top of page
Bab və Bəhaullah-
Azərbaycanın Gözlədiyi Qoşa Zühur  
Səlahəddin Əyyubov

 

Bu səhifələrdə adları çəkilənlərin əksəriyyəti heç də məşhur filosof, alim, qəhrəman, ixtiraçı, siyasətçi olmamışlar, nə də bilikləri ilə tarixdə dərin iz buraxmış insanlardırlar. Onlar sizin və mənim kimi sadə insanlardır ki, Uca Allaha ümid edərək, yüksək mənəvi həyat arzusu ilə yaşamış və Onun Hidayət Yolundan dönməyərək, açıq beyin, azad ruh, təmiz ürək arzuları ilə adi həyat tərzini sürmüşlər. Yaxından baxanda görünür ki, bu insanların hamısı üçün ortaq bir şey vardı – onlar Qoşa Zühurun Azərbaycana gələcəyi həsrətilə yaşayırdılar.  Çoxlu digər insanlar vardı ki, onillərlə gözlənti həsrətində dua edir, insanlığın vəd olunmuş yeni dövrünün gəlişi üçün Allaha yalvarırdılar... 

Yüklemek İstəyirəm
Bu Kitaba Oxşar kitablar
bottom of page