top of page
Allahın İlk Qadın Həvvarisi Tahirə Qürrətül-Eyn
Antoni A. Li
Hələ uşaq ikən atası ona müəllim tutmuşdu, o elm və sənətin müxtəlif sahələrində təlim aldı, ədəbi axtarışlarında əhəmiyyətli nailiyyətlər qazandı. Onun alimliyi və biliyi o dərəcədə idi ki, atası çox vaxt təəssüfünü ifadə edərək deyərdi: “O, oğlan olsaydı, mənim evimi işıqlandırardı və yerimi tutardı.” Bir gün o, xalası oğlu Molla Cavadın evində qonaq idi. Onların kitabxanasında Şeyx Əhməd Əhsainin bəzi yazılarına rast gəldi. Onun dediklərindən həzz alaraq Tahirə o yazıları evə götürməyə icazə istədi. Molla Cavad dedi Sənin atan bu qoşa nurların (Şeyx Əhmədlə, Seyyid Kazımın) düşmənidir, və
bottom of page