Üşaqlar Gənclər üçün Dualar
Həzrət Bəhaullah
Tərcümə və çap - Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Mündəricat
Uşaq və gənclərin Mənəvi Huquqları
Əzbərləşmə - Mənə dürr təkin saf bir qəlb əta eylə
Ön Söz
Azərbaycanda, uşaq və gənclərin fiziki və mənəvi inkişafı, dövlətin siyasətində, prioritet hissab olunur.
Ölkəmiz 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 saylı Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olunub.
Allaha şükürlər olsun ki, bizim ölkəmizdə milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilib. Nəticədə, Azərbaycanda uşaqların fiziki və mənəvi inkişafı sahəsində milli konsepsiya inkişaf etdirilib.
Bu kitabın məqsədi uşaqların mənəvi huquqlarını daha çox genişlənmə və əslində Öz Ana Dilimizda Dua Oxumaq- dir. Omidimiz burdur ki, valdaynlər necə öz uşaqların fiziki inkişafinda, təhsilinda, və yaxşı yaşamaqına dəstək verilir, həmin şövq ilə, hərarət və sədaqətla onların mənəvi və ruhanı həyatının zənginləşməsinə kömək etsin.
---Azərbaycan Bəhailəri Milli Ruhani Məhfili
Ey Rəbbim, mənim Allahım! Bu bir uşaqdır ki, Sənin bəndələrinin birindən törəyib, o kimsə ki, Sən onun üçün Özünün tale Lövhələrində və təqdir səhifələrində yüksək məqamlardan birini müəyyən etmisən.
Səni and verirəm O adına ki, Onun vasitəsilə bütün insanlar öz arzularının məqsədinə yetişərlər - bu uşağı Öz bəndənlərinin arasında kamil bir ruh kimi yetişdir; Öz adının gücü ilə onu parlat; onu Sənin vəsfini söyləməyə, üzünü Sənə tərəf çevirməyə və Sənə yaxınlaşmağa qabil eylə.
Həqiqətən, Sən əzəldən istədiyini etməyə qadir olmusan və əbədiyyətə qədər də istədiyinə qadir olacaqsan. Səndən başqa Allah yoxdur, Sən Uca, Əzim, Qalibiyyətli, Qüdrətli, Tabe Edən və İxtiyar Sahibisən.
- Bəhaullah
İlahi! Bu uşaqları tərbiyə eylə. Bu uşaqlar Sənin bağının bitkiləri, Sənin Çəmənliyinin gülləri, Sənin bağçanın çiçəkləridir. Qoy Sənin yağışın onların üzərinə yağsın; qoy Sənin həqiqət Günəşin Sənin məhəbbətinlə onları nurlandırsın; qoy Sənin nəsimin onları təravətləndirsin ki, tərbiyə alsınlar, böyüsünlər, inkişaf etsinlər və kamil bir gözəlliklə meydana çıxsınlar.
Sən Əta Edənsən, Sən Mərhəmətlisən.
- Əbdül-Bəha Abbas
Sən Ey mehriban Rəbb! Bu nazənin uşaqlar Sənin qüdrət barmaqlarının əsərləri, əzəmətinin ecazkar nişanəsidirlər. Ey Allah! Bu uşaqları hifz eylə, onlara elm öyrənməkdə kərəminlə kömək eylə və bəşəriyyət aləminə xidmət etməkdə onlara yardım eylə. Ey Allah! Bu uşaqlar dürr dənəsidirlər, onları Öz inayət sədəfinin qoynunda bəslə.
Sən Kəramətli, Ən Mehribansan.
- Əbdül-Bəha Abbas
Ya Rəbb! Bu uşaqları ən gözəl fidanlar eylə. Onları Öz Əhdi-Peyman bağçanda böyüt və yetişdir, Əbha Mələkutunun feyz yağışları ilə onlara gözəllik və lətafət bəxş eylə.
Sən Ey Mehriban Allah! Mən kiçik bir uşağam, Öz mələkutuna qəbul etməklə məni ucalt; dünyəviyəm, məni səmavi eylə; aşağı aləmdənəm, məni uca səltənətə aid eylə; tutqunam, işıq saçan eylə; maddiyəm, məni ruhani eylə və mənə yardım eylə ki, Sənin tükənməz feyzlərini aşkar edə bilim.
Sən Qüvvətli və Ən Mehribansan.
-Əbdül-Bəha Abbas
Odur Allah! Ey Allah, mənim Allahım! Mənə dürr təkin saf bir qəlb əta eylə.
- Əbdül-Bəha Abbas
Ey Allah, mənə yol göstər, məni qoru, məni şölə saçan bir çıraq və parlaq bir ulduz eylə. Sən Qüdrətli və Qüvvətlisən.
