böyük başçılarından və qəhrəmanlarından biridir. O, sadəcə başqa bir çaxnaşmaya səbəb olacaq”. Qardaşı dedi: “Mən sizə söz verirəm ki, o, bircə kəlmə belə danışmayacaq. Yəqindir ki, bir neçə günün içində o, artıq sağ olmayacaq. Onun cismi zəifdir, yarımcandır, ona dəhşətli xəsarət dəyib”.

Qardaşına, istər aşağı, istər yuxarı zümrədən olsun, böyük hörmət olduğundan və etibar edildiyindən, Hakim Şəmsüd-Zühanı azad etdi və qardaşının zəmanətinə verdi. O, bir müddət hönkürərək, qəm yeyərək, göz yaşları axıdaraq, ölülərinə matəm tutaraq onun evində yaşadı. Nə qardaşının dincliyi vardı, nə də düşmənlər onları rahat buraxırdılar; hər gün yeni bir çaxnaşma, yeni bir hay-küy vardı. Qardaşı nəhayət, fikirləşdi ki, ən yaxşısı Şəmsi Məşhədə ziyarətə göndərməkdir, bu ümidlə ki, camat arasındakı iğtişaşlar sakitləşsin.

Onlar Məşhədə getdilər və İmam Rzanın Məqbərəsinin yanında bir boş evdə yerləşdilər.

Çünki o, elə mömin bir insan idi, qardaşı hər səhər Məqbərəyə gedər, demək olar ki, günortaya qədər orada ibadətlə məşğul olardı. Günortadan sonra da o, yendiən Müqəddəs Yerə gedər, axşama qədər dua edərdi. Ev boş olduğu üçün Şəmsüd-Züha müxtəlif qadın inananlarla əlaqə yarada bildi və onlarla ünsiyyət etməyə başladı; Allaha məhəbbət onun ürəyində o qədər parlaq yandığı üçün, o, sükut edə bilmədi və qardaşının evdə olmadığı saatlarda ev canlandı. Bəhai qadınları orada toplaşar və onun aydın və bəlağətli nitqinə qulaq kəsilərdilər.

O zamanlar inananlar üçün həyat Məşəddə çox çətin idi, bədxahlar daim ayıq idilər; onlar kimdənsə şübhələnən kimi onu öldürüdülər. Heç bir təhlükəsizlik yox, əmin-amanlıq yox idi; Amma Şəmsüd-Züha özünü saxlaya bilmədi. Başına gətirilən dəhşətli fəlakətlərə baxmayaraq, o, təhlükəyə fikir vermədi, özünü atəşə ya dənizə atmaq gücünə malik idi. Qardaşını heç kəs ziyarət etmədiyi üçün nə baş verdyindən xəbərsiz idi. O, gecə və gündüz ancaq evdən Məqbərəyə, Məqbərədən evə gedirdi. O, guşənişin idi, dostu yoxdu, başqası ilə danışmazdı. Amma bir gün gəldi, gördü ki, şəhərdə narahatlıq baş qaldırıb, bildi ki, bu ciddi ziyanla qurtaracaq. O, o qədər sakit və səssiz idi ki, bacısını töhmətləmədi; onu xəbərsiz sadəcə Məşhəddən çıxardı və onlar İsfahana gəldilər. Burada bacısını onun öz qızının, Şəhidlərin Sultanının yanına göndərdi, çünki onu daha öz evində saxlaya bilməzdi.

Beləcə, Şəmsüd-Züha İsfahana qayıtdı, cəsarətlə Əmri təbliğ etdi və Allahın rayihələrini hər tərəfə yaydı. Onun ürəyindəki məhəbbət o qədər ehtiraslı idi ki, eşidən qulaq tapan kimi onu danışmağa vadar etdi. Şəhidlərin Sultanının evini yeni fəlakətlər gözlədiyi hiss olunan kimi və İsfahanda onlar şiddətli bədbəxtliklərə düçar olduqları üçün Həzrət Bəhaullah istədi ki, onlar Ən Böyük Zindana gəlsinlər. Şəmsüd-Züha Şəhidlərin Sultanının dul xanımı və onun uşaqları ilə birlikdə Müqəddəs Torpağa gəldilər. Onlar burada sevincli günlər keçirirdilər, bu zaman Şəhidlərin Sultanının oğlu Mirzə Əbdül-Hüseyn, İsfahanda məruz qaldığı dəhşətli əzab-əziyyətlərin təsirindən, vərəmə tutuldu və Əkkada vəfat etdi.

