top of page
Yeni Müjdəni Cəsarətlə Yayan İlk Qadın Şəmsü-Züha
Lovell Conson
Şəmsü-Züha Kərbəlada Molla Hüseynin bacısı ilə dostlaşdı və onun vasitəsi ilə Tahirə Qürrətül-Eynlə tanış oldu. O bütün vaxtını onların hər ikisi ilə həmdəm olmaqla keçirir, yeni Zühurun təbliği ilə məşğul olurdu. Tahirənin yanında olmaqla Şəmsü-Züha ölçüyəgəlməz fayda götürdü və həmişəkindən daha çox Əmr barəsində alovlandı. O, üç il Tahirə ilə sıx yaxınlıqda Kərbəlada oldu və Əmri təbliğ etdi. Gecə və gündüz o, Mərhəmət Sahibinin nəsimləri ilə dəniz kimi çalxalandı və bəlağətli bir dillə uzaq və yaxın ərazilərdə təbliğ etdi. O zaman Tahirə Kərbəlada şan-şöhrət tapdı və Yeni Əmri Kərbəladan bütün İrana yaydı. Mollalar onun əleyhinə qalxdılar.
bottom of page