-Əbdül-Bəha Abbas
İlahi, İlahi! Mən kiçik bir körpəyəm. Öz mərhəmət döşündən bəslə məni, Sənin məhəbbət ağuşunda böyüt məni, Sənin tərbiyə məktəbində mənə təlim ver, kəramətinin kölgəsində yetişdir məni. Qaranlıqdan qurtar, parlaq bir işıq eylə məni; qəmginlikdən xilas eylə, gülşənin gülü eylə məni; Sənin astananda bəndəlik etmək üçün mənə izn ver, pak möminlərin xasiyyət və əxlaqını bağışla mənə. Məni insan aləminə xeyir verən eylə və əbədi həyat tacı ilə başımı şərəfləndir.
Həqiqətən, Sənsən Qüvvətli, Qüdrətli, Görən və Eşidən.
-Əbdül-Bəha Abbas
Ey Bənzərsiz Allah! Bu yazıq uşağa pənah ol. Bu xətalı və qəmgin ruha bağışlayan və mehriban Mövla ol. İlahi, faydasız bitkilər də olsaq, Sənin gülşənindənik. Yarpaqsız və çiçəksiz fidanlar da olsaq, amma Sənin bağındanıq. Elə isə bu bitkini Sənin inayət buludunun yağışları ilə bəslə, ruhani baharın nəsimi ilə bu solmuş fidana canlılıq və təravət bağışla. Onu ayılt, nəcib böyüt, huşyar eylə və ona əbədi həyat bəxş eylə ki, Sənin Mələkutunda daim yaşasın.
- Əbdül-Bəha Abbas
Ey mənim Allahım, Ey mənim Allahım! Sən bu uşaqları görürsən – onlar həyat ağacının budaqları, nicat bağçasının quşları, Sənin mərhəmət dənizinin gövhərləri və hidayət bağının qızılgülləridir.
Ey Allah, bizim Rəbbimiz! Biz Sənə alqış oxuyur, Sənin müqəddəsliyinə şəhadət verir və Sənin mərhəmət səmana üz tutub ürəkdən, atəşlə yalvarırıq - bizi hidayət çıraqları eylə, insanlar arasında əbədi cəlal üfüqündə parlayan ulduzlar eylə və bizə Səndən gələn bir elm öyrət.
Ya Bəha-ül-Əbha!
- Əbdul-Bəha Abbas
Ya Rəbb! Mən bir uşağam; Məni Öz inayət kölgəndə böyüt. Mən zərif bir bitkiyəm, məni Öz feyz buludlarının yağışları ilə bəslə. Mən məhəbbət bağının fidanıyam, məni bəhrəli bir ağac eylə.
Sən Qüdrətli və Qüvvətlisən. Sən Mehribansan, Sən hər şeyi Bilən və hər şeyi Görənsən!
-Əbdül-Bəha Abbas
Sən Ey mənim Cəlallı Rəbbim! Özünün bu balaca kənizini xoşhal və bəxtəvər bir gız eylə; Öz vahidlik dərgahında onu əziz tut və qoy o Sənin məhhəbətinin piyaləsindən doyunca içsin ki, şövq və vəcdlə dolsun, müşk və ətir saçsın. Sən Qüdrətli və Qüvvətlisən, Sən Hər Şeyi Bilən və Hər Şeyi Görənsən.
- Əbdül-Bəha Abbas
Körpələr Üçün Dualar
Alqış Sənə, Ey mənim Rəbbim Allah! Bu körpəni Öz mərhəmət və inayət döşündən qidalandır və onu Öz səmavi ağacının meyvələri ilə bəslə. Onu Səndən başqa bir kimsənin himayəsinə buraxma, çünki Sən Özün onu Öz iradə və qüdrətinin hökmü ilə yaratmısan və həyata gətirmisən. Səndən başqa Allah yoxdur, Sən Ən Qüdrətli və Hər Şeyi Bilənsən.
Sən Sübhansan, Ey mənim Məhbubum, onun üzərinə Sənin fövqəl səxavətinin nəsimlərini və Sənin müqəddəs lütflərinin ətirlərini əsdir. Sonra onu Sənin uca adının kölgəsinə sığınmağa qadir eylə, Ey sifətlər və adlar səltənətini Öz ovcunda Saxlayan. Həqiqətən, Sən istədiyini etməyə Qadirsən, Sən həqiqətən, Qüdrətli, Uca, Həmişə Bağışlayan, Fəzl Sahibi, Səxavətli və Mərhəmətlisən.
- Bəhaullah
Ey bənzərsiz Allah! Qoy bu südəmər körpə Sənin inayət döşündən qidalansın, onu Öz himayə və mühafizə beşiyində qoru və lütf eylə ki, o Sənin nəvaziş və məhəbbət qollarının arasında böyüsün.
- Əbdül-Bəha Abbas
Ey Allah! Bu balaca körpəni Öz məhəbbət ağuşunda bəslə və Sənin inayət döşündən ona süd ver. Bu təzə gülü Öz məhəbbət gülşənində becər və kömək eylə ki, o Sənin inayət yağmurlarınla böyüsün. Onu bir mələkut uşağı eylə, onu Öz səma səltənətinə yönəlt.
Sən Qüvvətli və Mehribansan, Sən Ətaedən və Səxavətlisən, Sən misilsiz Kəramət Mövlasısan.
- Əbdül-Bəha Abbas