Şəmsüd-Züha çox məhzun idi. O, onun yoxluğundan hüznlənir, onun həsrətindən əriyirdi və bu daha da dərinləşdi, çünki bu zaman Ən Böyük Dərd gəldi, iztirabın son həddi çatdı. Onun həyat təməli sarsıldı; onu kədər şam kimi əritdi. O qədər zəiflədi ki, yatağa düşdü və hərəkətsiz qaldı. Amma yenə də dincəlmədi, bir an da sükut etmədi. O, keçmiş günlərdən, Əmrdə baş verən şeylərdən danışar, ya Müqəddəs Yazılardan iqtibaslar edər, ya dua edər, və minacatlar oxuyardı–ta o günədək ki, Ən Böyük Zindandan Allahın aləminə uçub getsin. O, bu əzab-əziyyətin torpaq uçurumundan pak cahana tələsdi; o, yır-yığış edib nurlar diyarına köçdü. Ona, Qüdrətli Rəbbinin şəfqət sığınacaqında salam və tərif, ən böyük rəhmət olsun.

Tahirə

İSMƏTLİ VƏ MÜQƏDDƏS bir qadın, bənzərsiz gözəlliyin nişanəsi və əlaməti, İlahi eşqin yanan məşəli, Onun bəxşiş çırağı Cənabi Tahirə idi. Onun adı Ümmü-Səlma idi. O, Qəzvin müctəhidi Hacı Molla Salehin qızı idi, əmisi isə o şəhərin imam-cüməsi Molla Tağı idi. Onlar onu Molla Tağının oğlu Molla Məhəmmədə ərə verdilər, üç uşağı oldu−iki oğlan, bir qız; hər üçü onların anasını saran fəzldən məhrum idilər, heç biri Əmrin həqiqətini tanıya bilmədi.

 

Hələ uşaq ikən atası ona müəllim tutmuşdu, o, elm sənətin müxtəlif sahələrində təlim aldı, ədəbi axtarışlarında əhəmiyyətli nailiyyətlər qazandı. Onun alimliyi və biliyi o dərəcədə idi ki, atası çox vaxt təəssüfün ifadə edərək deyərdi: “o, oğlan olsaydı, mənim evimi işıqlandırardı və mənim yerimi tutardı.

Bir gün o, xalası oğlu Molla Cavadın evində qonaq idi, xalası oğlunun kitabxanasında Şeyx Əhməd Əhsainin bəzi yazılarına rast gəldi. Onun dediklərindən həzz alaraq Tahirə o yazıları qaytarmaq şərtilə evə götürməyə icazə istədi. Molla Cavad kəskin etiraz etdi və dedi: Sənin atan bu qoşa nurların, Şeyx Əhmədlə Şeyx Kazımın düşmənidir. Əgər o, hətta təsəvvür etsə ki, bu iki böyük Şəxsiyyətin sözləri, o varlıqların bağlarından hansınasa bir qorxu sənin yoluna çıxıb, o, mənə qəsd edər, sən də onun qəzəbinə tuş gələrsən”. Tahirə belə cavab verdi: “Uzun zamandır ki, çən bunlar üçün susuzam; bu izahlar, bu batini mənaları axtarmışam. Bu kitablardan səndə nə varsa. Mənə ver. Əgər atam qəzəblənərsə, buna fikir vermə”. Odur ki, Molla Cavad Şeyxin və Seyidin yazılarını ona göndərdi.

 

Bir gecə Tahirə atasını kitabxanada tapdı və onunla Şeyx Əhmədin təlimlərindən danışmağa başladı. Şeyxin təlimlərindən qızının zəbəri olmasını öyrənən kimi Molla Salehin rəddiyələri püskürdü və o, qışqırıb dedi: “Cavad sənin ruhunu azdırıb!” Tahiriə cavabında dedi: “Mərhum Şeyx Allahın həqiqi alimi idi, onun kitablarını oxumaqla mən sonsuz ruhani həqiqətlər öyrənmişəm. Bundan əlavə, o, bütün dediklərini Müqəddəs İmamların hədisləri ilə əsaslandırır. Sən özünü arif və Allah adamı adlandırısan, hörmətli əmini alim və mömin sayırsan–amma sizin heç birnizdə mən o keyfiyyətlərin izini belə görmürəm!”

