Həzrət Mehdinin Müjdəçisi
Nəbil Zərəndi

Nəcəf və Kərbəlaya gələn kimi Şeyx Əhməd Əhsai, islam alimlərinin fikir və düşüncələri ilə tanış oldu. Tezliklə o, qeyri-adi bir şöhrət qazandı və böyük müctəhidlərdən birinə çevrildi. Şeyxin görüşünə gələn hər bir alim bu böyük insanın biliyinin genişliyini, ilahi sirlərdən agah olduğunu, Quran ayələrinin mənasını açmaq və çətinlikləri həll etmək qüdrətini etiraf edirdi. Tədricən bir çoxları onu özlərinə müəllim seçib, onun hüzurunda elm öyrənməyə başladılar. Şeyx deyirdi: “Tezliklə mənim sözlərimin sirri sizə bəlli olacaq və əvvəlki peyğəmbərlərin arzuladıqları dövranı görəcəksiniz.”

Yüklemek İstəyirəm
Bu Kitaba Oxşar kitablar