Bir müddət o, atası ilə qızğın müzakirələr apararaq Qiyamət və Məşhər Günü, Məhəmmədin Meracı, Vəd və Təhdid, Vəd Olunmuşun Gəlişi kimi mövzular üzərində mübahisə etdi. Dəlil çatdırmayan atası təhiq və lənətə keçirdi. Sonra bir gecə, öz mübahisəsini dəstəkləmək üçün, Tahirə İmam Cəfər Sadiqdən bir hədis gətirdi və bu onun dediyini təsdiq etdiyi üçün, atası o hədisə güldü, onu ələ salıb istehza elədi. Tahirə dedi: “ey mənim atam, bunlar Müqəddəs İmamın sözləridir. Sən onlara necə rişxənd edə və onları rədd edə bilərsən?!

O zamandan etibarən o, atası ilə mübahisə və müzakiə etməyi dayandırdı. Bu zaman o, Seyid Kazımla mürəkkəb ilahiyyat məsələlərinin həlli barədə gizli məktublaşmağa başladı və beləliklə, iş belə gətirdi ki, Seyid ona Qürrətül-Eyn (Göz təsəllisi, nuru) adı verdi; Tahirə (Pak) ləqəbi ilə birinci dəfə o, Bədəştdə tanındı və sonradan Həzrət Bab tərəfindən yazılı Lövhlərdə təsdiq olundu.

Tahirə oda tutuşdu. O, Seyid Kazımla görüşmək ümidi ilə Kərbəlaya yola düşdü, lakin çox gec gəlib çıxdı: Tahirə o şəhərə çatandan on gün əvvəl o vəfat etmişdi. Ölümündən bir az əvvəlk Seyid öz şagirdləri ilə bu müjdəni bölüşmüşdü ki, vəd olunmuş Zühur yaxındadır. “Gedin”, o, təkrar-təkrar onlara dedi, “və Ağanızı tapın”. Beləliklə, onun ən görkəmli ardıcılları təcrid olmaq və dua etmək, oruc tutub gecələr oyaq qalmaq üçün Kufə Məscidində toplaşdılar, bu zaman bəzilər də Zühuru Kərbəlada gözləyirdilər. Tahirə də bunların arasında idi, o, gündüzlər oruc tutur, dini ibadətləri yerinə yetirir, gecələri oyaq qalır, dua oxuyurdu. Bir gecə səhərə yaxın o, başını balınca qoydu, dünyadan bixəbər oldu və yuxu gördü; yuxuda o, bir gənc, Seyid, qara əbada, yaşıl türbanda, göydən ona nazil oldu; o, havada asılmışdı, ayələr oxuyur, qnutda dualar edirdi. Birdən o, həmin ayələrdən birini əzbərlədi, ayılanda onu öz dəftərində yazdı. Həzrət Bab Özünü elan edəndən və Onun birinci kitabı olan “Əhsanül-Qisəs” yayılandan sonra, bir gün Tahirə onun bir bölməsini oxuyanda yuxudan yazdığı həmin ayəyə rast gəldi. Dərhal şükranlıq edərək o, diz çökdü və səcdəyə getdi, inandı ki, Həzrət Babın müjdəsi həqiqətdir.

Bu gözəl müjdə ona Kəbəlada çatdı və o, dərhal təbliğə başladı. O, “Əhsənül-Qisəs”i tərcümə edib şərh etdi, Fars və Ərəb dilində yazdı, qəsidə və şeirlər yaratdı, mütiliklə ibadət ayinlərini yerinə yetirdi, hətta vacibat olmayan və əlavə olan ayinləri etdi. Kərbəlanın şər üləmaları bütün bunlardan duyuq düşəndə, və öyrənəndə ki, bir qqadın insanları yeni bir dinə çağırır və artıq əhəmiyyətli sayda insanlara təsir edib, onlar Hakimin yanına getdilər və şikayət verdilər. Qısaca desək, onların ittihamları Tahirəyə azğın hücumlara və onun əzab-əziyyətinə səbəb oldu, o, bunları qəbul etdi və bunlar üçün tərif və şükrlər etdi. Onu axtarmağa gələn hakimiyyət səlahiyyətliləri Tahirə ilə səhv salaraq əvvəlcə Şəmsüd-Zühaya hücum etdilər. Lakin Tahirənin həbs olunduğunu eşidən kimi ondan əl çəkdilər–çünki Tahirə Hakimə xəbər göndərmişdi ki: “Mən sizin ixtiyarınızdayam. Başqa heç kəsə zərər verməyin”.

Hakim onun evinə gözətçilər qoydu, onu təcrid etdi və nə etmək lazım olması barədə Bağdada yazın təlimat gözlədi. Üç ay ərzində o, mühasirədə, tam təcrid olunaraq evini sarmış keçikçilərin əhatəsində yaşadı. Yerli hakimiyyət hələ nə Bağdaddan, nə də İstanbuldan heç bir cavab almamışdı, Tahirə öz işini Hakimə Verdi və dedi: “Nə Bağdaddan, nə də İstanbuldan xəbər var. Ona görə də biz özümüz Bağdada yola düşəcək, orada cavab gözləyəcəyik”. Hakim onun getməsinə icazə verdi, o da Şəmsüd-Zühanın Behişt Yarpağının (Molla Hüseynin bacısı) və onun anasının müşayiətində yola çıxdı. Bağdadda o, əvvəlcə Ağa Məhəmməd Mustafanın görkəmli atası Şeyx Məhəmmədin evində qaldı. Amma onun ətrafındakı insanların təzyiqi o qədər böyük idi ki, o, başqa bir məhəlləyə köçdü, gecə və gündüz Əmrin yayılması ilə məşğul oldu, azad bir şəkildə Bağdad sakinləri ilə ünsiyyət etdi. Beləliklə, o, bütün şəhərdə tanındı və orada böyük bir vəlvələ qalxdı.

Tahirə, həmçinin, Kazımeynin üləmaları ilə də yazışırdı; O, onlara təkzibedilməz sübutlar gətirirdi, kimsə də onun önünə çıxanda o, ona inandırıcı dəlillər təqdim etdi. Nəhayət, o, şiə üləmalarına xəbər göndərərək dedi: “Əgər siz bu qəti dəlillərlə qane olmursunuzsa, onda mən sizi mübahiləyə çağırıram”. Belə olanda üləmaların tərəfindən böyük etirazlar qopdu, Hakim Tahirəni və onun qadın müşayiətçilərini Bağdadın müftisi İbn-Əlusinin evinə göndərməyə məcbur oldu. Orada o, İstanbuldan cavab və göstəriş gözləyərək üç aya qədər qaldı. İbn-Əlusi onu mükalimələrə cəlb edər, suallar soruşar və cavablar alardı və onun dediklərini inkar etməzdi.

Bir gün müfti ona öz yuxusunu nəql etdi və onun mənasını şərh etməyi ondan xahiş etdi. Müfti dedi: “Yuxuda gördüm ki, şiə üləmaları Şəhidlərin Şahzadəsi İmam Hüseynin müqəddəs məqbərəsinə gəliblər. Onlar sərdabəni qoruyan divarı götürdülər, o nurlu qəbri açdılar və pak cismi onların gözü qarşısında uzanmışdı. Onlar o müqəddəs cismi qaldırmaq istədilər, lakin mən özümü cənazənin üstünə atdım və onları kənara qovdum”. Tahirə cavab verdi: “Sənin yuxunun mənası budur: Sən məni şiə üləmalarının əlindən qurtaracaqsan”. “Mən də bunu belə yozmuşdum”, İbn-Əlusi dedi.

O, Tahirənin elmi məsələlərdən, müqəddəs təfsirlərdən və Mətndən yaxşı agah olduğunu aşkar etdiyindən, onunla ikisi tez-tez müzakirələr aparardılar; Tahirə Qiyamət Günü, Tərəzi, Sirat kimi mövzularda danışar, o da rədd etməzdi.

Bir gecə İbn-Əlusinin atası oğlunun evinə gəldi. O, Tahirə ilə görüşdü və qəfildən tək bir sual belə soruşmadan, onu söyməyə, təhqir etməyə və yamanlamağa başladı. Atasının davranışından xəcalət çəkən İbn-Əlusi üzr istədi. Sonra dedi: “İstanbuldan cavab gəlib. Sultan əmr edib ki, səni azad etsinlər, lakin bir şərtlə ki, sən bu diyarları tərk edəsən. Ona görə də sabah get və səfərə hazırlaş və bu ölkədən çıxıb get”.

Buna uyğun olaraq, Tahirə qadın müşayiətçiləri ilə müftinin evindən çıxdılar, səfər yır-yığışı edib Bağdada getdilər. Şəhəri tərk edəndə bir sıra Ərəb inananlar, əli silahlı, onların dəstəsinin arxasınca getdilər. Müşayiət edənlər arasında Şeyx Sultan, Şeyx Məhəmməd və onun görkəmli oğlu Məhəmməd Mustafa, Şeyx Saleh vardı və onlar atlı idilər. Səfərin məsrəflərini Şeyx Məhəmməd ödədi.

Onlar Kirmanşaha çatanda, qadınlar bir evə, kişilər isə başqa bir evə ayrıldılar, sakinlər davamlı axınla gəlib yeni Din haqqında məlumat almaq istəyirdilər. Hər yerdə olduğu kimi, burada da üləmalar hiddətlənmişdilər və tələb etdilər ki, yeni gələnlər qovulsunlar. Nəticədə kəndxuda, bir dəstə adamla Tahirənin evini mühasirəyə aldı və onu talan etdi. Sonra Tahirəni və onun yoldaşlarını çılpaq kəcavəyə oturdub şəhərdən çıxardılar və açıq çölə gətirdilər və burada əsirləri o biyabanda heç nəsiz buraxdılar. Heyvanları sürənlər minik heyvanlarını götürüb şəhərə qayıtdılar. Qurbanlar çölün ortasında yalnız buraxıldılar, nə yemək, nə sığınacaq, nə də yol getmək üçün bir vasitə vardı.

Tahirə dərhal o yerin şahzadəsinə məktub yazdı və oradadedi: “Ey adil Hakim! Biz sizin şəhərinizdə qonaq idik. Siz qonaqlarınızla beləmi rəftar edirsiniz?! Onun məktunu Kirmanşaha gətiriləndə o dedi: “Mənim bu ədalətsizlikdən xəbərim yoxdur. Bu fitnə-fəsadı üləmalar törədiblər.” O vaxt itirmədən Kəndxudaya əmr etdi iki, yolçuların bütün əşyalarını qaytarsınlar. O məmur oğurlanmış şeyləri lazımı qaydada təslim etdi. Sarvanlar şəhərdən geri çəldilər, yolçular öz yerlərini tutdular və səfərlərinə davam etdilər.

Onlar Həmədana gəldilər, onların burada qalmaları ən xoşbəxt vaxtlardan biri idi. O, şəhərin ən münəvvər xanımları, hətta şahzadə xanımlar onları ziyarət edər, Tahirənin dediklərindən faydalanmaq istəyirdilər. Həmədanda o, müşayiətçilərin bir hissəsini buraxdı və onları Bağdada göndərdi, bəzilərini isə, o cümlədən, Şəmsüd-Zühanı və Şeyx Salehi özü ilə Qəzvinə götürdü.

Yolda gedəndə, hansısa atlılar, Tahirənin Qəzvindən olan qohumları onların qarşısına çıxdı və onu tək, başqalarının müşayiəti olmadan onun atasının evinə aparmaq istədilər. Tahirə imtina edərək dedi: “Onlar mənim yanımdadırlar”. Onlar bu yolla Qəzvinə daxil oldular. Tahirə atasının evinə getdi, onu müşayiət edən ərəblər isə karvansaraya getdilər. Tahirə tezliklə atasını tərk etdi və qardaşı ilə birlikdə yaşamağa getdi, orada şəhərin görkəmli xanımları onu ziyarətə gələrdilər. Molla Tağının öldürülməsinə qədər, o zaman ki, hər bir Babi Qəzvində zindana salınırdı, bu belə davam etdi. Bəziləri Tehrana göndərildi və sonra Qəzvinə qayıtdı və şəhid edildi.

Molla Tağının öldürülməsi bu cür oldu: Bir gün o, nadan zalım minbərə qalxanda böyük Şeyx Əhməd Əhsayini ələ salıb söydü. Utanmadan,ədəbsizcəsinə, kəskin söyüşlərlə o, qışqırdı: “o Şeyx şər atəşi yaxıb bütün dünyanı bu bəlaya salıb!” Dinləyənlər arasında Şirazdan bir araşdıran vardı. O, bu sancmalara, istehzalara və nalayiq sözlərə tab gətirə bilmədi. Gecənin qaranlığnda o, özünü məscidə saldı, xəncəri Molla Tağının böyrünə soxdu və qaçdı. Səhərisi gün onlar müdafiəsiz inananları həbs etdilər, onları dəhşətli işgəncələrə məruz qoydular, halbuki hamısı günahsız idilər və baş verənlər barədə heç nə bilmirdilər. Məsələni araşdırmaq üçün bir sual belə qaldırılmadı; inananlar dəfələrlə günahsız olduqlarını desələr də, onlara fikir verən olmadı. Bir neçə gün keçdikdən sonra qatilin özü təslim oldu; o, hökumət adamlarına etiraf etdi və dedi ki, o, Molla Tağını Şeyx Əhmədi söydüyü üçün öldürüb. “Mən özümü sizin əllərinizə təslim edirəm”, onlara dedi, “ki, siz bu günahsız adamları azad edəsiniz”, Onlar onu da həbs etdilər, kündələdilər, zəncirə vurdular və başqaları ilə birlikdə zəncirdə Tehrana göndərdilər.

Orada olarkən o, gördü ki, günahını etiraf etməsinə baxmayaraq, başqalarını azad etmirlər. Gecə o, zindandan qaçdı və Məhəmməd Şahın baş mehtəri Məhəmməd Xanın oğlu, Rza Xanın−Allahın məhəbbət sədəfinin mirvarisi və vəfa sandığının nadir gövhəri və fəda zirvəsinin parlayan ulduzunun evinə getdi. O, bir müddət orda qaldı, Sonra isə o və Rza Xan gizlicə Mazandarana Şeyx Təbərsi qalasına getdilər. Məhəmməd Xan onların arxasınca süvariləri göndərdi ki, onları izləsin, lakin çalışsınlar ki, bacardıqları qədər, onları heç kəs tapa bilməsin. O, iki atlı Təbərsi qalasına çatdılar, hər ikisi şəhid oldular. Tehranda qalan o biri dost lara gəldikdə isə, onlardan bəziləri Qəzvinə qayıtdı və onlar da şəhid edildilər.

Bir dəfə maliyyə rəisi Mirzə Şəfi qatilin yanına gəldi və ona dedi: “Ağa, sən dərviş Təriqətinə mənsubsan yoxsa sən Şəriət əhlisən? Əgər Şəriət əhlisənsə, onda o, alim müctəhidin ağzına nə üçün elə qəddar ölümcül zərbə vurdun?! Əgər dərvişsənsə və Təriqətlə gedirsənsə, Təriqətin qaydalarından biri budur ki, heç kəsə zərər vurmayasan. Onda sən mətin müctəhidi necə öldürdün?” “Ağa”, o, cavab verdi: “Şəriətdən əlavə və Təriqətdən başqa, bizim həm də Həqiqətimiz var. Mən Həqiqətə xidmət etdiyim üçün Onun əməllərinin cəzasını verdim”.

Bu Əmrin həqiqəti açılmazdan və hər şey aydınlaşmazdan öncə belə şeylər baş verərdi. Çünki, o zaman heç kəs bilmirdi ki, Həzrət Babın Zühuru Camal`i-Mübarəkin Zühuru ilə sonuclanacaq və qisas qanunu ləğv ediləcək və Allahın Qanununun təməl prinsipi bu olacaqdı ki, “ölmək öldürməkdən yaxşıdır”; ədavət və çəkişmə bitəcək, müharibə və qətl qanunu yox olacaq. O zamanlar bu kimi şeylər baş verərdi. Lakin həmd olsun Allaha, Camal`i-Mübarəkin gəlişi ilə, elə bir sülh və ahəng şəfəqi parladı, elə bir həlimlik və dözümlülük, üzə çıxdı ki, Yəzddə kişilər, qadınlar və uşaqlar düşmən atəşinin hədəfi olanda və ya qılıncdan keçiriləndə, rəislər və mənfur üləmalar və onların ardıcılları birləşəndə və birlikdə o, müdafiəsiz qurbanlara hücum çəkəndə və onların qanını tökəndə−ismətli qadınları doğrayıb bədənlərini parça-parça edəndə, yetim qoyduqları uşaqların boğazlarını xəncərlə kəsəndə, parçalanmış və şikəst edilmiş əzaları oda tutanda–Allahın dostlarından heç biri onlara əl qaldırmadı. Doğrudan da, uzun zaman öncə Kərbəlada şəhid olanların həqiqi şərikləri arasında–bir kişi vardı, başının üstündə qılıncın parıltısını görəndə o, nabatı öz qatilinin ağzına atdı və qışqırdı, “Bu miskini şirin ağızla öldür–çünki bu fəda məqamıdır, ən böyük şəhidlikdir, mənim ən istəkli arzumdur!”

Gəlin öz mövzumuza qayıdaq. Qəzvində dinsiz əmisi Molla Tağının öldürülməsindən sonra Tahirə şiddətli sıxındılara düşdü. O, dustaq idi və ürəyini kədər bürümüşdü, baş verən ağrıdıcı hadisələrə görə qəm çəkirdi. Onu hər tərəfdən nəzarətdə saxlayırdılar, qulluqçular, gözətçilər, fərraşlar və düşmənlər. bu cür əzab içində ikən, Həzrət Bəhaullah Hadi Qəzvinini, tanınmış Xatuncanın ərini paytaxtdan göndərdi və onlar kələklə onu o qarşıqlıqdan çıxarmağa müvffəq oldular və onu gecə Tehrana çatdırdılar. O, Həzrət Bəhaullahın malikanəsinə düşdü və yuxarı mənzildə yerləşdi.

Bu barədə xəbər Tehrana çatanda, hökumət onu hər yerdə axtardı, amma yenə də dostlar davamlı bir axınla onu görməyə gəlirdilər, Tahirə isə pərdənin arxasında oturaraq, onlarla söhbət edərdi. Bir gün Vahid ləqəbli böyük Seyid Yəhya da orada idi. O, bayırda oturduğu üçün, Tahirə onu pərdənin arxasından eşidirdi. Onda mən uşaq idim, onun dizin üstündə oturardım. Bəlağət və hərarətlə, Vahid yeni Məzhərin zühuruna şahidlik edən əlamət və ayələr barədə söhbət edirdi. Tahirə birdən onun sözünü kəsdi, həyəcana gələrək dedi: “Ey Yəhya, qoy sənin sözlərin deyil, əməllərin sənin imanına şəhadət versin, əgər sən arifsənsə, keçmişin hədislərini boş-boşuna təkrar etməyi saxla, çünki xidmət günü, dəyanətli hərəkət günü gəlib. İndi Allahın həqiqi əlamətlərini nümayiş etdirmək, mövhumat pərdələrini parçalamaq, Allahın Sözünü yaymaq, özümüzü Onun yolunda fəda etmək zamanıdır. İndi söz deyil, əməl lazımdır!”

Camal`i-Mübarək Tahirənin Bədəştə səfəri üçün müfəssəl hazırlıqlar gördü və onu bir dəstə və müşayiətçi ilə göndərdi. Onun Özünün dəstəsi bir neçə gün sonra o bölgəyə yola düşdü.

Bədəştdə böyük bir açıq sahə vardı. Onun ortasından çay axırdı, onun isə sağında, solunda və arxasında üç bağ vardı, Cənnətin həsəd aparacağı bağlar. O bağlardan biri Quddus üçün ayrıldı, lakin bu gizli saxlanıldı. O birisi Tahirə üçün ayrıldı, üçüncüdə isə Həzrət Bəhaullahaın çadırı quruldu. Üç bağın arasında sahədə inananlar öz çadırlarını qurdular. Axşamlar Həzrət Bəhaullah, Quddus və Tahirə bir araya gələrdilər. O günlərdə Həzrət Babın vəd olunmuş Qaim olması hələ elan edilməmişdi; Məhz Camal`i-Mübarək Quddusla külli Məzhərin gəlişini və köhnə qanunların aradan qaldırılması və ləğvinin elan olunmasını hazırladı.

Sonra bir gün və bunda bir hikmət vardı, Həzrət Bəhaullah xəstələndi; yəni bu yüngül xəstəlik həyati bir məqsədə xidmət etməli idi. Birdən, hamının gözü qarşısında, Quddus öz bağından çıxdı və Həzrət Bəhaullahın çadırına daxil oldu. Lakin Tahirə ona xəbər göndərdi ki, onların Ev Sahibi xəstə olduğu üçün Quddus onu öz bağında ziyarət etsin. Onun cavabı bu oldu: “Bu bağ daha yaxşıdı, sən buraya gəl”. Tahirə, üzündə rübənd olmadan, öz bağından çıxdı və Həzrət Bəhaullahın çadırına gəldi və gələn kimi də bu sözləri ucadan dedi: “Şeypur çalınır! Böyük Şeypur üflənir! Külli Zühur indi elan olundu!” O çadırda toplanmış inananlar vahimələndilər, hər biri özündən soruşdu, “Şəriət necə ləğv oluna bilər? Bu necə ola bilər ki, qadın burada niqabsız dayansın?”

“Vaqiə surəsini oxu,” Həzrət Bəhaullah dedi; surəni oxudular: “Onun vaqe olmasını heç kəs dana bilməz (Gələcək o Gün qəfil gələcək). O gün (bəzilərini) alçaldar. O Gün (bəzilərini) ucaldar!” və beləcə yeni Zühur dövrü elan olundu və böyük Qiyamət aşkar oldu. Əvvəlcə, orada olanlar qaçdılar, bəziləri Dini tərk etdilər, bəziləri isə bu zaman şəkk və şübhənin qurbanı oldular, bir neçəsi də bir qədər tərəddüddən sonra Həzrət Bəhaullahın hüzuruna qaytdılar. Bədəşt Müşavirəsi sona yetdi, külli Məzhərin gəlişi elan olundu.

Bundan sonra Quddus Təbərsi Qalasına getdi, Camal`i-Mübarək isə ərzaq və təchizatla Niyalaya yola düşdü, məqsədi oradan sonra gecə ilə düşmənin düşərgəsindən keçərək Qalaya daxil olmaq idi. Lakin Amulun Hakimi Mirzə Tağı bundan xəbər tutdu, yeddi yüz atıcı ilə Niyalaya gəldi. Gecə ilə kəndi mühasirəyə alaraq o, Həzrət Bəhaullahı on bir atlı ilə geriyə, Amula göndərdi və haqqında əvvəllər danışdığımız o fəlakət və iğtişaşlar baş verdi.

Tahirə isə, Bədəştdəki aydılmadan sonra əsir alındı, zalımlar onu gözətçilərin nəzaərtində geriyə, Tehrana göndərdilər. Orada o, Kələntər Mahmud Xanın evində dustaq edildi. Lakin o, alovlanmışdı, məftun olmuşdu, rahatlığını itirmişdi, sakitləşə bilmirdi. Tehranın xanımları bu və ya digər bəhanə ilə onu görmək və onu dinləmək üçün toplaşırdılar. Bu vaxt şəhər Hakiminin evində onun oğlunun toy mərasimi vardı; toy mərasiminə hazırlıq getdi, ev bəzədildi. Tehran xanımlarının ən seçilmişləri, şahzadələr, vəzirlərin və digər böyüklərin xanımları dəvət olundu–kanon və çağanə səsləri, musiqi və təranələr. Sonra Tahirə danışmağa başladı. Bu böyük xanımlar elə ovsunlanmışdılar ki, tarı və qavalı unutdular, toy ziyafətinin keyfini atdılar, Tahirənin ətrafında toplaşdılar və onun ağzından çıxan şirin sözlərə qulaq asdılar.

 

Beləcə o, köməksiz bir əsir kimi qaldı. Sonra Şahın həyatına qəsd edildi. Fərman çıxdı; o, ölümə məhkum edilmişdi. Onun Baş Nazirin evinə çağırıldığını deyərək Kələntərin evindən çıxardılar. O, üzünü və əllərini yudu, ən qiymətli libaslarını geydi, qızılgül ətirləri ilə ətirlənərək evdən çıxdı.

Onlar onu bağa gətirdilər, orada cəlladlar gözləyirdilər; lakin onlar tərəddüd etdilər və onun həyatına son qoymaqdan imtina etdilər. Sərxoş, sifəti və ürəyi qara, bir nökər tapdılar. Elə o da Tahirəni boğdu. O, dəsmalı onun ağzına qoydu və onu boğazına tərəf itələdi və boğdu. Sonra onlar onun pak bədənini qaldırıb orada, bağda olan quyuya atdılar, üzərinə isə daş və torpaq tökdülər. Lakin Tahirə son dərəcə şad idi, o, könül rahatlığı ilə şəhid olacağı müjdəsini qəbul etmişdi; o, nəzərlərini Uca Mələkuta dikdi və həyatını fəda etdi.

Ona salam və tərif olsun. Cənnnətdən gələn nur seli onun üzərinə düşdükcə onun torpağı mübarək olsun.

 

Anchor 7
Anchor 8
Anchor 9
bottom of page